Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3504/2023 19.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 nömrəli binanın (yataqxana) 19 nömrəli otağında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarının itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əziz Nəzərov küçəsi, 2 nömrəli bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balanasına aiddir. Həmin binanın 19 nömrəli otağında qeydiyyatda olanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 uzun illərdir ki, həmin binada yaşamırlar, ona görə də kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Əziz Nəzərov küçəsi, 2 nömrəli bina (yataqxana) qeydiyyatda olmalarına baxmayaraq onların haqqında heç bir məlumat yoxdur. Məhkəmə iclasınında iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 62849*9 nömrəli, *5 aprel 2*23-cü il tarixli arayışından görünür ki, 19.*5.198*-ci il təvəllüdlü X4, 25.*6.1984-cü il təvəllüdlü Cavabdeh2, 29.*4.2*16-cı il təvəllüdlü Cavabdeh1, 12.*6.2*1*-cu il təvəllüdlü Cavabdeh3, *2.*7.1993-cü il təvəllüdlü Cavabdeh4, 18.*9.2**2-ci il təvəllüdlü X1 şəhəri, Ə.Nəzərov küçəsi, ev 2, mənzil 19 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin *6 aprel 2*23-cü il tarixli, 2361******496 nömrəli (yataqxana) nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, X4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X1 şəhəri, Əziz Nəzərov, ev 2, mənzil 19 ünvanında qeydiyyatdadırlar. Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ünvan 3 ünvanında qedydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1* nömrəli Xidmət sahəsi tərəfindən verilmiş *6 aprel 2*23-cü il tarixli, 76 nömrəli arayışdan görünür ki, Cavabdeh4 ünvan 4 ünvanında yaşamır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1* nömrəli Xidmət sahəsi tərəfindən verilmiş *6 aprel 2*23-cü il tarixli, 77 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında yaşamır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1* nömrəli Xidmət sahəsi tərəfindən verilmiş *6 aprel 2*23-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, Cavabdeh3 ünvan 4 ünvanında yaşamır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1* nömrəli Xidmət sahəsi tərəfindən verilmiş *6 aprel 2*23-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yaşamır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək və ya bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş uçotdan çıxarmaq üçün əsaslar aşkar edilənədək saxlanılır. Həmin Məcəllənin 6*.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 nömrəli bina Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 19 nömrəli otağında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olsalar da, orada xeyli vaxtdır ki, yaşamırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli ünvana olan ehtiyacları xeyli vaxtdır ki, aradan qaldığından, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 nöməli binanın (yataqxana) 19 nömrəli otağında qeydiyyatda olanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 nöməli binanın (yataqxana) 19 nömrəli otağından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3504/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3504/2023
19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver