Məhkəmə qərarları › İş №2(125)-3588/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3588/2024

24.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3588/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, X4 məxsus olmuş, X2 miras qalmış, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən mülkdən ibarət mirasa payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən mülk mərhum X7 adlı şəxsə məxsus olmuş, Həbib Nağıyev sağ ikən həmin mülkü onun ərinə- X5 vəsiyyət etmişdir. X1 1989-cu ildə, X8 isə 2015-ci ildə ölmüşlər. Həmin miras əmlak onun tərəfindən qəbul edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulunun mümkünlüyü məsləsi araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cü maddəsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı ölmüş şəxsdən qalmış daşınmaz əmlaka vərəsəlik qaydasında hüquqların müəyyən edilməsi barədə iddia qaldırmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının mərhum X2 qalmış miras əmlak kimi göstərdiyi daşınmaz əmlak mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə verilən məlumatlar və iddia ərizəsinə əlavə edilən sənədlər işin düzgün həllinə imkan vermir. Bu iddiaya mahiyyəti üzrə əmlakın ölmüş şəxsə mənsub olduğunu təsdiq edən rəsmi sənədin olduğu halda baxılıb iş üzrə qərar qəbul edilə bilər. İddiaçının mərhum ərinə vəsiyyətnamə əsasında miras qaldığını iddia etdiyi Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlər yoxdur. Bu baxımdan iddiaçı ilk növbədə mərhum X3 adına mülkiyyət sənədlərinin qeydə alınması üçün Daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etməli, həmin əmlak barəsində Daşınmaz əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi ilə müəyyən edilən qaydada verilən rəsmi sənədi əldə etdikdən sonra məhkəməyə müraciət etməli idi. Məhkəmə onu da qeyd edir ki, Daşınmaz əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan,onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar