Məhkəmə qərarları › İş №2(125)-3879/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3879/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3879/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə İddiaçı, övladları 27 mart 2009-cu il təvəllüdlü X20, 07 iyun 2010-cu il təvəllüdlü X24 və 11 iyul 2012-ci il təvəllüdlü X28 ilə birlikdə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) S.T.Əsgərov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, iddaçı T.V.X1, X17, X22, X6, Cavabdeh, X33 oglu, Gəncə şəhəri 1 saylı notariat ofisi və Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı vəsiyyətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, eləcə də onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi barədə idda tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X37 oglu, X32 oglu, X22 və X2 Cavabdeh və X10 qarşı miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakın vərəsələr arasında paylara bölünməsi, həmçinin mülkiyyət hüququnun tanınması barədə iddia tələbi irəli sürmüşlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(043)- 899/2021 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri 1 saylı Notariat ofisində 07 fevral 2021-ci il tarixli 2V-22 qeyestr nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 07 fevral 2021-ci il tarixli 2V-23 reyestr nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 07 fevral 2021-ci il tarixli 2V-24 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir və Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi ev 52/24, 4A nömrəli mənzilə dair Cavabdeh adına verilmiş 17 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəl mənzilinə 4/8 hissədə X7, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X11, 1/8 hissədə X8 və 1/8 hissədə Cavabdeh vərəsəlik qaydada payları müəyyən olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apelayasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq şikayət təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(043)-899/2021 nömrəli qətnaməsi «Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 52/24 nömrəli evin 4A nömrəli mənzilinə 1/8 hissədə X8 vərəsəlik qaydada payının müəyyən olunması» hissəsində ləğv edilmişdir. X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilindən miras payın müəyyən olunması barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası təmin edilməmişdir. Qətnamə «Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilinə 4/8 hissədə X33 oglu, 1/8 hissədə X12, 1/8 hissədə X37 oglu və 1/8 hissədə X5 paylarının müəyyən olunması» hissəsində dəyişdirilmişdir. Həmin hissədə X9 payı 3/6 hissə, İddiaçı, X21 və X5 hər birinin payları 1/6 hissədə müəyən olunmuşdur. ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilin 1/6 hissəsinin Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, cavabdeh qeyd edilən mənzilə bütövlükdə sahiblənərək, digər paylı mülkiyyətçiləri oraya buraxmır. İddiaçı həmin mənzildə mülkiyyətçi olmağına baxmayaraq, faktiki olaraq mülkiyyət hüququndan məhrum edilmişdir. Buna görə də, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda S.T.Əsgərov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə 3/6 hissədə X7, 1/6 hissədə Cavabdeh, 1/6 hissədə X11 və 1/6 hissədə İddiaçı Vəli qızının mülkiyyət hüququ vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X20 27 mart 2009-cu il tarixdə, X24 07 iyun 2010-cu il tarixdə, X28 isə 11 iyul 2012-ci il tarixdə anadan olmuşlar. Həmin uşaqların atası X29, anası isə X14r. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(043)-899/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı Notariat ofisində 07 fevral 2021-ci il tarixli 2V-22 qeyestr nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 07 fevral 2021-ci il tarixli 2V-23 reyestr nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 07 fevral 2021-ci il tarixli 2V-24 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir və Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi ev 52/24, 4A nömrəli mənzilə dair Cavabdeh adına verilmiş 17 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəl mənzilinə 4/8 hissədə X7, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X11, 1/8 hissədə X8 və 1/8 hissədə Cavabdeh vərəsəlik qaydada payları müəyyən olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(104)-348/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmişdir, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(043)- 899/2021 nömrəli qətnaməsi «Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 52/24 nömrəli evin 4A nömrəli mənzilinə 1/8 hissədə X8 vərəsəlik qaydada payının müəyyən olunması» hissəsində ləğv edilmişdir. X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilindən miras payın müəyyən olunması barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası təmin edilməmişdir. Qətnamə «Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilinə 4/8 hissədə X33 oglu, 1/8 hissədə X12, 1/8 hissədə X37 oglu və 1/8 hissədə X5 paylarının müəyyən olunması» hissəsində dəyişdirilmişdir. Həmin hissədə X9 payı 3/6 hissə, İddiaçı, X21 və X5 hər birinin payları 1/6 hissədə müəyyən olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(104)-348/2022 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə iddaçı İddiaçı 1/6 hissədə payı müəyyən olunmuşdur. Hazırki halda isə Cavabdeh İddiaçı həmin mənzildən istifadə hüququna və iddiaçının həmin evdə yaşayış hüququnun həyata keçirilməsinə mane törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(104)-348/2022 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə X9 3/6 hissədə payı, İddiaçı, X21 və X5 hər birinin 1/6 hissədədə payları müəyyən olunduğuna görə, həmin şəxslərin qeyd olunan mənzildə mülkiyyət hüququnun tərkib hissəsi kimi istifadə hüquqlarının olub-olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1 və 30.2-ci maddlərinə görə Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunan normaların tələblərinə uyğun olaraq, İddiaçı Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən 52/24 saylı evin 4A nömrəli mənzilinin 1/6 hissədə mülkiyyətçisi olduğundan onun və sonuncunun razılığı əsasında uşaqları X13, X15 və X18 digər mülkiyyətçilərlə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüququ vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından İddiaçı himayəsində olan uşaqlar X20, X24 və X28 ilə birlikdə Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən 52/24 saylı evin 4A nömrəli mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış uşaqları X20, X24 və X28 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə köçürülsün. Məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar