Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3945/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 və X2 qarşı mirasın qəbul edilməsi faktının, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və qəbul edilmiş mirasda paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkə dair X10 və X1 adlarına xx.xx.1954-cü ildə tərtib edilmiş torpaq qeydi və Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1961-ci il tarixli və xx.xx.1969-cu il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportlarının X3 məxsus olması faktının müəyyən olunmasına və mirasın qəbul edilmə faktı müəyyən edilməklə qəbul edilmiş mirasda 6/10 hissə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə (o cümlədən mirasın qəbul edilməsi faktına və sənədin şəxsə məxsus olması faktına) xüsusi icraat qaydasında baxılmalı olduğu halda iddia icraatı qaydasında verilmişdir. Bununla belə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023cü il tarixli 2(102)-3972/2023 nömrəli qərarı) hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 və X2 qarşı mirasın qəbul edilməsi faktının, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və qəbul edilmiş mirasda paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi iddiaçının xüsusi icraat qaydasında sənədin şəxsə məsus olması faktı müəyyən edildikdən sonra miras əmlak üzərində payların müəyyən edilməsində mübahisə olduğu təqdirdə miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair (miras əmlakı faktiki qəbul etməsini sübut etməklə) iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi hüququ izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 və X2 qarşı mirasın qəbul edilməsi faktının, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və qəbul edilmiş mirasda paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi iddiaçının xüsusi icraat qaydasında sənədin şəxsə məxsus olması faktı müəyyən edildikdən sonra miras əmlak üzərində payların müəyyən edilməsində mübahisə olduğu təqdirdə miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair (miras əmlakı faktiki qəbul etməsini sübut etməklə) iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi hüququ izah edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3945/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3945/2025
17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver