Məhkəmə qərarları › İş №2(125)-3529/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3529/2025

01.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3529/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı mərhum X10 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsində 425 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın və xx.xx.2024-cü il tarixdə 252 nömrəli qeydə alınmış nikahın pozulması haqqında akt qeydlərinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi belə əsaslandırılmışdır ki, mərhum əri X10 ilə xx.xx.1981-ci il tarixdə Cavabdeh1ndə nikaha daxil olmuş, nikahıları 1582 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu hal, həm nikah haqqında şəhadətnamə, həm də cavabdeh orqanın ona verdiyi arayışla öz əksini tapır. Mərhum əri Elman Əsgərov onun vəfat etdiyi bir günə qədər birlikdə xoşbəxt yaşasalar da, onun vəfatından demək olar ki, 1 il sonra ona məlum oldu ki, mərhum yoldaşı onunla nikahda ola-ola Cavabdeh2 ilə rəsmi nikaha girmiş və sonra da boşanmışdır. Əvvəlcə inanmasa da araşdıraraq əmin olmuşdur ki, bu həqiqətən baş vermişdir. Bu halın hansı formada və necə baş tutması onun üçün anlaşılan deyil və necə ola bilər ki, qeydiyyat orqanı bunu həyata keçirsin. Belə ki, qanunun tələbinə əsasən “ikisindən bir və ya hər ikisi başqası ilə nikahda olan şəxslərin başqa şəxlə nikahının bağlanmasına yol verilmir”. Mərhum həyat yoldaşı onunla nikahda ola-ola dünyasını dəyişdiyindən onun, həm pensiya, həm də əmlak məsələləri ilə əlaqədar olan hüquqlarında ilkin olaraq onun hüquqları var və o, yuxarıda qeyd edilən saxta nikah məsələsinə görə bu hüquqlardan istifadə edə bilmir. Qeyd edir ki, mərhum həyat yoldaşı dünyasını dəyişmişdir və bu barədə ölum haqqında şəhadətnamənin surətini əlavə edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirdi ki, mərhum X10 onunla 0.07.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Nikahları xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 425 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Onların nikahlarından heç bir uşaqları olmamışdır. xx.xx.2024-cü il tarixdə isə nikahları Cavabdeh1ndə pozulmuşdur. O, Elman Əsgərovun ondan əvvəl evli olduğunu bilməmiş, yalnız Elman vəfat etdikdən sonra onun arvadı Ziyafətdən öyrənmişdir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, mərhum X10 ilə onun arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 425 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın və xx.xx.2024-cü il tarixdə 252 nömrəli qeydə alınmış nikahın pozulması haqqında akt qeydlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X11 bildirdi ki, qeydiyyat orqanları son illərdə elektron informasiya sisteminə keçmişdir. 1990-cı illərdə isə elektron sistem olmadığından vətəndaşlıq vəziyyəti aktlarının yoxlanılması mürəkkəb və qarışıq olmuşdur. Buna görə də həmin dövrdə şəxsin digər ərazilərdə nikahları haqqında tam məlumat əldə edilməsi mümkünsüz olmuşdur. Qeyd olunan səbəbdən də X6 ilk nikahı qüvvədə ola-ola ikinci nikah qeydə alınmışdır. X4 iddianın təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: İİ-ЖГ seriyalı 424821 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah xx.xx.1981-ci il tarixdə Bərdə rayon Həsənqaya kənd sovetində 18 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh1 xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1135 nömrəli məktubundan görünür ki, xx.xx.1981-ci ildə X10 ilə İddiaçı arasında Cavabdeh1ndə 1582 nömrəsi ilə nikah qeydə alınmış, bundan sonra xx.xx.2014-cü ildə X10 həmin nikah pozulmadan Cavabdeh2 ilə Cavabdeh1ndə 425 nömrəli akt qeydi ilə nikah daxil olmuşdur. Həmin nikah xx.xx.2024-cü ildə 252 saylı aktla Cavabdeh1ndə pozulmuşdur. AZ-T seriyalı, 020946 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 arasında Cavabdeh1ndə 24 oktyabr 1981-ci il tarixdə, 1582 nömrəli akt qeydi ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsəgərova soyadı verilmişdir. AZ-İ seriyalı, 917796 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 arasında Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində 10 iyul 2014-cü il tarixdə, 425 nömrəli akt qeydi ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Quliyeva soyadı verilmişdir. AZ-İ seriyalı, 477943 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 arasında olan nikah onların birgə ərizəsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 26 aprel 2024-cü il tarixdə 252 nömrəli qeyd aparılmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 may 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən müəyyən edilən hallar: X10 ilə İddiaçı arasında Cavabdeh1ndə xx.xx.1981-ci ildə 1582 nömrəsi ilə nikah qeydə alınmışdır. Bundan sonra xx.xx.2014-cü ildə X10 həmin nikah pozulmadan Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Bu barədə Cavabdeh1ndə 425 nömrəli akt qeydi ilə nikah qeydə alınmışdır. Daha sonra Cavabdeh1ndə tərəflərin ərizəsinə əsasən həmin nikah xx.xx.2024-cü ildə 252 saylı akt qeydi ilə pozulmuşdur. Daha sonra X10 21 may 2024-cü il tarixdə ölmüşdür. İddiaçı tərəf məhkəmə iclasında iddiasını müdafiə etmiş, cavabdeh tərəf isə iddia tələbini tamamilə etiraf etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 25.1-ci maddəsinə görə bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2 və 25.4-cü maddələrinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.5-ci maddəsinə görə pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ilə X10 arasında xx.xx.1981-ci il tarixdə Cavabdeh1ndə 1582 nömrəsi ilə qeydə alınmış nikah pozulmadan, X10 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü ildə Gəncə şəhəri qeydiyyat şöbəsində 425 nömrəsi ilə qeydə alınması və xx.xx.2024-cü ildə 252 saylı akt qeydi ilə nikahın pozulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinin tələbinə zidd olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Odur ki, məhkəmənin gəldiyi yekun qənaətə əsasən iddia təmin olunmalı, X10 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsində 425 nömrəli akt qeydi ilə qeydə alınmış nikah və xx.xx.2024-cü il tarixdə 252 nömrə ilə qeydə alınmış həmin nikahın pozulması haqqında akt qeydləri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. X10 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsində 425 nömrəli akt qeydi ilə qeydə alınmış nikah və xx.xx.2024-cü il tarixdə 252 nömrə ilə qeydə alınmış həmin nikahın pozulması haqqında akt qeydləri etibarsız hesab edilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar