Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-366/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanından istifadə hüquqlarının itirimiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanında yerləşən ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 34 kv.m-dən ibarətdir. Cəfərov İddiaçı Aidə Nadir qızı ilə nikahda olmuş, həmin evlilikdən xx.xx.1991-ci il tarixdə anadan olmuş Cavabdeh1 və xx.xx.1993-cü il tarixdə anadan olmuş Cavabdeh2 iddiaçının uşaqları olmaqla həmin evdə yaşamışlar. İddiaçı ilə X8 arasında olan nikah pozulması Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. Nikah pozulduqdan sonra Cavabdeh1 və Cavabdeh2 analarının yanında qalmışlar və uzun müddətdir ki, ölkə hüdudlarından kənarda Rusiya Federasiyasında yaşayırlar. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. O, cavabdehləri Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanından qeydiyyatından çıxarmaq üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin ona imtina edilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq evində qeydiyyatda dururlar. Cavabdehlər qeydiyyatda durduqlarına görə o, məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, cavabdehlər onun evində yaşamırlar, onların evində qeydiyyatda olmaları qanuna uyğun deyil. Göründüyü kimi, cavabdehlər faktiki olaraq ona məxsus evdə yaşamadıqlarına görə həmin evdən istifadə hüquqları itirilməlidir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinindən seriya MN ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəzx rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 34 kv.m ümumi, 17.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə 11 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Gəncə Şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-c- 4708/2023 saylı arayışından görünür ki, İddiaçı və X8 arasında olan nikahın pozulması Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi əsasında xx.xx.1998-ci ildə 75 №-li qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyatına alınmışdır. İşsə DİN “ASAN” Gəncə tərəfindən verilmiş ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanda xx.xx.1991-ci il tarixdə anadan olmuş Cavabdeh1 və xx.xx.1993-cü il tarixdə anadan olmuş Cavabdeh2 qeydiyyatdadırlar. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1565/2014 saylı 31 oktyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2014-cü il tarixli 2(043)-1254/2014 nömrəli qətnaməsi-qismən, iddia tələbinin X4 Gəncə şəhəri 1-ci mikrorayon 1 saylı binanın 1 nömrəli mənzilinə olan istifadə hüquqnun itirilməsi hissəsində iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi və X4 Gəncə şəhəri 1-ci mikrorayon 1 saylı binanın 1 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə kollegiyasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçının bildirdiyinə görə cavabdeh 2000-ci il tarixdən artıq özünə başqa yaşayış yeri seçərək hazırki mənzildən çıxıb getmişdir. Cavabdeh Aidə Paşayeva tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış teleqramdan görünür ki, sonuncu uşaqlarının Rusiya Federasiyasında təhsil alması və imtahanları ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Həmin teleqramla da təsdiq edilir ki, cavabdeh Aidə Paşayeva uşaqları ilə birlikdə Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayır, hətta sonuncunun uşaqları həmin şəhərdə təhsil alırlar. Buradan da görünür ki, cavabdeh artıq özünə daimi yaşayış yeri seçərək həmin evdən birdəfəlik olaraq çıxıb getmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X9 şəhəri 1-ci mikrorayon 1 saylı binanın 1 nömrəli mənzilində istifadə hüququnun saxlanılması İddiaçı öz əmlakına (yaşayış evinə) sahiblik, istifadə və sərəncam hüquqlarının tam həcmdə həyata keçirməsini məhdudlaşdıran haldır ki, bu da yolverilməzdir. Ona görə də cavabdeh X9 şəhəri 1-ci mikrorayon 1 saylı binanın 1 nömrəli evin tərkib hissəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh2 Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanında qeydiyyata alınması barədə xx.xx.2003-cü il tarixdə sənəd verilmiş, sənədin bitmə tarixi isə xx.xx.2009-cu il tarixdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh1 Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanında qeydiyyata alınması barədə xx.xx.2007-ci il tarixdə sənəd verilmiş, sənədin bitmə tarixi isə xx.xx.2016-cı il tarixdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1ci mikrorayonda istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 34 kv.m ümumi, 17.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə 11 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cəfərov İddiaçı Aidə Nadir qızı ilə nikahda olmuş, həmin evlilikdən xx.xx.1991-ci il tarixdə anadan olmuş Cavabdeh1 və xx.xx.1993-cü il tarixdə anadan olmuş Cavabdeh2 iddiaçının uşaqları olmaqla həmin evdə yaşamışlar. İddiaçı ilə X8 arasında olan nikah pozulması Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 və Cavabdeh2 analarının yanında qalmışlar və daimi yaşamaq üçün Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanından köçüb getmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüququları, mülkiyyətçi olmasa da bu Məcəllədə göstərilən əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin məcəlləin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Tərəflər arasında münasibətlər 1996-cı ildə yaranmış və münasibətlərin bitməsi tarixi 2000-ci illəri əhatə edir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1565/2014 saylı 31 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavbabdehlərin anası Aidə Paşayeva uşaqları ilə birlikdə Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayır, hətta sonuncunun uşaqları, yəni hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin şəhərdə təhsil alırlar. Buradan da görünür ki, cavabdehlər artıq özünə daimi yaşayış yeri seçərək həmin evdən birdəfəlik olaraq çıxıb getmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, onların getməsi tarixi 2000-ci il kimi götürülməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən 2000-ci ildən köçüb getməsi Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1565/2014 saylı 31 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daimi yaşamaq üçün Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanında yerləşən mənzildən çıxıb getdiklərindən Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 87-ci maddəsinə uyğun olaraq istifadə hüquqlarını itirmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daimi yaşamaq üçün Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanında yerləşən mənzildən istifasdə hüquqları itirilmiş hesab olunmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı məxsus olan Gəncə şəhər, 1-ci mikrorayon, ev 1, mənzil 1 ünvanından yerləşən yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-366/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-366/2024
05.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver