Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3811/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının vəkili X10, Cavabdeh Fai qızının iştirakı ilə, Rzayeva (Əliyeva) Samirə Qasım qızının Cavabdeh qarşı «mənzildən çıxarılma» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rzayeva (Əliyeva) İddiaçı Sevda Faiq qızına qarşı iddiaçıya məxsus Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinin cənub-şərq tərəfindən salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kvadrat metr torpaq sahəsinin üzərində olan 45 kvadrat metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi X20 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, hazırda Cavabdeh Həsən qızının yaşadığı evdən S.H.Rzayevanın əşyaları ilə birlikdə çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədə xahiş etmişdir. İddiaçının vəkili V.V.Rüstəmov məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, X14 tərəfindən X21 23 fevral 2007-ci il tarixli 1-1656 nömrəli etibarnamə ilə verilmiş və həmin etibarnamə əsasında Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli ev 16 mart 2007-ci il tarixdə iddiaçının anası X2 və bu barədə T.Z.Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair 2017-ci ildə X27 X6 qarşı mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmış və Natiq Rzayevin iddia tələbi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(043)-5697/2017 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Eləcə də, X5 Tamella Zülfüqar qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız edilməsi barədə iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(043)-1695/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. X3 ona olan etibardan sui-istifadə edərək aldatma yolu ilə etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlandığını əsas gətirib, iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən evə dair X27 ilə X11 arasında 16 mart 2007-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş 19 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli evə dair X27 ilə X11 arasında 16 mart 2007-ci ildə bağlanmış AN-İ seriyalı ******* nömrəli evə alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında mülkə dair X4 adına verilmiş MH seriyalı ******* nömrəli 19 aprel 2007-ci il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ləğv edilmiş, X12 X21, İddiaçı, X15, Gəncə şəhəri 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli 2(102)-4344/2021 nömrəli qərarı ilə X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra apellyasiya şikayəti verilmiş, lakin məhkəmə tərəfindən icra şöbəsinə icranın dayandırılması ilə bağlı məktub göndərilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də, qətnamədə icra barədə heç bir qeyd aparılmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin heç bir əhəmiyyəti qalmamış, Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(104)-2010/2020 nömrəli qərardadı ilə icrada dönüş edilərək, X12 adına verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(125)- 564/2022 nömrəli qətnaməsi ilə X14 və X22 arasında Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satıqısına dair ünvan 4ində bağlanmış 13 may 2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə X13 mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qeyd olunanlardan göründüyü kimi mübahisəli evə marağı olan Cavabdeh öz məqsədinə çatmaq üçün başqa şəxslərin adından əsassız iddialar qaldıraraq və ya digər yollarla işi uzadaraq, mülki əldən vermək istəmir. Həmçinin, hazırda mübahisəli ev mövcud deyildir, həmin evlər dövlət ehtiyacları üçün sökülmüş və əvəzinə "xxxx" ASC-nin ərazisində salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kvadrat metr torpaq sahəsinin üzərində 45 kvadrat metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evi verilmişdir. Hazırda həmin ev Cavabdeh istifadəsindədir və Cavabdeh 4 ildir orada yaşayır, həmin evi kirayəyə verərək qazanc əldə edir. Dəfələrlə Cavabdeh iddiaçının anası X6 məxsus evin əvəzində verilən fərdi yaşayış evindən çıxması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh heç bir hüquqi əsas olmadan həmin yaşayış evindən çıxmır, həmin evdən öz əmlakı kimi istifadə edir. Bununla da iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, X4 vərəsəsi kimi İddiaçı mirası qəbul etmiş və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, habelə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Sonda V.V.Rüstəmov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı ona qarşı iddia tələbində haqlı deyildir. Belə ki, İddiaçı həmin iddiası qeyri-qanunidir, əsassızdır, sübutlara, dəlillərə və prosessual hüquq normalarına söykənmir. İddiaçının mülki münaqişə predmetinə çevirdiyi Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən mülkdə qeydiyyatı olmamış, buna görə də iddiaçının ona qarşı hazırki iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmaq hüququ yaranmamışdır. Həmçinin onun özünü də Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanına bağlayan hər hansı əsas olmamışdır. Digər tərəfdən Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən mülk Gəncə şəhərinin genişləndirilməsi istiqamətində və şəhərsalma, arxitektura planına uyğun olaraq şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında sökülmüşdür. Eyni zamanda həmin küçədəki bütün evlər sökülmüş, sakinlərə kompensasiya ödənilmiş, sakinlərin bir qismi isə yeni yaşayış massivinə köçürülmüşdür. Belə olduğu halda İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırmalıdır. Əsl həqiqətdə isə iddiaçını mübahisələndirilən mülkə bağlayan hər hansı əsas olmadığına görə heç Gəncə şəhər İcra Hakimiyyətinə də qarşı məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən əmlakda mülkiyyət hüququ hazırki tarixədək sənədləşdirilməmişdir. OQeyd olunan səbəbdən də sənədləşdirilməyən, eyni zamanda sökülən mülkə dair qaldırılmış iddia təmin edilə bilməz. O, Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında 2007-ci ildən yaşamamış, yalnız 2007-ci ildən sonra bir neçə ay orada yaşamışdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkilini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində istifadəsində olan 0,0091 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 26,7 kvadrat metr yaşayış, 33,8 kvadrat metr köməkçi sahədən ibarət 1Z nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 901695 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 oktyabr 2017-ci ildə ölmüşdür. İşdə olan İİİ-ЖГ seriyalı 468758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxx 1975-ci ildə anadan olmuşdur. S.Q.Əliyevanın atası X26, anası X7r. İş materiallarında olan 16 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 məxsus Gəncə şəhəri, Nizami rayonu, X29 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evindən ibarət əmlak İddiaçı miras qalmışdır. İşdə olan **********27-10301 reyestr nömrəli əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2023-cü il tarixdə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 13 fevral 2023-cü il tarixli 5-1/1-13-13-091/2023 nömrəli məktubdan görünür ki, 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. ünvan 8 ünvanında İddiaçı anası X8 məxsus 91 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan ev mülkiyyətçinin razılığı əsasında sökülmüş və əvəzində "xxxx" ASC-nin ərazisinin cənubşərq tərəfində salınmış yeni yaşayış massivində (5-ci sırada 6-cı ev) 400 kvadrat metr torpaq sahəsində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 1Z ünvanında yerləşən evə dair X27 ilə X11 arasında xx.xx.2007-ci ildə bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında mülkə dair X4 adına verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarış ləğv edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ləğv edilmiş, X12 X21, Rzayeva (Əliyeva) Samirə Qasım qızına, X15, Gəncə şəhəri 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli 2(102)-4344/2021 nömrəli qərarından görünür ki, X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(125)-564/2022 nömrəli qətnaməsindən görünür ki, X14 və X22 arasında Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satıqısına dair ünvan 4ində bağlanmış 13 may 2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə X13 mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(125)-564/2022 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə X13 adından verilmiş ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 5-1/2-03/1412/2023 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 1Z ünvanında yerləşmiş fərdi yaşayış evi Gəncə şəhəri, 4 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli 4/-2-148 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 və ona xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Sənəd üzrə bu əmlak 26,7 kvadrat metr bir yaşayış otağı, 33,8 kvadrat metr köməkçi sahəsi olan «A» literli yaşayış evindən, 8 kvadrat metr «B» literli hamamdan ibarət olmaqla faktiki torpaq sahəsi 131 kvadrat metr olmuşdur. Qeyd edilən ünvanda söküntü və köçürülmə işləri aparılarkən mülk sahibi kimi çıxış edən, müvafiq aktı imzalayan və razılıq əldə olunan şəxs qismində X11 çıxış etdiyindən, «X36 Emalı» ASC-nin ərazisinin cənubqərb tərəfində yeni salınmış məhəllədəki 400 kvadrat metr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 45 kvadrat metr olan fərdi yaşayış evi ona təhvil verilmişdir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 5-1/2-03/1804/2023 nömrəli arayışdan görünür ki, Gəncəçay çayının sol sahilində aparılmış abadlıq işləri ilə bağlı Həsən Əliyev 1Z ünvanında yerləşən fərdi yaşayış evinin köçürülməsi ilə əlaqədar olaraq X6 təhvil verilmiş «X38» ASC-nin cənub tərəfində yerləşən fərdi yaşayış evinin süni peykdən çəkilmiş koordinatlı fotoşəkli məhkəməyə təqdim edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində istifadəsində olan 0,0091 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 26,7 kvadrat metr yaşayış, 33,8 kvadrat metr köməkçi sahədən ibarət 1Z nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmış və T.Z.Əliyevanın mülkiyyətində olmuşdur. 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. ünvan 8ünvanında İddiaçı anası X6 məxsus 91 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan ev mülkiyyətçinin razılığı əsasında sökülmüş və əvəzində "xxxx" ASC-nin ərazisində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdir. X11 14 oktyabr 2017-ci ildə ölmüş, X6 məxsus Gəncə şəhəri, Nizami rayonu, X29 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evindən ibarət əmlak İddiaçı miras qalmışdır. Bununla əlaqədar Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2023-cü il tarixdə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin həmin mənzilin əvəzinə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş "xxxx" ASC-nin ərazisində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evində hazırda Cavabdeh yaşayır. İddiaçı təklifi üzrə Cavabdeh həmin mənzili tərk etməmiş və mənzildə istifadə hüququnun olmasında təkid etmişdir. Qeyd olunan səbəbdən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflər arasında hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının iddiaya subyektiv və cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmasına dair xüsusatların araşdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı və cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması, eləcə də cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan ilk öncə subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı miras qalmış və həmin mənzilə mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəyməsi və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranması ilə əlaqədar Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evi sökülmüşdür. Hazırda tərəflər arasında mübahisə predmeti olan "xxxx" ASC-nin ərazisində yerləşən mənzil X1 mülkiyyətində olmuş Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilmişdir. Göründüyü kimi İddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən onun sökülməsi ilə və həmin evin əvəzində verilmiş mənzildən isə orada başqa şəxsin yaşaması ilə əlaqədar istifadə edə bilmir. Hazırda Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş "xxxx" ASCnin ərazisində yerləşən mənzilə mülkiyyət hüququ qeydə alınmasa da, həmin mənzil məhz iddiaçıya miras qalmış Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə verildiyinə görə İddiaçı oradan istifadə və sahiblik hüququ mövcuddur. Bu isə İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun mövcud olması qənaətinə gəlməyə kifayət edir. Bundan başqa, məhkəmə istifadə hüququna dair mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətlərinin yarandığı tarixi, yəni Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh 2007-ci ildə bir neçə ay yaşamasını nəzərə alaraq hesab edir ki, Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh istifadə hüququnun olub-olmaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə araşdırılmalıdır. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun uyğun həll edilməlidir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı tərəflərin ailə üzvü, yaxud digər şəxs olub-olmaması, əgər eyni ailə üzvləridirsə mülkiyyətçi ilə birgə yaşayıbyaşaması, mülkiyyətçi ilə birlikdə yaşamayan ailə üzvlərinin və digər şəxslərin mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yoxlanılmalıdır. Belə ki, qanunverici ailə üzvü, birgə yaşayan ailə üzvü və digər şəxslərə dair fərqli tənziməetmə qaydaları müəyyənləşdirmiş, ailə üzvü və digər şəxslərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin, birgə yaşayan ailə üzvlərinə isə həmin Məcəllənin 228.5-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə və eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri dedikdə, mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə birlikdə yaşayan ailə üzvü, yəni onun əri, valideynləri, uşaqları olmadığından, həmçinin iddiaçının cavabdehi saxlamaq vəzifəsi olmadığından cavabdehin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda iddiaçıya məxsus Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, hazırda Cavabdeh Həsən qızının yaşadığı evdə S.Q,Rzayevanın öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış sahəsində yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilən süni peykdən çəkilmiş kordinatlarda göstərilən mənzildən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, X29 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilən süni peykdən çəkilmiş kordinatlarda göstərilən mənzildən çıxarılsın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3811/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3811/2023
14.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver