Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3469/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçi “sənədin şəxsə məxsus olması” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Nərimanlı kəndində anadan olduğundan və adına verilmiş 3Ж N56*3* 3* saylı doğum şəhadətnaməsində adı Əliyeva “Gülzar" Qafar qızı yazıldığından *8.*7.1982-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Nərimanlı kənd sovetliyindən adına verilmiş İİ-CJLM 274931 saylı nikah şəhadətnaməsində adı Əliyeva “Gülüzar” Qafar qızı adı doğum şəhadətnaməsində “Gülzar” adı ilə eyni olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə ərizəçi vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün aparılmaması nəticəsində sənədin ona məxsus olmasının müəyyən edilə bilmədiyini bildirir və həmin hüquqi faktın müəyyən olunması məqsədilə məhkəməyə müraciət etmişdir. Lakin ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Belə ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinin, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmasını sübut etməlidir. Yəni ərizəçi hazırkı tələblə vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatını aparan orqana müraciət etməli, həmin tələbin müvafiq icra hakimiyyəti orqanında icrası mümkün olmadıqda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “sənədin şəxsə məxsus olması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3469/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3469/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver