Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3616/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əriəzçi Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış “Opel Vectra” markalı, 2*-CX-255 dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş və hazırda mərhum anası X3 “OPEL Vectra” markalı, 2*-CX-255 dövlət nömrə qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mülkiyyətçi kimi tanınmaq üçün notariat ofisinə müraciət etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 17.*2.2*23-cü il tarixli məktubundan görünür ki, həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X7 məxsus “Opel Vectra” markalı, 2*-CX-255 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində heç bir həbs və qadağa yoxdur. İş materiallarına əlavə edilən Gəncə şəhəri 5 saylı Notariat ofisinin 1*71 saylı, 21.11.2*22-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 12.*3.2*2*-ci il tarixdə ölmüş mərhum anası - X3 miras qalmış X22 markalı 2*CX255 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Gəncə şəhəri 5 saylı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin məcəllənin 1146-cı maddəsinə əsasən 11 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən “ Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə miras açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyinu şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mərhum - X11 12.*3.2*2*-ci il tarixdə ölmüş, lakin Ərizəçi isə notariat ofisinə 21.11.2*22- ci il tarixdə, yəni müddəti ötürdükdən sonra müraciət etmişdir. Ona görə də vərəsəlik işinin aparılması və ona tərəfimizdən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilən Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13.*2.2*23-cü il tarixli arayışından görünür ki, 17.1*.1958-ci il təvəllüdlü X11 12.1*3.2*2*-ci il tarixdə ölmüşdür; onun əri X8 *5.12.1999-cu ildə ölmüşdür; oğlu Ərizəçidur. İş materiallarına əlavə edilən 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 21.11.2*22-ci il tarixli arayışının surətindən görünür ki, 17.1*.1958-ci il təvəllüdlü X6 əri X4r və *5.12.1999-cu ildə vəfat etmişdir; oğlu Ərizəçidur. İş materiallarına əlavə edilən 34285* saylı, 24.*9.1993-cü il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9 atası X5r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi baldızının oğludur. X1r, o, 12.*3.2*2*-ci ildə vəfat etmişdir. Fatmadan “Opel Vectra” markalı, 2*-CX-255 dövlət qeydiyyat nişanlı avtomobili miras qalmışdır. Fatma vəfat edəndən sonra indiyədək həmin avtomobili oğlu Vüqar idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısının oğludur. X2 12.*3.2*2*-ci ildə vəfat etmişdir, ondan “Opel Vectra” markalı, 2*-CX- 255 dövlət qeydiyyat nişanlı avtomobili miras qalmışdır. həmin avtomobil Fatma vəfat edəndən sonra indiyədək Vüqarın idarəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 3*7.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Opel Vectra” markalı, 2*-CX-255 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə mərhum X7 məxsus olmuşdur. X11 12.1*3.2*2*-ci il tarixdə ölmüşdür, onun əri isə X8 *5.12.1999-cu ildə ölmüşdür. Ərizəçi miras qoyanın yeganə birinci növbə vərəsəsi olmaqla, mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X11 ndan miras qalmış “Opel Vectra” markalı, 2*-CX-255 dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 3*7-311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış “Opel Vectra” markalı, 2*-CX-255 dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3616/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3616/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver