Məhkəmə qərarları › İş №2(125)-3622/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3622/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3622/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Y.H.Əliyev qardaşlar küçəsi, 8 nömrəli binanın (yataqxana) 21 nömrəli otağında qeydiyyatda olanlar Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Y.H.Əliyev qardaşlar küçəsi, 8 nömrəli bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 21 nömrəli otağında qeydiyyatda olanlar Cavabdeh1 və Cavabdeh2 uzun illərdir ki, həmin binada yaşamırlar, ona görə də kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Y.H.Əliyev qardaşlar küçəsi, 8 nömrəli binada (yataqxana) qeydiyyatda olmalarına baxmayaraq onların haqqında heç bir məlumat yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, mülki iş üzrə məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinə əsaslanmaqla, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1* nömrəli xidmət sahəsinin 75 nömrəli, *4 aprel 2*23-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında uzun müddətdir ki, yaşamır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, *7 aprel 2*23-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X1, 17.*1.196*-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 aprel 2*23-cü il tarixli, 2361******418 (yataqxana) nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, X1, Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, X3rdaşları (köhnə Keçid), 8, mənzil 21 ünvanında qeydiyyatdadırlar. Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, X3rdaşları (köhnə Keçid), 8, mənzil 21 ünvanında yaşamırlar. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək və ya bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş uçotdan çıxarmaq üçün əsaslar aşkar edilənədək saxlanılır. Həmin Məcəllənin 6*.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Y.H.Əliyev qardaşlar küçəsi, 8 nömrəli bina (yataqxana) Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 21 nömrəli otağında Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olsalar da, orada xeyli vaxtdır ki yaşamırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli ünvana olan ehtiyacları xeyli vaxtdır ki, aradan qaldığından, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Y.H.Əliyev qardaşlar küçəsi, 8 nömrəli binanın (yataqxana) 21 nömrəli otağında qeydiyyatda olanlar Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Y.H.Əliyev qardaşlar küçəsi, 8 nömrəli binanın (yataqxana) 21 nömrəli otağından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar