Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-362/2024 16.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, babası X5 1898-ci il tarixində anadan olmuş və 17 sentyabr 1973-cü il tarixidə vəfat etmişdir. Onun bütün sənədlərində adı düz yazılsa da, hazırda yaşadığı ünvan 2 nömrəli fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportda adı «Allahverdi» əvəzinə səhv olaraq «Qulu» göstərilmişdir. Əslində isə onun adı Qulu yox, Allahverdidir. X4 məxsus olan digər sənədlərdə adı düz yazılsa da, «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportda səhv yazılmışdır. Bu isə hazırda yaşadıqları mülkə dair vərəsəlik işlərinin aparılması zamanı problemlər yaradır. Buna görə də qeyd edilən sənədin X4 məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. O, Qulu Allahverdiyevi şəxsən görməsə də, valideyinlərindən və yaşca ondan böyük olan digər qonşularından Ərizəçi hazırda yaşadığı evdə həmin şəxsin babası Allahverdinin yaşadığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, ərizəçi ilə qonşudurl. O, hazırda Ərizəçi yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi babası X4 məxsus olduğunu öz valideynlərindən eşitmişdir. O, Ərizəçi və ailə üzvlərinin qeyd olunan ünvana mübahisəsiz qaydada sahiblik etdiklərini və orada yaşadıqlarını görmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportu X9 adına qeyd edilmişdir. Fərdi yaşayış evi 1987-ci il tarixdə aparılmış inventarizasiya işləri zamanı texniki pasport X9 istifadəsində göstərilmiş, onun adına hüquqmüəyyənedici sənədlər olmadan texniki pasport hazırlanmışdır. İşdə olan AЗ seriyalı 221601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Gəncə şəhərində doğulmuşdur. Onun atası X16, anası isə X6r. İş materiallarında olan V- ЖГ seriyalı, 317386 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində ölmüş və ölümü 490 ömrəsi ilə qeyd edilmişdir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/172202-23 nömrəli arayışdan görünür ki, X1 rayonunda anadan olmuşdur. xx.xx.1942-ci il təvəllüdlü qızı X10 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X22 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-H-905//6/2023 nömrəli arxiv arayışından görünür ki, Stalin rayon X7 Qeydiyyat Şöbəsinin arxiv fondunun sənədlərinə əsasən vətəndaşların doğum-bərpa qeydlərinin aktları kitabından məlum olmuşdur ki,xx.xx.1942-ci il təvəllüdlü Rəfiqə Allahverdiyevanın atası 1898-cu il təvəllüdlü X5, anası isə 1903-cü il təvəllüdlü X11r. İşdə olan AZ-İİ seriyalı, 241791 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində ölmüş və ölümü 924 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 31357/2-37557/23 nömrəli sorğuya cavabdan görünür ki, X15 barəsində Gəncə şəhər Baş Polis İdarəsində heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-4/2-2501/2023 nömrəli məktubdan görünür ki, X15 barəsində hər hansı bir informasiya olmadığına görə barəsində araşdırma aparmaq mümkün olmamışdır. İş materiallarında olan İ-ИЕ seriyalı 254800 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X2 arasında olan nikah xx.xx.1962-ci il tarixdə Kirovabad şəhər Qeydiyyat idarəsində 1065 nömrə ilə qeydə alınmışdır. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13- 2667/2023 nömrəli məktubundan görünür ki, X15 barəsində Gəncə şəhər Qeydiyyat şöbəsində hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən X9 adına xx.xx.1936-cı il tarixli Torpaq qeydi və «Tikinti aparmaq üçün torpağın ayrılması» müqaviləsi tərtib edilmişdir. Gəncə şəhəri, Bəndər küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə dair (keçmiş Əmək Qəhrəmanlı küçəsi) X9 adına «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasport və texniki pasport tərtib edilmişdir. Qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, o cümlədən həmin əmlaka dair X9 adına qeydiyyat vəsiqəsi tərtib edilməmişdir. İşdə olan Gəncə şəhər 1 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 113 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il tarixdə vəfat etmiş mərhum babası X3 miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün təqdim etdiyi sənədləri araşdırarkən məlum olmuşdur ki, miras əmlakın hüquqmüəyyənedici sənədinin olmadığı və varislərin dairəsini dəqiq müəyyənləşdirmək mümkün olmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportunda X3 adı yalnış olaraq, «X15» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun babası X4 məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Gəncə şəhəri, Usta Bəndər küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Gəncə şəhəri, Usta Bəndər küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 07 avqust 1985-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-362/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-362/2024
16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver