Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3877/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, 22 yanvar 2003-cü il tarixdə anadan olmuş X4 01 aprel 2023-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 22 yanvar 2003-cü il tarixdə anadan olmuş X4 01 aprel 2023-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi E.T.Hacıyev məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X7 ərizəçinin qızıdır. X7 22 yanvar 2003-cü il tarixdə anadan olmuş və 01 aprel 2023-cü il tarixdə yaşadığı evin həyətində yerləşən idman qurğusundan təsərrüfat təyinatlı iplə özünü asaraq vəfat etmişdir. K.F.Həsənova Gəncə şəhərində dəfn edilmişdir. K.F.Həsənovanın ölməsi barədə məlumat Gəncə Şəhər prokurorluğunun müstəntiqi X5 11 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əksini tapmışdır. Həmin qərardan görünür ki, 22 yanvar 2003-cü il tarixdə anadan olmuş X4 yaşadığı evin həyətində yerləşən idman qurğusundan təsərrüfat təyinatlı iplə özünü asaraq vəfat etmişdir. X4 ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Buna görə də ərizəçi «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X13 Gülüstan Ailə Sağlamlıq Mərkəzinə müraciət edərək X6 «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsini xahiş etmişdir. «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X13 Gülüstan Ailə Sağlamlıq Mərkəzi 11 aprel 2023-cü il tarixli 19 nömrəli məktubla «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsindən imtina etmişdir. Bundan sonra ərizəçi Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs cavab olaraq ölüm haqqında şəhadnamənin verilməsindən imtina etmişdir. Hazırda ölüm haqqında şəhadətnaməsi olmadığı üçün K.F.Həsənovanın adına olan ev vərəsəlik qaydasında ərizəçinin adına keçə bilmir. Buna görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda E.T.Hacıyev ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 17 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Maraqlı şəxs mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, K.F.Həsənova onun bibisi qızıdır. 01 aprel 2023-cü il tarixdə ona K.F.Həsənovanın özünü asdığı barədə məlumat vermişlər. Bunun əsasında o, K.F.Həsənovanın yaşadığı Gəncə şəhəri, Z.Tağıyev küçəsi, ev 86 ünvanına getmişdir və orada K.F.Həsənovanın özünü asdığını görmüşdür. Həmçinin o, K.F.Həsənovanın dəfn və yas mərasimlərində də iştirak etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 212978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 yanvar 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. K.F.Həsənovun atası X8, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi X2»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» X13in Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının 10 aprel 2023-cü il tarixli, 764 nömrəli məlumatından görünür ki, 22 yanvar 2003-cü il təvəllüdlü X7 adına 01 aprel 2023-cü il tarixdə saat 12:47-də H.Z.Tağıyev küçəsi, ev 86 ünvanına çağırış olmuşdur. K.F.Həsənovaya intihar, özünü asma diaqnozu qoyulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan X4 01 aprel 2023-cü il tarixdə yaşadığı evin həyətində yerləşən idman qurğusundan təsərrüfat təyinatlı iplə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi X2»nin «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X13 Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 19 nömrəli arayışdan görünür ki, mərhum 2003-cü il təvəllüdlü X1 şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının 10 aprel 2023-cü il tarixli 764 nömrəli məlumatına əsasən 01 aprel 2023-cü il tarixdə saat 12:47-də özünü asaraq asfiksiya nəticəsində vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Eskpertisa Məhkəməsinin rəyinin olmamasını nəzərə alaraq «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli «İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndində əsasən» ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18 aprel 2023cü il tarixli, 316-5/8-15-569-2023 nömrəli məktubdan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, 22 yanvar 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 01 aprel 2023-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Lakin ərizəçinin həmin faktı təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də 22 yanvar 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 01 aprel 2023-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 22 yanvar 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 01 aprel 2023-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3877/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3877/2023
09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver