Məhkəmə qərarları › İş №2(125)-3889/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3889/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3889/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR Amasiya rayonun Güllübulaq kənd sovetliyi tərəfindən 15 noyabr 1979-cu il tarixdə verilmiş xx.xx.1979-cu ildə bağlanmış nikah şəhadətnaməsində “Mamed” adının “Məmməd” adı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına dair zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, idda ərizəsindən görünür ki, Ərizəçi Ermənistan SSR Amasiya rayonun Güllübulaq kənd sovetliyi tərəfindən 15 noyabr 1979-cu il tarixdə verilmiş xx.xx.1979-cu ildə bağlanmış nikah şəhadətnaməsində “Mamed” adının “Məmməd adı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.2-ci bəndində qeyd edilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bu baxımdan ərizəçi “Mamed” adının “Məmməd” adına düzəliş edilməsi ilə müvafiq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət edə, həmin orqan tərəfindən qeydə düzəlişlər etməkdən imtina edildikdə isə həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə rəsmi qaydada verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi Ermənistan SSR Amasiya rayonun Güllübulaq kənd sovetliyi tərəfindən 15 noyabr 1979-cu il tarixdə verilmiş xx.xx.1979-cu ildə bağlanmış nikah şəhadətnaməsində “Mamed” adının “Məmməd” adı kimi müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə müvafiq dövlət qeydiyyatı orqanına müraciət etmək hüququ və həmin orqan tərəfindən qeydə düzəlişlər etməkdən imtina edildikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi Ermənistan SSR Amasiya rayonun Güllübulaq kənd sovetliyi tərəfindən 15 noyabr 1979-cu il tarixdə verilmiş xx.xx.1979-cu ildə bağlanmış nikah şəhadətnaməsində “Mamed” adının “Məmməd” adı kimi müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, müvafiq dövlət qeydiyyatı orqanına müraciət edə, həmin orqan tərəfindən qeydə düzəlişlər etməkdən imtina edildikdə, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar