Məhkəmə qərarları › İş №2(125)-3467/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3467/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3467/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs nümayəndəsi Nümayəndə1 iştirakı ilə, ərizəçilər Nümayəndə2 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Nümayəndə2 və Ərizəçi2, Maraqlı şəxs qismində göstərməklə kişi cinsli oğlan uşağının xx.xx.2025-ci il tarixdə ev şəraitində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə ərizəçilər nikahlarını xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2766 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərin soyadı Alıyev, arvadın soyadı İsrəfilova qeyd edilmişdir. Nikahdan iki uşaq – xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Ərizəçilər ərizəsini onunla əsaslandırılmışlar ki, xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X9 və xx.xx.2020-ci il tarixdə X8 dünyaya gəlmişdir. Növbəti övladları xx.xx.2025-ci il tarixdə ev şəraitində doğulmuşdur. Uşağın ev şəraitində doğulmasının təqsirkarı onlar olmamışlar. Belə ki, hamiləliyə nəzarət Gəncə şəhər X1 ASM-də həkim X5 tərəfindən həyata keçirilmişdir. Hamiləliyin son mərhələsində doğumun aparılması üçün X2 adlı həkimlə əlaqə saxlamışlar. O isə bildirmişdir ki, xəstəxana TƏBİB balansına keçibdir, təhvil-təslimlə bağlı sənədləşmə işləri gedir, indiki vəziyyətdə xəstəxanada hər hansı doğuş əməliyyatının həyata keçirilməsi mümkün deyildir. Bundan sonra X4 müraciət etmişlər. Orada müayinə aparılmış, ərizəçilərə “doğuş vaxtı deyil, gedin evinizə sabah gələrsiniz” bildirilmiş, yerlərinin olmaması əsas gətirilmiş, həmçinin ərizəçilərə təkidlə xəstəxanada qalmaqları bildirilmişdir. Ancaq onlar dəhlizdə qalmaqdansa, məcburiyyət qarşında qalaraq evə getmişlər. xx.xx.2025-ci il tarixdə səhərə yaxın sancılar kəskin artmışdır. Dərhal Təcili yardıma müraciət etmişlər. Müraciətdən təxminən 1 saat sonra tibb işçiləri gəlmişdir. Həmin vaxt artıq kişi cinsinə mənsub uşaq dünyaya gəlmişdir. Doğum faktının baş verməsi ilə əlaqədar Təcili və X3 X11 Şəxsi Gəncə Şəhər TTTYS tərəfindən xx.xx.2025-ci il tarixli, 209 saylı arayış vermişlər. Maraqlı şəxsnə yaxınlaşaraq uşağa doğum haqqında şəhadətnamə verilməsini istəmişlər. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-14-986 saylı məktubla bildirmişlər ki, uşağa o halda doğum haqqında şəhadətnamə verilə bilər ki, xx.xx.2025-ci il tarixdə kişi cinsli övladın ev şəraitində doğulması faktı məhkəmə tərəfindən müəyyən edilsin. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə2 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi Nümayəndə2 ata nənəsidir. Ərizəçi2 xəstəxanaya apardıqda hələ doğum vaxtının olmaması bildirilərək evə göndərilmişdir. Ərizəçilərin nikahlarından xx.xx.2025-ci il tarixdə ev şəraitində oğlan uşağı doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, ərizəçi Nümayəndə2 onun oğludur. Ərizəçilərin oğlan uşağı xx.xx.2025-ci il tarixində ev şəraitində doğulmuşdur. Uşağın doğulacağı gün həkimə müraciət etsələr də, həkim problemlərin olduğunu, “Dəmiryol” Xəstəxanasının “TƏBİB”ə birləşəcəyini bildirərək başqa xəstəxanaya müraciət etmələri olduğunu bildirmişdir. Bundan sonra X4 müraciət etsələr də, xəstəxanadan hələ gözləməli olduqları bildirildiyinə görə onlar evə getmişlər. Evə qayıtdıqdan sonra uşaq doğulmuşdur. Onlar dərhal təcili tibbi yardım çağırmışlar. Uşağın və ananın doğuşdan sonra xəstəxanaya aparılmasına razı olmamışlar. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-14-986 nömrəli, xx.xx.2025-ci il tarixli Ərizəçi2 cavab məktubundan görünür ki, ərizəçinin Maraqlı şəxsnə ünvanladığı «xx.xx.2025-ci il tarixdə ev şəraitində oğlan uşağı dünyaya gətirməsi, hazıradək sənəd ala bilməməsi və bununla bağlı ona köməklik olunması” barədə ərizəsinə baxılmışdır. Müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.2025-ci il tarixdə ev şəraitində oğlan uşağı dünyaya gətirmişdir, bununla bağlı ərizəçiyə doğum haqqında şəhadətnamənin yazılması üçün doğum haqqında tibbi şəhadətnamə verilməmiş, hazırda da doğumu təsdiq edən, yəni-doğum haqqında şəhadətnamənin yazılmasına əsas olan doğum haqqında tibbi şəhadətnamələri ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm Doğumun qeydə alınması Bölməsinin 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün, valideynlərin şəxsiyyətini təsdiq edən sənəd, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtım və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən «Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir». Ona görə də ərizəçiyə xx.xx.2025-ci il tarixdə oğlan cinsli övladının ev şəraitində doğulması faktının müəyyən edilməsi üçün yaşadığınız ərazi üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X3” X11 Şəxsi Gəncə Şəhər TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 209 nömrəli məlumatdan görünür ki, həqiqətən xx.xx.2025-ci il tarixdə saat 08:07-də Gülüstan qəsəbəsi, bina 33, mənzil 4 ünvanına Ərizəçi2 adına çağırış olmuş, çağırış yerinə gələr TTTYS-nin çağırışçı həkimi Quliyeva Əntiqə xəstəyə “təkdöllü spontan doğuş həkiməqədər baş verdi” diaqnozu qoymuş və həmin gün Ərizəçi2, oğlan uşağı doğmuşdur. İş materiallarına əlavə edilmiş, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 94 nömrəli tibbi arayışdan görünür ki, Ərizəçi2 həqiqətən xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində evdə kişi cinsli uşaq doğmuşdur, uşaq həkim müayinəsindən keçib, hazırda sağlamdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 25 yanvar 2025-ci il tarixdə Gəncə şəhərində Ərizəçi2 tərəfindən ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hazırda sağlam olmaqla ərizəçilərin himayəsində yaşayır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçilərin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçilərin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağının şəxsiyyətini təsdiq edən sənədinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 yanvar 2025-ci il tarixdə Gəncə şəhərində ev şəraitində Ərizəçi2 oğlan cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar