Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3675/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "evə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilmiş evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatı ilə ailə qurub, 2020-ci ilə qədər birgə yaşamışdır. Yaşayış yerləri Gəncə şəhəri, Avtozavod ərazisində, 225 kvadratmetr torpaq sahəsində inşa etdikləri ev olmuşdur. Əşyaları da həmin evdə olmuşdur. Cavabdeh onu birgə tikdirdiyi evdən qovduğundan o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnamə ilə cavabdehdən onun xeyrinə 9179 manat dəyərində ev əşyaları və evin tikintisinə çəkdiyi xərcin yarısını təşkil edən məbləği 13380 manat tutmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3083/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alsa da, Cavabdeh "pulum yoxdur”-deyib, qərəzli olaraq qətnaməni icra etməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati qaydada 8 gün həbs təyin edilmiş, lakin ötən son bir ildə də Cavabdeh evin tikintisinə xərclənmiş pulun yarısını təşkil edən 13380 manatı ona verməmişdir və vermək fikrində də deyil. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli idi, lakin edilmədi. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmək, həmin maddə ilə məsuliyyətə səbəb olur. Belə vəziyyətdə o, tikintisində iştirak etdiyi, lakin haqqını ala bilmədiyi evə köçmək üçün bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. O, uşaqlıqdan İ dərəcəli əlil olmaqla, işləmir, kiçik miqdarda, yalnız çörək pulu üçün yetərli olan pensiya alır, maddi imkanı çox ağırdır, ona görə də evsiz qalan gündən həyatı böhran içində keçir, öz evi olmadığından onunbunun qapısında qalır. Cavabdeh maddi imkanı olduğu halda, imkansızlığını uydurub məhkəmənin qərarını bilə-bilə icra etmir, bu isə onun gələcək həyatını təhlükə altına alır. Cavabdeh həmin evdə qalmır, bir nəfərin istifadəsinə vermişdir. Həmin adam ya evi ondan pulla almış, ya da kirayəyə götürmüşdür. Hər bir halda o, zəhməti ilə tikilmiş həmin evə köçmək istəyir. Əgər Cavabdeh evin tikintisinə xərclənmiş pulun yarısını təşkil edən 13380 manatı ona ödəmək istəmirsə, həmin məbləği o, cavabdehə ödəməyə hazırdır. Ev bahalı evdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, olduğu vəziyyətdə onun bazar dəyəri minimum 40000 manatdır. Dəyər-dəyməzinə satıb, cavabdehin payını təşkil edən 13380 manatı ona ən azı yarım ay müddətində ödəyər. Cavabdeh birgə tikdirdikləri evin nə mülkiyyətçisi, nə də qanuni sahibi deyil, amma sahiblik edir. O, uzun illər cavabdehin ailə üzvü kimi həmin mənzildə yaşadığından cavabdehin onu mənzilə buraxmamaq hüququ yoxdur, lakin aralarında mübahisə olduğundan, yuxarıda qeyd etdiyi kimi, nə pulunu vermir, nə də zəhməti ilə tikilmiş evə onu yaxın buraxmır. Cavabdehin onu yaşadığı mənzildən məhrum etməsi qanuna ziddir. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 2005-ci ildə faktiki ailə qursa da nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan onların uşaqları doğulmamışdır. Cavabdehlə birgə nikahda olduqları müddətdə birgə vəsait hesabına 2007-2008-ci illərdə Gəncə şəhəri Cavadxan qəsəbəsi (əvvəlki adı Avtozavod ərazisi) Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən ərazidən 225 kvadratmetr torpaq sahəsi alıb orada ev inşa etmişlər. Evin tikintisinə şəxsən o, kredit götürüb pul xərcləmişdir. Bunu tikintidə işləyən ustalar da təsdiq edə bilər. 2008-ci ildə evin tikintisi tam başa çatmış və o, 2022-ci ilin ortalarına kimi orada yaşamışdır. Beləliklə o, mübahisəli evdə cavabdehlə birlikdə təxminən 15 il fasiləsiz yaşamışdır. Daha sonra cavabdehlə aralarında mübahisələri düşmüş və onlar məhkəmə qaydasında ayrılmışlar. Bundan sonra cavabdeh onu döymüş və onu evdən qovmuşdur. Mübahisəli ev onların birgə qazancı hesabına tikilsə də daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Hazırda onun başqa yaşamağa yeri yoxdur. Müvəqqəti olaraq qohumlarının evində qalır. Eyni zamanda o, İ qrup əlil olmaqla fiziki qüsurludur. Həmçinin sosial vəziyyəti də acınacaqlıdır. Cavabdeh nə mübahisəli evin tikintisinə çəkdiyi xərci ona ödəyir, nə də onu həmin evdə yaşamağa imkan vermir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə verərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçı doğma bacısı olmaqla təxminən 2005-ci ildə Cavabdehlə faktiki ailə qurmuş, nikahlarını isə 2008-ci ildə rəsmiləşdirmişlər. Xalidə Məmmədlə birgə nikahda olan zaman 2008-ci ildə Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsi almışlar. Bundan sonra həmin torpaqda bacısı Xalidə və onun əri Məmmədin birgə qazancı hesabına iki mərtəbəli ev tikilmişdir. Ev tikilən zaman o, bir qardaş kimi bacısının evində işləmiş ona köməklik etmişdir. Bacısı Xalidə 2022-ci ilə kimi orada yaşamışdır. Məmməd Xalidə ilə ayrıldığına görə onu yaşadığı evdən qovmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamaqla Xalidə və Məmmədlə həm də qonşu olmuşdur. Eyni zamanda o, ev tikintisi ilə məşğul olan ustadır. 2008-ci ildə Məmməd və Xalidəyə məxsus Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində ev tikintisini həyata keçirmiş, tikintinin xərcini Xalidə və Məmməd birgə ödəmişdir. Ev başa çatandan sonra Xalidə 2022-ci ilə kimi orada əri Məmmədlə yaşamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşamaqla Xalidə və Məmmədlə qonşu olmuşdur. Eyni zamanda o, ev tikintisi ilə məşğul olan ustadır. 2008-ci ildə Məmməd və Xalidəyə məxsus Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində ev tikintisini həyata keçirmiş, tikintinin xərcini Xalidə və Məmməd birgə ödəmişdir. Ev başa çatandan sonra Xalidə 2022-ci ilə kimi orada əri Məmmədlə yaşamışdır. Məhkəmə, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsindən verilmiş 006660 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz İ qrup əlildir. AZ-İ 593380 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 09 sentyabr 2008 il tarixdə 167 nömrəli nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində 167 akt nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Cavadxan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 462 nömrəli arayışdan görünür ki, Musayeva X2 qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2018-2022-ci illərin ev təsərrüfatlarının uçotu kitabının M-2 kitabında 934-cü təsərrüfatda, 86-cı səhifədə qeydiyyatda olmuşdur. X4, X8, X5 və digərlərinin (ümumilikdə 11 şəxsin) iştirakı ilə tərtib edilən aktdan görünür ki, həqiqətən İddiaçı əri Cavabdeh ilə birgə nikah dövründə öz vəsaitləri ilə Gəncə şəhəri, Cavadxan qəsəbəsində ev inşa etmişlər və orada birlikdə 16 il yaşamışlar. Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, ümumilikdə 9179 manat dəyərində cehiz əşyaları naturada, cehiz əşyaları olmadıqda onların dəyəri 9179 manat pul, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi, yəni 13380 manat pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(104)-3083/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(043)- 400/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, İddiaçı Cavabdehlə 2005-ci ildə faktiki olaraq ailə qursa da nikahlarını xx.xx.2008-ci ildə rəsmləşdirmişlər. Onların birgə nikahları dövründə uşaqları doğulmamışdır. 2008-ci ildə iddiaçı və cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki adı Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsi əldə edib orada birgə vəsait hesabına ev tikdirmişlər. 26 avqust 2021-ci ildə tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 2008-ci ildən 2022-ci ilədək mübahisəli evdə yaşamışdır. Cavabdeh iddiaçını mübahisəli evdən qovaraq çıxarmışdır. Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilən ikimərtəbəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı əmək qabiliyyətsiz olmaqla İ qrup əlildir və başqa yaşayış yeri yoxdur. Onun mübahisəli evə olan ehtiyacı da aradan qalxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli evə 2008-ci ildən köçdüyündən onunla cavabdeh arasında mübahisəli hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X16” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə, iddiaçının cavabdehlə ər arvad olmasını, mübahisəli evi birgə nikah dövründə birgə vəsait hesabına inşa etməsini, mübahisəli fərdi yaşayış evində təxminən 14 il, yəni uzun müddət fasiləsiz olaraq yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət (cavabdehin təsiri) qarşısında evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin vaxtında hüquqi qeydiyyata alınmaması iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur. Hazırkı vəziyyətdə cavabdeh hüquqi qeydiyyata alınmamış fərdi yaşayış evindən hansı statusla istifadə edirsə, iddiaçı da həmin statusla köçüb istifadə etmək hüququna malikdir. Eləcə də, fərdi yaşayış evlərinin hüquqi qeydiyyata alınmaması əsası ilə iddiaçının fərdi yaşayış evinə köçürülməsi hazırda qüvvədə olan mülki qanunvericilikdə istisna olunmur. Hüquqi qeydə alınmamış yaşayış evi ilə əlaqədar yaranmış münasibətləri tənzimləyən bir başa hüquq norması olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisənin həllinə, cavabdehlərin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaması səbəbindən, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və yaxud qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi deyil, qanunun analogiyası üzrə, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54cü maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə görə isə icarədar ailə üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə ki, iddiaçının cavabdehlə mübahisəli fərdi yaşayış evini birgə qazanc hesabına inşa etməsi və orada uzun müddət yaşaması və cavabdehlə ər-arvad kimi birgə təsərrüfatı idarə etməsi iş materialları ilə istisna edilmir. Lakin hazırkı vəziyyətdə cavabdeh iddiaçının mübahisəli mənzildə yaşamasına icazə vermir. Məhkəmə hesab edir ki, əgər cavabdehlə iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı daimi yaşadığı evdən çıxıb qohumlarına məxsus evdə müvəqqəti yaşamaq məcburiyyətində qalmazdı. Bundan başqa, cavabdeh iddiaçı ilə birgə nikah dövründə birgə vəsait hesabına inşa etdikləri mübahisə evə çəkilən xərclərin yarısını iddiaçıya qaytarmadığından, iddiaçının həmin evə köçürülməsi məntiqi cəhətdən ağlabatandır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə iclasında həmçinin müəyyən olunduğu kimi mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdehin birgə nikahı dövründə ümumi vəsait hesabına inşa edilmişdir. Belə olan halda iddiaçının həmin evə gələcəkdə gözlənilən mülkiyyət hüququ da vardır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X22 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması qədər kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, İddiaçı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3675/2023
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-3675/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver