Məhkəmə qərarları › İş №2(125)-3441/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3441/2023

03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3441/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasa vərəsəlik hüququnun tanınması” tələbi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X4 məxsus olmuş, X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mülk notariusun xx.xx.1938-ci il tarxdə alqı-satqı müqaviləsi əsasında X6 tərəfindən alınmışdır. Bundan sonra həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 310 kv.m torpaq sahəsinə dair 29 noyabr 1944-cü il tarixli torpaq qeydi işlənilmişdir. Daha sonra isə nənəm X14 adına həmin yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin 8 avqust 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir. Həmin hüquqverici sənədlərə əsasən İsmət Qayıbov ünvanda yerləşən ev və evin yerləşdiyi 310 kv.m torpaq sahəsi X6nın mülkiyyətində olmuşdur. X6 babası X22 ilə nikahda olmuş, babası Mövsüm böyük Vətən müharibəsində iştirak etmiş və həlak olmuşdur. Onların birgə nikahdan 4 uşaqları olmuşdur. X7 1932-ci il təvəllüdlü olmuşdur. Onun Xanlar rayonu Zazalı kəndində öz şəxsi evi olmuş, orada yaşamış və 1997-ci ildə orada vəfat etmişdir. Digər dayısı X24 1936-cı il təvəllüdlü olmuş, Rusiyada yaşamış, 1974-cü ildə orada vəfat etmiş, Gəncədə dəfn olunmuş, ailəli olmamışdır. Kiçik dayısı X28 1941-ci il təvəllüdlü olmuş, ünvan 3 ünvanda yaşamış 1988-ci ildə vəfat etmişdir. X5 1937-cı il təvəllüdlü olmuş, 1962-ci ildə X11 ilə ailə qurmuş, onun sağlığında atalarına məxsus olan ünvan 4 ünvanda yaşamışlar. Ataları Tofiq 1981-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra, anası ilə dayısı Akifin razılaşması əsasında Akif nənəsinin evindən çıxıb, Əli Quliyev küçəsi 18-də yerləşən atasının evinə köçmüş, anası isə ər evini dayısına verərək nənəsi Xanımın evinə köçmüşdür. 1982-ci ildən anası Xəlisə və onlar nənəsinin evində yaşamışlar. 1 fevral 1984-cü ildə nənəsi Xanım vəfat etmiş, onun evində anası ilə yaşamaqda davam etmişlər. Anası Xalisə 1996cı ilin yanvar ayında həmin evdə vəfat etmiş, ondan sonra həmin evdə o, yaşamaqda davam edir. Anası Xalisənin atası Tofıqlə birgə nikahından üç övladı doğulmuşdur. X3 1965-ci il təvəllüdlüdür. Anasının sağlığından ailəsi ilə birlikdə Rusiyada yaşayıb, Rusiya vətəndaşı olmuşdur. Canpoladın ilkin qeydiyyatı onların əvvəlki evində, yəni Əli Quliyev küçəsi 18-də olmuşdur. Canpolad 2021-ci ilin mart ayında vəfat etmişdir. Qəbri Gəncə şəhərindədir. Digər qardaşı Cavabdeh 1975-ci il təvəllüdlüdür, 1995-ci ildə Rusiyaya getmiş, həmin vaxtdan ailəsi ilə birlikdə Rusiyada yaşayır. İlkin qeydiyyatı Gəncə şəhəri Əli Quliyev küçəsi ev 18-dir. Anasının vəfatından sonra Əlican 40 mərasiminədək iştirak etmiş, və ondan sonra Rusiyaya getmiş, yalnız 2-3 ildən bir Gəncə gəlib Russiyaya ailəsinin yanına qayıtmışdır. Hazırda onun yaşadığı ünvan 5 ünvanda yerləşən mülk X36ın mülkiyyətində olmuş, onun 1 fevral 1984-cü il vəfatı ilə əlaqədar mülkə miras açılmışdır. Miras açılan vaxtı onun birinci növbə vərəsələrindən əri Mövsüm 1-ci Dünya müharibəsində vəfal etmiş, oğlu Sahib 1974-cü ildə vəfat etmiş, digər övladları Sabir və Akif isə başqa ünvanlarında öz evlərində yaşamaqla mirası qəbul etməmişlər. Nənəsinin birinci növbə vərəsələrdən yalnız anası X19 həmin mülkdə yaşamaqla, nənəsindən sonra mirası idarə edib sahiblik etməklə mirası qəbul etmişdir. Anası nənəsi ilə birlikdə yaşadığına görə, onun bütün əmlakını anası qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad (Gəncə) şəhər notariat kontorunun xx.xx.1938-ci il tarixli, 42486 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X25 tərəfindən X1. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 310.0 kv.m torpaq sahəsinə dair 29 noyabr 1944-cü il tarixli Torpaq qeydi X14 adına işlənilmişdir. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin 08 avqust 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportu X14 adına işlənilmişdir. 1983-cü il tarixli inventarizasiya işləri zamanı mülk “A” literli binada 1-ci mərtəbədə bir yaşayış otağı 29.9 kv.m, 31.2 kv.m örtülü eyvandan, 2-ci mərtəbədə bir yaşayış otağı 29.9 kv.m yaşayış otağından, 31.2 kv.m örtülü eyvandan, 17.3 kv.m mətbəxdən ibarət olmuşdur. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, X15 və X12 qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X9 ailə tərkibi: Əri (arvadı): X29 (xx.xx.1936) (xx.xx.1981-ci ildə vəfat edib), oğlu: X18 (xx.xx.1965) (xx.xx.2021-ci ildə vəfat edib), qızı: İddiaçı (xx.xx.1972), oğlu: Cavabdeh (xx.xx.1975). İş materiallarına əlavə edilən 313050 saylı, xx.xx.1981-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X29 xx.xx.1981-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən 429455 saylı, xx.xx.1996-cı il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən 252416 saylı, xx.xx.1984-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.1984-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən 413614 saylı, xx.xx.1988-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X28 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 204966 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X17 arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 356018 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Kirovabadda anadan olmuşdur. X11, X5dır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, o, İ.Qayıbov küçəsi 60 ünvanında yaşayır, Gülcanla hasar qonşusudurlar. O, 1969-cu ildə ora gəlin gəlmişdir. Gülcanın anası olan Xanım Xalisəyə baxıb qayğısına qalıb, Gülcan da Xalisənin qulluöunda dayanıb. Gülcanın qardaşı Əlicandı, Rusiya Federasiyasında cəzçəkmə müəssisəsindədir. Digər qardaşı Canpolad təxminən 2-3 il əvvəl vəfat edib. O, gəlin gələndə Xanım həmin evdə tək yaşayırdı. Xanım xəstələnəndə Xalisə ona baxmaq üçün gəldi, onunla yaşadı. Xanım vəfat edəndən sonra da Xalisə uşaqları ilə orada yaşamağa davam etdi. Xalisənin ölən oğlu Canpolad Rusiya Federasiyasında yaşayırdı, xəstələnəndə Gülcan onu ölkəyə gətirdi, həmin qardaşı burada vəfat etdi dəfn edildi. Canpolad anasının sağlığında gəlib-gedirdi, lakin daim yaşamırdı. Əlican orta məktəbi bitirib birdəfəlik Rusiya Federasiyasına gedib və gəlməyib. Xalisə vəfat edəndən sonra həmin evdə Gülcan yaşayıb. Xalisə təxminən 1993-1994-cü illərdə vəfat etmişdir. Xanımın Sahib adlı bir oğlu da var idi, o təzə gəlin köçəndən bir müddət sonra, təxminən 1974- 1975-ci illərdə Sahib Rusiya Federasiyasında ölmüşdü, cənazəsini oradan gətirib burada dəfn etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, 1960cı ildə Zərdabı küçəsində doğulub, Gülcanın yaşadığı küçəyə gəlin köçüb, orada yaşayır. Gülcanın iki qardaşı var. Biri vəfat edib, biri isə Rusiya Federasiyasında yaşayır. Gülcanın indi yaşadığı ev onun nənəsi Xanımın olub. Xatırladığı qədəriylə, Xanımın bir oğlu Akif idi, qızı Xalisə olub. Xanım vəfat edənə yaxın Xalisə və Gülcan onunla yaşadı. Xalisənin iki oğlu, bir qızı var idi: onlardan Canpolad vəfat edib, Əlican Rusiya Federasiyasındadır. Hər iki qardaş analarının sağlığında Rusiya Federasiyasına getmişdi. Anaları vəfat edəndən sonra iki qardaş yasa gəlib, sonra gediblər. Evdə daim yaşamadılar. Məhkəmə ilk növbədə miras əmlakın statusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlak olmasına baxmayaraq həmin əmlakın dövlət qeydiyyatına alınması üçün bütün əsaslar mövcuddur. Belə ki, daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alğısatqı müqaviləsinə əsasən X2, əmlakın yerləşdiyi torpaq sahəsinə dair torpaq qeydi tərtib edilmişdir. Həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcuddur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü və 8.0.8-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.1-ci və 1.2-ci bəndlərində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq mülkiyyət hüququna bərabər tutulan hüquqla X4 məxsus olduğu üçün miras əmlak hesab edilməlidir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı iki mübahisə mövcuddur. Birinci mübahisə X14 vərəsələri arasında olan mübahisə, ikinci mübahisə isə X9 vərəsələri arasında olan mübahisədir. X21 xx.xx.1985-ci il tarixdə, X17 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X14 qanun üzrə birinci növbə vərəsələri X23, X24, X28 və X17 olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslərdən X17 anasının sağlığında onunla birlikdə yaşamış, anasının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişdir. Digər vərəsələr analarının sağlığında həmin evi tərk edib getmiş, analarından hər hansı miras qəbul etməmiş, analarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. X9 vərəsələri övladları olmuşdur. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, X9 ölümündən sonra onun vərəsələrindən İddiaçı mübahisəli evdə yaşamış, mirasa faktik sahiblik etmək yolu ilə qəbul etmiş və bunun aşkar nümayiş etdirmişdir. Bununla, İddiaçı miras əmlaka vərəsəlik hüququ müəyyən edilməlidir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, X4 məxsus olmuş, X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X4 məxsus olmuş, X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar