Məhkəmə qərarları › İş №2(125)-3470/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3470/2025

15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3470/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi və Cavabdeh Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin doğumu faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi : Ərizəçi şəxsin doğumu faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahdan xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində doğulmuş X4 adlı uşağın atasının X5, anasının isə Ərizəçi olmaqla doğum faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X5 ilə qeyri-rəsmi nikahdan xx.xx.2012ci il tarixində Gəncə şəhərində X4 adlı övladı anadan olmuşdur. Həmin vaxtdan etibarən ərizəçi Rauf Atakişiyevdən faktiki olaraq ayrılmış, hazırda onun harada yaşadığını bilmir və uşağını tək böyütmüşdür. Övladə ev şəraitində anadan olmuşdur. Buna görə də, hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. X1 doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneəçilik törədəcək. Göründüyü kimi, X2 doğum faktının tanınması zərurəti yaranmışdır və ona doğum haqqında şəhadətnamə verilməlidir. Ərizəçi Gəncə şəhər Qeydiyyatına bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməmişdir və bu barədə imtina məktubunu təqdim etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun olan izahat vermiş, sonda ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə maraqlı şəxs-Maraqlı şəxs nümayəndəsi X7 iştirak etmiş, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmədə şahid kimi ifadə vermiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 2012-ci ildə Hüseyn adlı uşağın doğulduğunu və həmin uşağın atasının Rauf olduğunu bilmişdir Məhkəmədə şahid kimi ifadə vermiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi 2012-ci ildə Hüseyn adlı uşağın doğulduğunu və atasının Rauf olduğunu təsdiq edir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin izahatlarını, həmçinin şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundantəmin edilməlidir. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 309 nömrəli Arayışından görünür ki, xx.xx.2013-cü ildə doğulmuş X4 adlı uşaq xx.xx.20216-cı il tarixində 4 nömrəli uşaq poliklinikasında qeydiyyata alınıb. Uşaq 1 ilə yaxın həmin ünvanda yaşadıqdan sonra ata gələrək FN 112-ni (uşağın ambulator kitabçasını) poliklinikadan almış və uşağın başqa ünvana köçdüyünü bildirmişdir. İşdə olan Maraqlı şəxs 04 iyun 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş Ərizəçi xx.xx.2012-ci il tarixdə doğulmuş oğlan cinsli övladının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçiyə uşağın doğumu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciətr etməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində kişi cinsindən olan bir uşaq doğmuş, ancaq uşaq barəsində doğum akt qeydi tərtib edilməmişdir. Ərizəçi həmin faktları başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, həmçinin, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi-xx.xx.1993-cü ildə doğulmuş Ərizəçi 19 noyabr 2012-ci il tarixdə Gəncə şəhərində kişi cinsindən olan bir uşaq doğması fakt kimi müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar