Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3683/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) Kirovabad şəhər İcraiyyə Komitəsinin 14 iyun 1977-ci il tarixli 754 nömrəli orderinin və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-245/8/2023 nömrəli arxiv arayışının X7, İbrahimova (Məmmədova) Əntiqə Həmid qızına, X3 və Ərizəçi məxsus olması, Kirovabad şəhər İcraiyyə Komitəsinin 14 iyun 1977-ci il tarixli 754 nömrəli orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-245/8/2023 nömrəli arxiv arayışın Yunis İbrahimovun ata adının «Yunis», Əntiqə İbrahimovanın (Məmmədovanın) ata adının «Həmid», Şövkət İbrahimovanın ata adının «Yunis» və Ərizəçi ata adının «Yunis» olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Onun atası Ərizəçi, anası isə X4r. Ərizəçi və X17 1966-ci ilin avqust ayında Gəncə şəhəri «Nikah evi»ndə nikahın qeydə alınması kitabında 315 nömrəsi ilə qeydə alınmış, həmin nikahdan o və onun bacısı X8 anadan olmuşdur. X13 07 dekabr 2009-cu ildə, X9 17 may 2008-ci ildə vəfat etmişdir. Kirovabad şəhər İcraiyyə Komitəsinin 14 iyun 1977-ci il tarixli 16 nömrəli iclas protokoluna əsasən 754 nömrəli orderlə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzili X7 verilmişdir. Kirovabad şəhər İcraiyyə Komitəsinin 14 iyun 1977-ci il tarixli 754 nömrəli orderində və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-245/8/2023 nömrəli arxiv arayışında X5, İbrahimova (Məmmədova) Əntiqə Həmid qızının, X1 və onun özünün ata adları qeyd edilməmişdir. Buna görə də həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün onun müraciətinin icrasından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, 1977ci ildən 2022-ci ilə qədər 45 il müddətində Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 15 nömrəli mənzilində yaşamış, 2022-ci ildə həmin mənzili satmış və başqa ünvanda yaşamağa başlamışdır. Ərizəçi onun qonşusu olmuş, eyni binada, onların mənzilindən yuxarı mərtəbədəki 12 nömrəli mənzildə yaşamışdır. Hətta onlar eyni sinifdə təhsil almış, onların uşaqlıq vaxtları bir yerdə keçmişdir. O, Ərizəçi ilə eyni sinifdə təhsil aldığına və qonşu olduqlarına görə tez-tez Ərizəçi yaşadığı mənzilə qonaq getmiş, Ərizəçi, eləcə də Ərizəçi atası X5, anası X2 və bacısı X1 da həmin mənzildə yaşadıqlarını bilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 3-48-DA-4F/2-İ-245/8/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, Gəncə şəhəri, Gəncə rayon X18 İcraiyyə Komitəsi İclasının 14 iyun 1977-ci il tarixli 16 nömrəli qərarı ilə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzili Yunis İbrahimova verilmişdir. İş materiallarında 14 iyun 1977-ci il tarixli, 754 nömrəli orderin surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzil ilə təmin olunmaq üçün həmin order İbrahimov Yunisə verilmişdir. İbrahimov Yunisin ailə üzvləri Məmmədova Əntiqə, İbrahimova Şövkət və Ərizəçi ibarət olmuşdur. İşdə olan İ-ЖГ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 iyun 1938-ci ildə ildə Kotaysk rayonunda anadan olmuş anadan olmuşdur. Y.Ərizəçi atası Ərizəçi İbrahim oğlu, anası X10r. İş materiallarında olan İ-ЗЖ seriyalı 883544 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 noyabr 1948-ci ildə ildə Kotaysk rayonunda anadan olmuş anadan olmuşdur. Ə.H.Məmmədovanın atası X6, anası X12r. İşdə olan İ-ЖГ seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X11 arasında olan nikah Gəncə şəhər Qeydiyyat İdarəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 aprel 1976-cı ildə 315 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 337242 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 07 dekabr 2009-cu ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 292325 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 17 may 2008-ci ildə ölmüşdür. İş materiallarında olan İV-ЖГ seriyalı 292932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ərizəçi atası X13, anası X4r. İşdə olan İV-ЖГ seriyalı 291057 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 yanvar 1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Ş.Y.İbrahimovanın atası X13, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 29 mart 2023-cü il tarixli bildirişindən görünür ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Ərizəçi 13 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı mənzil sahəsinə dair Ərizəçi ərizəsinə əlavə edilmiş 17 may 1977-ci il tarixli, 754 nömrəli orderdə və arxiv arayışında hüquq sahiblərinin ata adının qeyd edilməməsi və ata adlarında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilməməməsi müəyyən edilmişdir. Buna görə də Ərizəçi ərizəsinin icrası mümkün olmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Gəncə şəhəri, Gəncə rayon X18 İcraiyyə Komitəsi İclasının 14 iyun 1977-ci il tarixli 16 nömrəli qərarı ilə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzili Yunis İbrahimova verilmişdir. Qeyd olunan xüsusat 14 iyun 1977-ci il tarixli, 754 nömrəli orderlə rəsmiləşdirilmiş, həmin orderdə Yunis İbrahimovun mənzildə yaşayan ailə üzvlərinin Əntiqə Məmmədovadan, Şövkət İbrahimovadan və Ərizəçi ibarət olduğu göstərilmişdir. Lakin həmin qərarda və orderdə Yunis İbrahimovun, Əntiqə Məmmədovanın (İbrahimovanın), Şövkət İbrahimovanın və Ərizəçi adları göstərilməmişdir. Buna görə də ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Ərizəçi «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 13 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzilinə dair Kirovabad şəhər İcraiyyə Komitəsinin 14 iyun 1977ci il tarixli 754 nömrəli orderinin və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-245/8/2023 nömrəli arxiv arayışının müvafiq hissələrdə X7, İbrahimova (Məmmədova) Əntiqə Həmid qızına, X3 və Ərizəçi məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzili barəsində, Gəncə şəhəri, Kirovabad şəhər İcraiyyə Komitəsinin mənzil ilə təmin olunmaq üçün 14 iyun 1977-ci il tarixli 754 nömrəli orderinin və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-245/8/2023 nömrəli arxiv arayışının «İbrahimov Yunis»ə aid hissədə 20 iyun 1938-ci ildə Kotaysk rayonunda anadan olmuş və 13 noyabr 2009-cu ildə Gəncə şəhərində ölmüş X7, «Məmmədova Əntiqə»yə aid hissədə 30 noyabr 1948-ci ildə Kotaysk rayonunda anadan olmuş və 17 may 2008-ci ildə Gəncə şəhərində ölmüş İbrahimova (Məmmədova) Əntiqə Həmid qızına, «İbrahimova Şövkətə» aid hissədə 22 yanvar 1969-cu ildə Gəncə şəhərində anadan olmuş X3 və «Ərizəçi»ə aid hissədə xx xxxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 8 nömrəli evin 12 nömrəli mənzili barəsində, Gəncə şəhəri, Kirovabad şəhər İcraiyyə Komitəsinin mənzil ilə təmin olunmaq üçün 14 iyun 1977-ci il tarixli 754 nömrəli orderinin və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-48-DA-4F/2-İ- 245/8/2023 nömrəli arxiv arayışının «İbrahimov Yunis»ə aid hissədə 20 iyun 1938-ci ildə Kotaysk rayonunda anadan olmuş və 13 noyabr 2009-cu ildə Gəncə şəhərində ölmüş X7, «Məmmədova Əntiqə»yə aid hissədə 30 noyabr 1948-ci ildə Kotaysk rayonunda anadan olmuş və 17 may 2008-ci ildə Gəncə şəhərində ölmüş İbrahimova (Məmmədova) Əntiqə Həmid qızına, «İbrahimova Şövkətə» aid hissədə 22 yanvar 1969-cu ildə Gəncə şəhərində anadan olmuş X3 və «Ərizəçi»ə aid hissədə xx xxxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3683/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3683/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver