Məhkəmə qərarları › İş №2(125)-3565/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3565/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3565/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil, İddiaçı2 qanuni nümayəndəsi və İddiaçı4, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X8, Üçüncü şəxslər X28 və X29 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, X54, X50 və X45) “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X7, X15 və X16 hərəsinin ¼ payı olmaqla mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən əmlaka miras payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, 148 saylı fərdi yaşayış evi 1934-cü ildə aparılmış inventarlaşdırma zamanı X30 məxsus olduğu göstərilmişdir və ona xx.xx.1935-ci il tarixli 8347 saylı torpaq qeydi verilmişdir. X40 xx.xx.1935-ci il tarixdə vəfat etmişdir. Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1936-cı il tarixli qərarına əsasən bu mülk Kərimovlar Hümbət, Zeynal, Nübubət Muxtar uşaqlarının və Cavahir Hacı qızının adlarına keçmişdir. Bu fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə dövlət reyestrində 163 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış və X14, X7, X15 və X16 hərəsinin ¼ payı olmaqla mülkiyyətlərinə verilmişdir. Həmin fərdi yaşayış evinin mülkiyyətçilərindən: X33 atam Muxtərin babasıdır, o, evli olmuş, xx.xx.1951 -ci il tarixdə vəfat etmiş, arvadı X17 isə xx.xx.1942-ci il tarixdə vəfat etmişdir. X34 isə ulubabam Zeynalın anasıdır, o, X21 həyat yoldaşı olmuş və 1937-ci ildə vəfat etmişdir. X22 ulubabası Zeynalın bacısıdır, o, subay olmuş və xx.xx.1996-cı il tarixdə vəfat etmişdir; X35 ulubabası Zeynalın qardaşıdır, subay olmuş və 1938-ci ildə vəfat etmişdir. X14 üç övladı olmuş: X41, xx.xx.1985-ci il tarixdə vəfat etmiş, evli olmuş, arvadı X46 xx.xx.2014cü tarixdə vəfat etmiş, heç bir övladları olmamışdır. X23, xx.xx.1992-ci il tarixdə vəfat etmişdir, evli olmuş, arvadı X36 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Dörd övladlarından Aybəniz, Aygün və Gülbəniz ailə qurub, ər evində yaşayırlar. Oğlu Cavabdeh isə hazırda ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. İddiaçı1 Zeynal oğlu onun babasıdır, o, xx.xx.1996-cı il tarixdə vəfat etmişdir, evli olmuşdur. Dörd övladlarından Samir, Kəmalə və Aytən başqa ünvanda yaşayır. X13 həmin mübahisəli miras evdə yaşamış və xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Evli olmuş, iki övladı var, Alim və qardaşı Amil. Hazırda o, qardaşı Amil, anası Yeganə və nənəsi Elmira ilə birlikdə miras qalmış həmin fərdi yaşayış evində yaşayır və onlar həmin evi öz adlarına rəsmiləşdirmək istəyirlər, lakin atasının əmisi oğlu Cavabdeh ilə aralarında narazılıq var, belə ki, o, həmin miras mülkün 2/3 hissəsi ona, 1/3 hissəsi onlara çatmasını bildirir. Miras mülkü faktiki olaraq onlar və Cavabdeh qəbul etməklə, həmin əmlaka sahiblik edirlər və əmlakı idarə edirlər, digər vərəsələr isə nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermişlər nə də ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamadıqları üçün hesab edir ki, onlar miras mülkü ümumiyyətlə qəbul etməmişlər. Bununla bağlı o, 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisinə və Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin “Asan Xidmət” mərkəzində notariat ofisi xx.xx.2022-ci il tarixli 626 nömrəli məktubu ilə və 1 saylı Notariat ofisi xx.xx.2022-ci il tarixli 53 saylı imtina qərarı ilə miras əmlakın vərəsələri arasında razılıq olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən digər üçüncü şəxslər Aytən Cəfərova və Kamalə Əliyeva hər biri ayrı-ayrılıqda iddianın təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3565/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı3 dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2003cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X47 ilə X48 arasında xx.xx.2003-cü ildə 166 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə X14, ¼ hissədə X7, ¼ hissədə X15 və ¼ hissədə X16 mülkiyyətindədir. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3508 nömrəli məktubdan görünür ki, miras qoyanlar-X33, X22, X35 ve X34 ilə vərəsə sayıla biləcək şəxs arasında qohumluq əlaqələrini sübut edən sənədlər olmadığına görə İddiaçı4 onların vərəsəsi hesab olunmursunuz. Ona görə də, İddiaçı4 miras qoyanların adına olan əmlaka dair qanur üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında verilməsi mümkün deyildir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində göstərilən qanun üzrə vərəsələr dairəsinə əsasən və X33, X22, X35 və X34 ilə qohumluq əlaqələrinizi sübut edər sənədlər mövcud olmadığına görə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tovsiyyə olunmuşdur. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 157 nömrəli məktubdan görünür ki, miras qoyanlar-X33, X22, X35 və X34 ilə vərəsə sayıla biləcək şəxs arasında qohumluq əlaqələrini sübut edən sənədlər olmadığına görə İddiaçı1 onların vərəsəsi hesab olunmur. Ona görə də, İddiaçı1 miras qoyanların adına olan əmlaka dair qanuı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında verilməs mümkün deyildir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsind göstərilən qanun üzrə vərəsələr dairəsinə əsasən və X3 Nübubət Muxtar qızı, X35 və X49 ilə qohumluq əlaqələrinizi sübut edən sənədlər mövcud olmadığına gör aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışından görünür ki, xx.xx.1927-ci il təvəllüdlü X24 ailə tərkibi ibarətdir: arvadı X46 (xx.xx.1934) (xx.xx.2014-cü ildə vəfat edib). İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışından görünür ki, xx.xx.1929-cü il təvəllüdlü X2 ailə tərkibi ibarətdir: Əri (arvadı): X36 (xx.xx.1940) (xx.xx.2011-ci ildə vəfat edib), qızı: X9 (xx.xx.1958), qızı: X18 (xx.xx.1960), qızı: X5 (xx.xx.1962), Oğlu: Cavabdeh (xx.xx.1963). İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışından görünür ki, xx.xx.1939-cü il təvəllüdlü İddiaçı1 Zeynal oğlunun ailə tərkibi ibarətdir: Əri (arvadı): İddiaçı3 (xx.xx.1946), Oğlu:X54 (xx.xx.1968), Oğlu: X47 (xx.xx.1969) (xx.xx.2023-cü ildə vəfat edib), Qızı: X45 (xx.xx.1976), Qızı: X50 (xx.xx.1979). İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X31 ailə tərkibi ibarətdir: Atası: İddiaçı1 Zeynal oğlu (xx.xx.1939) (xx.xx.1996-cı ildə vəfat edib), Anası: İddiaçı3 (xx.xx.1946), Əri (arvadı): İddiaçı4 (xx.xx.1982), Oğlu: İddiaçı1 (xx.xx.2005), Oğlu: İddiaçı2 (xx.xx.2008). İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışından görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı3 ailə tərkibi ibarətdir: Əri (arvadı): İddiaçı1 Zeynal oğlu (xx.xx.1939) (xx.xx.1996-cı ildə vəfat edib), Oğlu: X54 (xx.xx.1968), Oğlu: X47 (xx.xx.1969) (xx.xx.2023-cü ildə vəfat edib), Qızı: X45 (xx.xx.1976), Qızı: X50 (xx.xx.1979). İş materiallarında olan X54, X50 və X45 tərəfindən Gəncə şəhəri 2 saylı Notariat Ofisinə verilmiş **********117 nömrəli ərizənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.251 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X14, X7, X15 və X16 adınadır. Göstərilən miras əmlakın tək X31 adına keçirilməsinə və bununla bağlı məhkəmə qərarının çıxarılmasına razılıq verirlər. Bununla bağlı iddia və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 1938-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 1937-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1951-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər ZAQS tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Nurəddin oğlu ilə X32 arasında xx.xx.1987-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.031985-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Nizami VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir, İş materiallarında olan AR X57 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X19 xx.xx.1942-ci ildə ölmüşdür. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, İddiaçı3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Lakin daha əvvəl ünvan 4 ünvanında yaşamışdır. Səlim, Nurəddin və Alim üç qardaş idilər. Onlarla barı qonşusu olmuşlar. Səlimin uşağı olmamışdı, o, təxminən 1990-cı illərdə vəfat etmişdi, onun arvadının adını xatırlamır və o da vəfat etmişdir, onlar qonşuluqdakı həmin evdə yaşamışdılar. Nurəddin Səlimdən sonra, təxminən 1993-1994-cü illərdə vəfat etmişdi, onların vəfat tarixləri arasında 2-3 il fərq var. Nurəddinin Kərim adlı oğlu və 3 qızı var idi, ikisinin adı Aybəniz və Aygün idi, digər qızının adını xatırlamır. Nurəddinin arvadı Ulduz ərindən sonra təxminən 2000-ci illərdə vəfat etmişdir, onların qızları 2000-ci illərdə evlənib, başqa yerə köçüblər. Kərim əvvəldən həmin evdə yaşayır. Alimin 2 qızı və 2 oğlu vardı, onların adları Aytən, Samir və Muxtar idi, digər qızının adını xatırlamır. Alim Nurəddindən təxminən 2-3 il sonra 1990-cı illərdə vəfat etmişdir. Muxtər həmin evdə yaşayırdı. Samirin başqa evi var idi, Kəmaləylə Aytən evlənib başqa evə köçmüşdülər. Muxtər 1 il əvvəl vəfat etmişdi. Alimin arvadı Elmira 2-3 ay əvvəl vəfat etdi. Zeynalın övladları, bacısı və qardaşları olduğunu eşitmişdim, amma bacıqardaşlarını dəqiq bilmir, xatırlamır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, mübahisəli əmlakın mülkiyyətçilərindən olan X34 1937-ci ildə öldükdə vərəsələri onun övladları olan X38, X25 və X33 olmuşdur. X38 1938-ci ildə oldükdə vərəsələri bacısı X25 və qardaşı X33 olmuşdur. X14 arvadı X19 isə xx.xx.1942-ci il tarixdə vəfat etmişdir. X33 xx.xx.1951-ci ildə öldükdə onun vərəsələri bacısı X25 (xx.xx.1996-cı ildə vəfat etdikdə həmçinin onun vərəsələri:) və övladları X41, X4 və İddiaçı1 Zeynal oğlu olmuşdur. X24 xx.xx.1985-ci ildə öldükdə vərəsəsi olan arvadı X46 xx.xx.2014-cü ildə ölmüşdür. X23 xx.xx.1992-ci il tarixdə öldükdə vərəsələri arvadı X36 (xx.xx.2011-ci ildə vəfat etdikdə həmçinin onun vərəsələri:), övladları X9, X18, X5, Cavabdeh olmuşdur. İddiaçı1 Zeynal oğlu xx.xx.1996-cı ildə vəfat etdikdə vərəsələri arvadı İddiaçı3 və övladları X54, X47, X45 və X50 olmuşdur. X47 xx.xx.2023-cü ildə vəfat etdikdə vərəsələri anası İddiaçı3, arvadı İddiaçı4 və övladları İddiaçı1, İddiaçı2 olmuşdur. İddiaçı3 xx.xx.2024-cü ildə vəfat etdikdə vərəsələri övladları X54, X45 və X50 olmuşdur. Məhkəmə hesab edir ki, 2000-ci il tarixdən əvvəl vəfat etmiş miras qoyanlara dair hissədə mübahisəli vərəsəlik hüquq münasibətlərinə 1964-cü ildə qəbul edilmiş, 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarının tətbiq olunmalıdır. 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinə əsasən, Maddə 527.1 Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 556.3. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Hazırkı iş üzrə mübahisəli əmlakın mülkiyyətçilərindən olan Cavahir Kərimova 1937ci ildə öldükdə onun birinci növbə vərəsələri Hümbət Kərimov, Nübibət Kərimova və Zeynal Kərimov; Hümbət Kərimov 1938-ci ildə öldükdə birinci növbə vərəsələri Nübibət Kərimova və Zeynal Kərimov; Zeynal Kərimov 1951-ci ildə öldükdə onun birinci növbə vərəsələri Səlim Kərimov, Nürəddin Kərimov, İddiaçı1; Səlim Kərimov 1985-ci ildə öldükdə onun birinci növbə vərəsəsi Məzufə Kərimova; Nürəddin Kərimov 1992-ci il tarixdə vəfat etdikdə onun birinci növbə vərəsələri Dilsuz Kərimova, Aybəniz Kərimova, Aygün Novruzova, Gülbəniz Məmmədova və Cavabdeh; Nübibət Kərimova xx.xx.1996-cı ildə öldükdə onun ikinci növbə vərəsəsi İddiaçı1; İddiaçı1 xx.xx.1996-cı ildə vəfat etdikdə birinci növbə vərəsələri İddiaçı3, Samir Kərimov, Muxtər Kərimov, Kamalə Əliyeva və Aytən Cəfərova olmuş, onlardan Nürəddin Kərimovun birinci növbə vərəsələri olan Aybəniz Kərimova, Aygün Novruzova və Gülbəniz Məmmədova istisna olmaqla, Dilsuz Kərimova və Cavabdeh daxil olmaqla; İddiaçı1 birinci növbə vərəsələri olan Samir Kərimov, Kamalə Əliyeva və Aytən Cəfərova istisna olmaqla, İddiaçı3 və Muxtər Kərimov daxil olmaqla, bütün vərəsələr özlərindən əvvəlki miras qoyanın vəfatından sonra miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Nürəddin Kərimovun birinci növbə vərəsələri olan Aybəniz Kərimova, Aygün Novruzova, Gülbəniz Məmmədova və İddiaçı1 birinci növbə vərəsələri olan Samir Kərimov, Kamalə Əliyeva, Aytən Cəfərova miras qoyanın sağlığında həmin evi tərk edib getmiş, atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, habelə sonucular notarial qaydada ərizə vermək yolu ilə mirasdan imtina etmişlər. Məhkəmə hesab edir ki, 2000-ci il tarixdən sonra vəfat etmiş miras qoyanlara dair hissədə mübahisəli vərəsəlik hüquq münasibətlərinə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Dilsuz Kərimova 2011-ci ildə vəfat etdikdə birinci növbə vərəsələrindən Cavabdeh; Muxtər Kərimov 2023-cü ildə vəfat etdikdə birinci növbə vərəsələrindən İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 miras qoyanın vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnməsi digər vərəsələr tərəfindən mübahisələndirilməmişdir. Digər vərəsələr özündən əvvəlki miras qoyanın ölümündən sonra da evdə pay iddia etməsi, notarial qaydada ərizə vermək yolu ilə və (ya) miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməsi müəyyən olunmamışdır. İddiaçı3 2024-cü ildə vəfat etdikdə birinci növbə vərəsələri olan Samir Kərimov, Kamalə Əliyeva, Aytən Cəfərova notarial qaydada ərizə vermək yolu ilə mirasdan imtina etmişlər. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, X1, X6, X11 və X12 miras qalmış, Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 148 nömrəli fərdi yaşayış evindən ibarət mirasda İddiaçı1 1/6, İddiaçı2 1/6, İddiaçı4 1/6 və Cavabdeh 3/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3565/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı3 dair hissədə mülki iş üzrə icraata xitam verildiyindən həmin hissədə iddia araşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1, X6, X11 və X12 miras qalmış, Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 148 nömrəli fərdi yaşayış evindən ibarət mirasda İddiaçı1 1/6, İddiaçı2 1/6, İddiaçı4 1/6 və Cavabdeh 3/6 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar