Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3568/2023 22.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X30 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı Bəhrəm qızı və onun vəkili X4, Cavabdeh və onun nümayəndəsi (vəkil) X11 iştirakları ilə, İddiaçı Bəhrəm qızının Cavabdeh qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq, məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bəhrəm qızı Cavabdeh qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 49 saylı binanın 1 saylı mənzilindən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 49 saylı binanın 1 saylı mənzili 24 noyabr 1992-ci ildə Gülüstan qəsəbəsi MTK "xxxx" kooperativinin 88 saylı orderi əsasında X2na verilmişdir. X2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Hazırda o və övladları X5, X21, X14 yaşayır. Cavabdeh olan övladı Cavabdeh bir neçə il bundan əvvəl evlənmiş və onların yaşadıqları mənzili tərk etmişdir. Onlar cavabdehi neçə dəfə evlərinə dəvət etsələr də, küçədə görəndə görüşməyə çalışsalar da, cavabdeh onları sildiyini və onları tanımadığını bildirmişdir. Oğlu Cavabdeh 2021-ci ilin fevral ayının 18-də evdəki ən son əşyasını gəlib götürərək evi tamamilə tərk etmiş, evlə bütün əlaqəsini kəsmişdir. Hazırda Orxanın həmin evdə heç bir əşyası yoxdur. Heç bir əlaqəsi yoxdur. Dəfələrlə oğlunu dəvət edərək ona ana-bala olduqlarından “Gəl, oturub söhbət edək, niyə bizi bəyənmirsən?”-demişdir. Lakin, cavabdeh ona qəti onu axtarmamasını bildirmişdir. Hətta qızı Zülfiyyəni və onu təhqiramiz sözlərlə təhqir edir. Bir dəfə Zülfiyyənin barmağını da qırmışdır. Lakin, yenə də onlar cavabdehdən polisə şikayət etməmişlər. Hazırda cavabdehin yaşamadığı mənzildə qeydiyyatda olması səbəbindən o, əlavə kommunal xərclər ödəyir. Məhkəmə iclasında İddiaçı Bəhrəm qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 49 saylı binanın 1 saylı mənzilini mərhum X2 24 noyabr 1992-ci ildə "xxxx" MTK-dan almışdır. Cavabdeh onun doğma oğlu olmaqla xx xxxxxxxx 1998-ci ildə mübahisəli mənzildə doğulmuş və 2022-ci ilin fevral ayında həmin mənzildən çıxıb getmişdir. Belə ki, cavabdeh evləndiyi üçün onunla evdə yola getməmiş və kirayədə yaşamağa başlamışdır. Cavabdehin kirayə haqqını hətta bir neçə ay bir ana kimi özü ödəmişdir. 11 dekabr 2020-ci ildə mübahisəli mənzilin sahibi olan anası Səriyyə Cəfərova vəfat etmişdir. Ancaq anasından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı notariusa müraciət etməmişdir. Beləliklə mübahisəli mənzil anasının sağlığında və ondan sonra özəlləşməyərək Mənzil Tikinti Kooperativinin balansında qalmışdır. O, mənzilin hazırda onun adına özəlləşdirilməsinə nail ola bilmir. Belə ki, bununla bağlı cavabdehlə aralarında narazılıq var. Cavabdeh ailə qurduğu vaxtdan, yəni 2022-ci ilin fevral ayından mübahisəli ünvanda yaşamadığı üçün hesab edir ki, onun həmin mənzilə olan hüququ itirilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 1998-ci ildə mübahisəli ünvan olan ünvan 12-ci ilin fevral ayının ortalarına qədər orada yaşamışdır. Belə ki, ailə həyatı qurmuş, həmin vaxtdan isə 1 həftə mübahisəli mənzildə qalmış, daha sonra isə həmin mənzildən məcburən çıxmışdır. Mübahisəli mənzildən çıxmasının səbəbi isə iddiaçı ilə bir yerdə yaşamaqlarının mümkün olmaması, tez-tez aralarında mübahisə yaranmasıdır. İddiaçı olan anası İddiaçı ona təkcə yaşayacağı təqdirdə mübahisəli mənzildə gəlib yaşamasını bildirmiş, onun həyat yoldaşı ilə birlikdə sözügedən mənzildə yaşamasını istəmir. Onun mülkiyyətində və sahibliyində hər hansı bir daşınmaz əmlak yoxdur. Özü ailəsi ilə birlikdə kirayədə qalır. Mübahisəli evə köçüb yaşamaq niyyətindədir və orada yaşamağa ehtiyacı vardır. Yəni mübahisəli evdə yaşamasına dair ehtiyacı aradan qalxmamışdır. Lakin iddiaçı onu evə buraxmır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X22 cavabdehlə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 24 noyabr 1992-ci il tarixli, 88 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MTK tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 49 saylı binada yerləşən 1 saylı mənzil X8 verilmişdir. Ailə tərkibi X13 – evin əsas sahibi, qızı – İddiaçı və nəvəsi X1 ibarətdir. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bəhrəm qızı 20 fevral 1968-ci il tarixdə doğulmuşdur. Valideynləri anası – X12r. AZ-İ seriyalı, 736286 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1998-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X6, anası – İddiaçı Bəhrəm qızıdır. AZ-İİ seriyalı, 140485 nömrəli, 21 dekabr 2020-ci il tarixli, Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 11 dekabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 dekabr 2020-ci il tarixdə 1373 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi durğunluq ürək çatmamazlığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 3-21-3-33/2-6550/2023 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən, ünvan 2 ünvanında yerləşən mənzil özəlləşməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 03 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Bəhrəm qızı, xx.xx.1987-ci il təvəllüdlü X3, xx.xx.1993-cü il təvəllüdlü X14, xx.xx.1989-cu il təvəllüdlü X17, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh ünvan 3ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X10 üzrə Xidmət Sahəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, 166 nömrəli arayışdan görünür ki, Cəfərova X9 qəsəbəsi, 49 nömrəli binanın 1 nömrəli mənzilində yaşayır. Kooperativ mənzilin ssuda və digər xidməti borcu yoxdur. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X10 üzrə Xidmət Sahəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 103 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 49 nömrəli binanın 1 nömrəli mənzilində yaşamır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tərəflərin izahatını, dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 49 saylı binanın 1 saylı mənzilini iddiaçının mərhum X2 24 noyabr 1992-ci ildə "xxxx" MTKdan almışdır. Cavabdeh iddiaçının doğma oğlu olmaqla xx xxxxxxxx 1998-ci ildə mübahisəli mənzildə doğulmuş və 2022-ci ilin fevral ayına kimi orada yaşamışdır. 2022-ci ilin fevral ayında isə cavabdeh kirayədə yaşamağa başlamışdır. Cavabdehin kirayə haqqını hətta bir neçə ay iddiaçı ödəmişdir. 11 dekabr 2020-ci ildə mübahisəli mənzilin sahibi olan iddiaçının anası Səriyyə Cəfərova vəfat etmişdir. İddiaçı anasından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı notariusa müraciət etməmişdir. Mübahisəli mənzil hazırda özəlləşmədən Kooperativinin balansında qalmışdır. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildə birgə yaşayış və mənzilin özəlləşdirilməsi ilə bağlı mübahisə var. Cavabdeh mübahisəli mənzilə köçüb yaşamaq istəyir. Cavabdeh 2022-ci ilin fevral ayından hal-hazıra kimi kirayə tutduğu mənzildə yaşasa da mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmamış, iddiaçı buna dair məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin, yəni cavabdehə münasibətdə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, cavabdeh xx.xx.1998-ci ildən mübahisəli mənzildə yaşamağa başladığından mübahisəli mənzilə istifadə hüququ 2000-ci ilin oktyabrın 1-dən əvvəl yaranmışdır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 10-cu maddəsinə əsasən vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. 28-ci maddəsinə əsasən mənzil-tikinti kooperativlərinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan üzvləri, xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu cür evlərdə yaşayan başqa vətəndaşlar yaşayış sahəsi ilə ümumi əsaslarla təmin edilirlər. 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinin sonuncu abzasında göstərilmişdir ki, Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın aradan qalxmasına dair əsaslı sübutları məhkəməyə təqdim etmədiyindən, yəni mübahisəli mənzilə cavabdehin ehtiyacının aradan qalxması məhkəmə iclasında təsdiq olunmadığı üçün iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, iddia tələbi rədd edildiyi üçün məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Bəhrəm qızına aid edilməldir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Bəhrəm qızının Cavabdeh qarşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 49 saylı binanın 1 saylı mənzilinə dair “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3568/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3568/2023
22.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver