Məhkəmə qərarları › İş №2(125)-3823/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3823/2023

01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3823/2023 01.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X18 iştirakı ilə, İddiaçı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı mərhum X3 və X7 miras qalmış miras qalmış fərdi yaşayış evi, həyətyanı torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və qəbul edilmiş miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) F.A.Xəlilov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakın mərhum X4 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) F.A.Xəlilov izahatında göstərdi ki, İddiaçı mərhum atası X35 ilə yerli təsərrüfat şöbəsi arasında Gəncə şəhər notariat kontorunda bağlanmış 13 iyun 1929-cu il tarixli 2**1 nömrəli müqaviləyə əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı 51* kvadrat metr torpaq sahəsi ayrılmışdır. X8 adına Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 531 kvadrat metr torpaq sahəsinə dair 12 iyun 1977-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. X23 1926-cı ildə X24 ilə nikaha girmiş, həmin şəxslərin birgə nikahlarından 1927-ci ildə X28, 1933-cü ildə X19, 1* may 1938-ci ildə X25 və xx xxxx 1941-ci ildə İddiaçı anadan olmuşdur. X23 1966-cı ildə, X29 24 aprel 1988-ci ildə, X28 28 noyabr 1998-ci ildə, X19 3* noyabr 2**3-cü ildə və X25 17 dekabr 2*21-ci ildə ölmüşdür. X23 öldükdən sonra Kirovabad şəhər 1 saylı notariat kontoru tərəfindən verilmiş 17 fevral 1978-ci il tarixli 3k-1- 166 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanlnda yerləşən əmlak X8 adından X9, X13, X5, X1* və İddiaçı adlarına keçmişdir. Lakin faktiki olaraq qanun üzrə vərəsələr miras əmlakı öz aralarında bölməmişlər. X24 24 aprel 1988-ci ildə öldükdən sonra Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakdakı payını X25 və İddiaçı qəbul etmişdir. Belə ki, X25 öz arvadı X3* ilə Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, İddiaçı isə mütəmadi olaraq həmin ünvana gedib, əmlakın vəziyyəti ilə maraqlanıb, onun mühafizəsini təşkil etmişdir. 17 dekabr 2*21-ci ildə X25, 15 aprel 2*22-ci ildə isə X26 ölmüşdür. X25 və X14 birgə nikahlarından uşaqları doğulmamışdır. X4 qalmış miras əmlakı İddiaçı başqa heç kim qəbul etməmişdir. X49 hazırda da həmin mirası mühafizə edir, onun tamlığını qoruyur və mütəmadi olaraq ora-gedib gəlir. Lakin İddiaçı X4 qalmış mirası qəbul etsə də, həmin əmlakın qəbuluna dair rəsmiləşdirmə aparılmamışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda F.A.Xəlilov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27, X2*, X15, X16, X31, X32, X33, X11, X36, X37 və X38 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin mülki işin məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin X21 nümayəndəsi X36 izahatında göstərmişdir ki, o, 1973-cü ildən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 9A-da yaşayır. Onun anası X19 1973- 1974-cü illərə qədər əvvəlcə Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında 1973-1974-cü illərdən sonra isə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 9A ünvanına köçüb, orada yaşamağa başlamışdır. Belə ki, onun anası X19 1957-ci ildə onun atası Məmməd Xəlillovla nikaha girmiş, Məmməd Xəlilov vəzifəli şəxs olduğuna görə daim başqa ərazilərdə işləmiş, 197*-ci ildə Gəncə şəhərinə təyin olunmuş və 1974-cü ilə qədər, yəni Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 9A ünvanında yerləşən mənzili alanadək müvəqqəti olaraq Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yaşamışdır. 1974-cü ildən öldüyü vaxtadək isə X1 şəhəri, Ş.İ.Xətai prospekti, 9A ünvanında yaşamışdır. Mülki işin məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 izahatında göstərmişdir ki, o, X28 onun atası, X13 anası X24 isə onun nənəsidir. X9 ölümündən əvvəl və sonra o, atası X13 Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yaşadıqlarını görməmişdir. O, özü isə Gəncə şəhəri, Sadıllı qəsəbəsində yaşayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X46 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, ünvan 3 ünvanın qonşuluğunda yerləşən Gəncə şəhəri, ünvan 4 olduğuna görə o, İddiaçı tanıyır. Belə ki, İddiaçı və övladları daim Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanına gəlib, həmin əmlakla maraqlanır və onun mühafizəsini təşkil edirlər. O, həmin əmlakın qapısının yalnız İddiaçı və övladları tərəfindən açıldığını, qeyd olunan ünvana yalnız İddiaçı gəlib-getdiyini görmüşdür. Buna görə də ətrafda yaşayan hər kəs Gəncə şəhəri, Füzuli küçəs, 37 ünvanında yerləşən əmlakın İddiaçı məxsus olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, ünvan 6 ünvan isə Gəncə şəhəri, ünvan 7 Gəncə şəhəri, ünvan 8r. Belə ki, qeyd olunan ünvana yalnız İddiaçı və övladları gəlib-gedir. O, başqa şəxslərin həmin ünvana gəlməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, o, faktiki olaraq Gəncə şəhəri, ünvan 8 ünvanında yaşayır. Təxminən bundan 4* il əvvəl, 1984-cü ildə o, Gəncə şəhəri, ünvan 11 ünvan 9 hər şeydən, hətta həmin mənzilin anası X4 İddiaçı miras qalmasından xəbərdar olmuşdur. Hazırda Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakla yalnız İddiaçı və sonuncunun övladları maraqlanır. İddiaçı və sonuncunun övladlarından başqa, Gəncə şəhəri, Füzuli küçəsində yerləşən 37 nömrəli fərdi yaşayış evində heç kim gəlib-getmir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 iyun 2*23-cü il tarixli 3-21-3-33/2-5596/2*23 nömrəli arayışından görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına istinadədən, Yerli Təsərrüfat şöbəsi ilə Gəncə şəhər notariat kontorunda bağlanmış 13 iyun 1929-cu il tarixli, 2**1 nömrəli müqaviləyə əsasən Abbas Mahmud oğluna fərdi yaşayış evinin tikintisi üçün 51* m2 torpaq sahəsi ayrılmışdır. X8 adına Kirovabad şəhəri, Füzuli küçəsi, 37 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 531 m2 torpaq sahəsinə dair 12 iyun 1977-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kontorunun 17 fevral 1978-ci il tarixli, 3K-1-166 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinə əsasən bu əmlak (tikili «A»da 18,9 m2, 29,3 m2 iki yaşayış otağı, 38,2 m2 örtülü eyvan, 9,9 m2 mətbəx, 33,1 m2 zirzəmi, tikili «B»-də 52,2 m2 əl damı) X8 adından X9, X13, X6, X1*, İddiaçı adlarına keçmişdir. İş materiallarında olan *9 iyun 2*22-ci il tarixli arayışdan görünür ki, X23 26 fevral 1966-cı ildə ölmüşdür. İşdə olan AA seriyalı 1174*2 nömrəl doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1941-ci ildə anadan olmuşdur. İddiaçı atası X23, anası X17r. İş materiallarında olan ИЖ seriyalı 223772 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 1* iyul 1938-ci ildə anadan olmuşdur. X1* atası X23, anası X17r. İşdə olan AZ-İİ seriyalı 224889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 17 dekabr 2*21-ci ildə ölmüşdür. İş materiallarında olan *9 iyun 2*22-ci il tarixli arayışdan görünür ki, X28 28 noyabr 1998-ci ildə, X19 isə 3* noyabr 2**3-cü ildə ölmüşdür. İş materiallarında olan Dövlət notariat arxivinin *9 iyun 2*23-cü il tarixli 3-15-5/6-13x-13-6/23 nömrəli arayışından və 22 oktyabr 1986-cı il tarixli 2-142 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, 22 oktyabr 1986-cı il tarixdə 2-142 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. X2 şəhəri, Füzuli küçəsi, 37 ünvanlnda yerləşən əmlakın ona aid olan hissəsini X12 və İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, X24 31 avqust 1994-cü il tarixdə vəfat etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, iddiaçı anası X9 ölümündən sonra Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanlnda yerləşən əmlakın mərhum X4 miras qalmış hissəsini öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. İddiaçı miras qoyanın vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakın X4 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda isə iddia tələbi Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakın X4 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsindən ibarətdir. Buna görə də mülki işin məhkəmədə tədqiqi zamanı məhkəmə vərəsələr arasında payları müəyyən etmədən yalnız miras əmlakın iddiaçıya münasibətdə qəbul edilib-edilməməsi məsələsini araşdırmışdır. Miras əmlakın bir vərəsə tərəfindən qəbul edilməsi isə həmin əmlakın digər vərəsələr tərəfindən qəbul edilməsini istisna etmədiyi kimi, həmin şəxslərin mirasdan məhrum edilməsi mənasını da ifadə etmir. Qeyd olunan səbəbdən digər vərəslər Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakın X4 miras qalmış hissəsini qəbul etdikləri halda bunun məhkəməyəqədər həll vasitələrindən, bu mümkün olmadıqda isə məhkəmədə iddia qaldırmaqla təsbitinə nail ola bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abas qızının iddiası təmin edilsin. Gəncə şəhəri, Füzuli küçəsi, 37 ünvanında yerləşən əmlakın X4 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar