Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3809/2023 10.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərin İddiaçı məxsus Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanından çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, mübahisəli ərazi olan Gəncə şəhəri, Atabəylər küçəsi, 2A mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdehlər uzun illərdir ki, İddiaçı mülkiyyətindən maneəsiz və əvəzsiz istifadə edir. Buna görə də hazırki vəziyyətdə İddiaçı mülkiyyətindən sərbəst istifadə edə bilmir. Bu isə İddiaçı konstitusion hüququnu pozur. Əlavə olaraq bildirmişdir ki, qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi dövlətin müvafiq orqanlarının borcudur. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı məxsus Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, onlar ailə üzvləri ilə birlikdə 1993-cü ildə ünvan 1 ünvanında yerləşən Təmir-tikinti İdarəsinin qonaq evində məskunlaşmış və 1993-cü ildən hazırki vaxtadək həmin ünvanda yaşamaqla, qeyd olunan yaşayış otaqlarından istifadə etmişdir. Hazırda da bütün əşyaları həmin yaşayış otaqlarındadır. Hazırda onların ailə üzvlərinin mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur və dövlət tərəfindən heç bir yaşayış yeri ilə təmin olunmamışlar. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, bildirmişdir ki, onlar ailə üzvləri ilə birlikdə 1993-cü ildə ünvan 1 ünvanında yerləşən Təmir-tikinti İdarəsinin qonaq evində məskunlaşmış və 1993-cü ildən hazırki vaxtadək həmin ünvanda yaşamaqla, qeyd olunan yaşayış otaqlarından istifadə etmişdir. Hazırda da bütün əşyaları həmin yaşayış otaqlarındadır. Hazırda onların ailə üzvlərinin mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur və dövlət tərəfindən heç bir yaşayış yeri ilə təmin olunmamışlar. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,377 hektar torpaq sahəsində yerləşən 285,3 kvadrat metr ərazisi olan daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 14 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Kəlbəcər şəhərindən məcburi köçkünlər-Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanında yerləşən (İSMD qonaq evi) 4 saylı Tikinti –təmir idarəsinin inzibati binasında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. İş materiallarında olan Kəlbəcər rayonu İcra Hakimiyyəti başçısı aparatının 31 may 2023-cü il tarixli arayışından görünür ki, Ağalarov X13 RİH başçısının Kəlbəcər şəhəri, 20 Yanvar küçəsi, 79A ünvanında daimi qeydiyyatda olmaqla, məcburi köçkündür və halhazırda ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Kəlbəcər rayonu İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, 1993-cü ildə Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunması zamanı Kəlbəcər şəhəri, 20 Yanvar küçəsi, 79A ünvanında daimi qeydiyyatda olan X11 məcburi köçkün düşmüş və həmin tarixdən hal-hazıradək məcburi köçkün kimi Gəncə şəhəri, Atabəylər küçəsi, 2A, 4 saylı TTİ-nin qonaq evində məskunlaşmışdır. Ailə tərkibi 1984-cü il təvəllüdlü Cavabdeh2, 1995-ci il təvəllüdlü Cavabdeh1, 2015-ci il təvəllüdlü X5 və 2016-ci il təvəllüdlü X3 barətdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 282/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər X2, Nümayəndə və X1 qarşı «mənzildən istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh X6 qarşı «mənzildən çıxarılma» barədə iddiası qismən təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh X4 ünvan 6 ünvanından çıxarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(104)-914/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-282/2023 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X2, Nümayəndə və X1 qarşı «mənzildən istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması və iddia tələbi həmin hissədə sübut olunmaması əsası ilə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 282/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli **********135 nömrəli arayışdan görünür ki, **********72-12301 reyestr nömrəli Çıxarışda qeyd edilmiş ünvan 2 ünvanı, yeni qaydalara əsasən ünvan 7 Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi mülkiyyət hüququnun pozulması ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin mübahisələndirdiyi əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. Nümayəndə iddia etmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətində olan əmlakdan əsassız olaraq istifadə edir və dəfələrlə tələb etməsinə baxmayaraq, həmin daşınmaz əmlakdan çıxmır. Cavabdehlər isə Kəlbəcər rayonundan məcburi köçkün olduqlarını və başqa yerdə yaşamağa maddi imkanları olmadığını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğuna görə cavabdehlərin həmin sahədə yaşamaları iddiaçının mülkiyyət hüququnu, qeyri-yaşayış sahəsi ilə bağlı istifadə hüquqlarını pozur. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Eləcə də həmin maddədə qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 6 ünvanından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» barədə iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanından çıxarılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3809/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3809/2023
10.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver