Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-354/2024 29.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının, Basarkeçər rayonunun, Məzrə kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində doğulmuşdur. X3, anası X6 olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə yaşadıqları Ermənistan Respublikasından qaçqın düşdük. Qaçqın düşən zaman doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Hazırda atası Süleyman Cənnətovdan qalmış miras əmlakı öz adına keçirmək istəyir. Lakin doğum haqqında şəhadətnaməsi olmadığından bunu edə bilmir. O, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ona imtina etmişdir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi Ermənistan Respublikası Vardenis rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də barəsində doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Basarkeçər rayonunun Böyük Məzrə kənd soveti tərəfindən verilmiş 12.012.1964-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X6 xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilən AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. Məsələ ilə əlaqədar, axtarış məlumatlarını qeyd etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etməyi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ilk dəfə xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanı üzrə sənədləşdirilərək AZE-05399815 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Əlavə olaraq bildirirlər ki, müraciətdə qeyd etdiyi digər xüsusatlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ərazi rayon Qeydiyyat Şöbəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Basarkeçər rayonunun Böyük Məzrə kənd soveti tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1965-ci ildə Basarkeçər rayonunun Məzrə kəndində doğulmuşdur. X1 ilə X5r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, eyni ata və anadan doğulmuşlar. X2, anaları X5r. O və bacısı Tərifə Ermənistan Respublikası, Basarkeçər rayonu, Böyük Mərzə kəndində doğulmuşdur. Tərifənin doğum tarixini dəqiq xatırlamır, amma tərifənin ondan 4-5 yaş balaca olduğunu və atasının ölüm tarixindən 2 gün sonra Tərifənin doğum tarixinin olduğunu bildirdi. Ərazi münaqişəsi düşəndə ailə üzvləri Ermənistan Respublikasından məcburi köçmüşlər. Tərifənin doğum haqıqnda şəhadətnaməsi olmuşdur, amma yəqin məcburi köçdükləri zaman itmişdir. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının, Basarkeçər rayonunun, Məzrə kəndində doğulması, atasının X7, anasının X6 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının, Basarkeçər rayonunun, Məzrə kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-354/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-354/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver