Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-346/2022 08.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 Qəhrəman qızının nümayəndəsi və vəkili, həmçinin digər cavabdehlərin vəkili X9, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızına, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızına, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 Unibank KB ASCnin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində vəsaitin Unibank KB ASC-nin xeyrinə müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh1 arasında olan xx.xx.2015-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 26% ödəmək şərtilə 17000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)- 3855/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1, X2, X5 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2(104)-2941/2017 saylı qətnaməsinə əsasən isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/2017 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi iddia tələbinin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinin hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin etməməsini onunla əlaqələndirmişdir ki, "xxxx" KB ASC ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi deyildir və həmin əmlakın hərracda kimə satılması da məlum deyildir. "xxxx" KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-yə satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş seriya RX Ne ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" KB ASCnin ünvan 3 fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən tərəflərindən xx.xx.2019-cu və xx.xx.2019-cu il il tarixlərində Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinə və xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində isə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinə tərəflərindən rəsmi müracət edilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən inzibati aktın qəbulu ilə bağlı hər-hansı hərəkət edilmədiyindən, qeyd edilən inzibati orqana qarşı bank tərəfindən “məcburetmə haqqında” iddia ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi məhkəməsinə müraciət edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır və məhkəmə iddianın mümkün sayılmamasının əsası kimi öz qərardadında “məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən(hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır” göstərmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə “İcra məmurunun hərəkətsizliyindən” şikayətlə müraciət edilmiş və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)-174/2020 saylı qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik “borclunun hüquqi vəziyyətini yaxşılaşdırmadığından geriyə şamil edilə bilməz” əsası ilə təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə mübahisələndirilən qərardaddan verilmiş şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmə kollegiyasının “normativ hüquqi aktın qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir”əsası ilə xx.xx.2021-ci il tarixli 8(104)-16/2021 sayli qərardadı əsasında Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)174/2020 saylı qərardadı qüvvədə qalmışdır. Həmçinin, Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinin və Gəncə Şəhər Baş Polis İdarəsinin imtina məktubu əsasında tərəflərindən xx.xx.2019-cu il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı “məcburetmə haqqında” iddia ilə Gəncə İnzibati - İqtisadi məhkəməsinə müraciət edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəflərindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilərək mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və qeyd edilən məhkəmənin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sonradan üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək Cavabdeh1 münasibətdə rədd edilmişdir. Məhkəmə Kollegiyası 2- 1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında apelyasiya şikayətinin qismən təmin edilməsinin əsası kimi üçüncü şəxslərin yaşayış yerindən çıxarılmadan onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını göstərmişdir. Həmçinin, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR qanununun 9cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, cavabdehlərin Unibank KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evindən çıxarılmaları cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində vəsaitin Unibank KB ASC-nin xeyrinə müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 izahatında bildirmişdir ki, o, arvadı Cavabdeh8 və qızları Cavabdeh7 Qəhrəman qızı və Cavabdeh17 Gəncə şəhəri, ünvan 1 ünvana dair çıxarışları da mövcuddur. Onlar Gəncə şəhəri, ünvan 2 ünvanda qeydiyyatda həmin ünvanda olsalar da, sonra məhkəmə qərarə ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışılar. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Belə ki, onun və ünvan 6vanda qeydiyyatda olan digər şəxslərin həmin ünvana dair istifadə hüquqları mövcuddur. Ona məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ipoteka qoyularkən evdə yaşayan və qeydiyyatda olan digər şəxslərin razılığı alınmamışdır. Həmin şəxslərin evdə istifadə hüququ vardır və mülkiyyətçinin dəyişilməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, əvvəlki məhkəmə iclaslarında cavabdehlər Cavabdeh4, X1 nümayəndəsi kimi Cavabdeh1 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxslər iddia tələbi ilə razı deyil. Belə ki, onların həmin ünvana dair istifadə hüquqları mövcuddur. Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ipoteka qoyularkən evdə yaşayan və qeydiyyatda olan digər şəxslərin razılığı alınmamışdır. Nümayəndəsi olduğu şəxslər həmin ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Hazırda müvəqqəti olaraq başqa yerə getmişlər. Onların evdə istifadə hüququ vardır və mülkiyyətçinin dəyişilməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 Qəhrəman qızının nümayəndəsi və vəkili, həmçinin digər cavabdehlərin vəkili X13 izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. Belə ki, cavabdehlərin ünvan 6vanda qeydiyyatda olan digər şəxslərin həmin ünvana dair istifadə hüquqları mövcuddur. Ona məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ipoteka qoyularkən evdə yaşayan və qeydiyyatda olan digər şəxslərin razılığı alınmamışdır. Həmin şəxslərin evdə istifadə hüququ vardır və mülkiyyətçinin dəyişilməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızına, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 26% ödəmək şərtilə 17000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 244micKPZi/15 saylı ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı qismində Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulmasına razı olduqlarını bildirmiş və həmin evə tutma yönəldildikdə evi tərk edəcəklərini öhdələrinə götürmüşlər. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3855/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1, X2, X5 xx.xx.2015ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması göstərilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2(104)-2941/2017 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/2017 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX No ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" KB ASC-nin ünvan 3 ünvanda sahəsi 94.5 kv.m olan, 0.0097 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)-174/2020 saylı qərardadından görünür ki, tələbkar Unibank KB ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 Unibank KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evindən çıxarılmalarının bir vəzifə olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması barədə verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(104)-16/2021 saylı qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)174/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çixarılmaları vəzifəsi cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı üçüncü şəxs Cavabdeh1 münasibətdə ləğv edilmiş və iddia Cavabdeh1 münasibətdə rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-543/2022 saylı qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyanın 22 oktyabr 2021-ci il tarixli, 2- 1(104)576/2021 nömrəli qərarından üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4163 və 4162 saylı arayışlardan görünür ki, Cavabdeh4 və Cavabdeh6 ünvan 6vanda qeydiyyatdadırlar və hal-hazırda həmin ünvanda yaşamırlar. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4160 saylı arayışdan görünür ki, Cavabdeh5, arvadı Cavabdeh8, qızları Cavabdeh7 Qəhrəman qızı və Cavabdeh17 ünvan 6vanda qeydiyyatdadır. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4159 saylı arayışdan görünür ki, Cavabdeh12, arvadı X3, oğulları Cavabdeh10, Cavabdeh15, bacısı Cavabdeh11 Bəhram qızı və bacısı oğlu Cavabdeh16 ünvan 6vanda qeydiyyatda olmaqla orada yaşayırlar. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4158 saylı arayışdan görünür ki, Cavabdeh1, arvadı Cavabdeh3, oğlu Cavabdeh2 Gəncə şəhəri, ünvan 5 ünvanda yaşayırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi evdən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: 1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 2) mənzilə tutma yönəldilməli və o satılmalıdır; 3) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; 4) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; 4) bu tələblərə yeni icraatda baxılmalıdır. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 çıxarılması və həmin evin boşaldılmasına dair tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə tərəfindən mübahisəli evə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh5, Cavabdeh7 Qəhrəman qızı, Cavabdeh8 və Cavabdeh17 mübahisəli ünvanda yaşamırlar. Cavabdeh5 öz ailəsi ilə birlikdə ünvan 8 Həmçinin cavabdehin Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 a nömrəli ünvana dair dövlət reyestrindən çıxarışı və tekniki pasportu da mövcuddur. Digər cavabdehlər Cavabdeh12, Cavabdeh15, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı və Cavabdeh16 isə ünvan 6vana dair çıxarışda qeyd edilməmiş torpaqda, qanunsuz tikilidə yaşayırlar. Mübahisəli ünvan 6van onların istifadəsində deyil. ünvan 6vanda yalnız Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13 qeydiyyatda olmaqla yaşayırlar, Cavabdeh4 və Cavabdeh6 isə ünvan 6vanda qeydiyyatda olsalar da, hazırda həmin ünvanda yaşamırlar. Məhkəmə iddianın cavabdehlər Cavabdeh5, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh17, Cavabdeh5, Cavabdeh12, Cavabdeh16, Cavabdeh11 Bəhram qızının, Cavabdeh10, evdən istifadə hüququna xitam verilməsi ilə bağlı hissəsinə qiymət verərək, hesab edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh7 Qəhrəman qızı və Cavabdeh17 mübahisəli ünvanda deyil, ünvan 8 Digər cavabdehlər Cavabdeh12, Cavabdeh16, Cavabdeh11 Bəhram qızı, Cavabdeh15 və Cavabdeh10 həmin ünvanda yerləşən ipoteka qoyulmuş fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə aid olmayan torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evində yaşayırlar və mübahisəli mənzildə yaşamırlar. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh12, Cavabdeh16, Cavabdeh11 Bəhram qızı, Cavabdeh15 və Cavabdeh10 mübahisəli mənzildən istifadə hüquqları yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh17, Cavabdeh12, Cavabdeh15, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı və Cavabdeh16 iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ yoxdur. Bu səbəbdən də, cavabdehlərin mövcud olmayan istifadə hüququ itirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55S nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Beləliklə, məhkəmə iclasında, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ******* saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 həmin əmlakdan çıxmadıqlarından iddiaçının mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı qanuni əsaslarla özünə məxsus ünvan 6vandan cavabdehlərin çıxarılmasını və banka təhvil verməsini tələb etmiş, cavabdehlər həmin ünvandan çıxmamış, faktiki olaraq iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 ünvan 6vandan istifadə hüquqlarının itirilmiş hesab olunmalı, cavabdehlər həmin evdən çıxarılmalı, cavadehlərdən ödənilmiş 60 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 ünvan 6vandan istifadə hüquqlarına xitam verilsin və həmin evdən cıxarılsınlar. Cavadehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 ödənilmiş 60 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-346/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-346/2022
08.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver