Məhkəmə qərarları › İş №2(125)-3949/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3949/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3949/2024 03.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 və Cavabdeh2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbədə yerləşən 87 nömrəli evə dair xx.xx.2019-cu il tarixli, 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin» ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin həmin mənzildən çıxardılaraq, mənzilin boşaldılması və Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin» verilməsi qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 nömrəli qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2019-cu il tarixli, 87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 qaydanın tələbinə uyğun olaraq dövlət proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 600 ailəlik Yeni qəsəbədə 11 saylı küçədə yerləşən 87 nömrəli ev ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin evdə uzun müddət yaşamadıqları və evin istifadəsiz qaldığı məlum olmuşdur. Sahə rəisi Cavabdeh1 və Cavabdeh2 sözügedən evdə yaşamadıqlarını əsas gətirib qanunsuz olduğu bildirilərək evin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, müvəqqəti yaşamaq üçün ona verilən Gəncə şəhəri 600 ailəlik Yeni qəsəbədə 11 saylı küçədə yerləşən 87 nömrəli evdə bir sıra tikinti-təmir işləri aparmışdır. X1 yaşadığı üçün daimi olmasa da 2-3 ay ərizndə ora gedib yenidən qayıtmışdır. Lakin sözügedən evi heç bir zaman təyinatından kənar olaraq istifadə etməmiş, kirayəyə verməmişdir. Sonda Cavabdeh1 iddianın əsassız olduğunu qeyd edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin surətindən görünür ki, Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli ev Cavabdeh1 və onun ailə üzvü olan Cavabdeh2 müvəqqəti istifadəsinə verilmişdir. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıqmüddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.7.2-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktların surətlərindən görünür ki, Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli evə baxış keçirilərkən məlum olmuşdur ki, həmin ünvanda yaşayış yoxdur. Aktların doğruluğunu MKİS-in mühəndisi X10, sahə nəzarətçiləri X3 və X6 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan X11 xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o, Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 88 nömrəli evdə arvadı X12 ilə birlikdə yaşayır. Onunla qonşuluqda olan 87 nömrəli ev Cavabdeh1 yaşamaq üçün verilmişidir. Artıq 2 ildən çoxdur ki, Gülgəz və ailə üzvləri işləmək üçün Rusiya Federassiyasına getmişlər.Həmin evə o və arvadı bir qohum kimi nəzarət edirlər. Arada isə Gülgəzin oğlu Niyazi gəlib qalmışdır. Hazırda evdə yaşayış yoxdur, açar isə ondadır. İş materiallarında olan "xxxx" ASC X9 İdarəsi Kəlbəcər Sukanal sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli evdə 2024-cü ilin yanvar ayından hazırki günə qədər (xx.xx.2024-cü il) sudan istifadə edilməmişdir. İşdə olan Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli evə dair olan **********00000 abonent saldosundan görünür ki, 2023-cü ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək sözügedən evdə qaz sərfiyyatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 297 nömrəli məktubundan görünür ki, mənzillərin yoxlanması zamanı Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli mənzildə artıq bir ildir ki, yaşayış yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 297 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli mənzildə yaşayışını təmin etmədiyi təqdirdə müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, müqavilənin ləğvinə dair bildiriş Cavabdeh1 təqdim olunması üçün X13 təqdim edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nə əsasən Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbədə yerləşən 87 nömrəli ev müvəqqəti yaşamaq üçün Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lakin həmin yaşayış sahəsi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin 5.7.1-ci bəndinə zidd olaraq, Cavabdeh1 üzrlü səbəb olmadan fasiləsiz olaraq 3 aydan artıq müddətdə həmin mənzildə yaşamamış, 2023-cü ilin iyul ayından 2024-cü ilin may ayınadək ötən 9 ay müddətində kommunal ödənişlər aparılmamış, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə yaşayış evinə baxış keçirilərkən, orada yaşayış olmadığı müəyyən olunmuş və həmin tarixlərdə aktlar tərtib olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən müqavilə şərtlərinə əməl olunmamasına görə müqavilənin ləğv ediləcəyi barədə Cavabdeh1 çoxsaylı xəbərdarlıqlar edilmişdir. Hətta sonuncu dəfə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmaqla, müqavilənin ləğvinə dair bildiriş Cavabdeh1 tərəfindən evə nəzarətin həvalə edildiyi X13 təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq aşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı aşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya Bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə istifadəsinə verir. Həmin Məcəllənin 99.6-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi» Qaydasının 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2 Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3 Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgə yaşayış qaydalarına əməl etməlidirlər. 3.5 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6 Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7 Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qanunvericiliyin qeyd olunan normalarının, habelə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin şərtlərindən göründüyü kimi kirayəçinin və ailə üzvlərinin müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamaması müqavilənin ləğv edilməsi üçün əsasdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 2023-cü ilin iyul ayından dekabr ayınadək ötən 5 ay müddətində hər hansı kommunal ödəniş edilməmiş, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə yaşayış evinə baxış keçirilərkən, orada yaşayış olmadığı müəyyən olunmuş və həmin tarixlərdə aktlar tərtib olunmuşdur. X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda isə Cavabdeh1 və ailə üzvlərinin 2 ildən artıq müddətdə Rusiya Federasiyasında yaşadığı, Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli mənzilə nəzarətin isə Cavabdeh1 ona həvalə etdiyi göstərilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı qeyd olunan sübutların həqiqiliyi Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi Cavabdeh1 fasiləsiz olaraq, 3 aydan artıq müddətdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbədə yerləşən 87 nömrəli evdə yaşamamış, həmin halın üzrlü səbəblərlə əlaqədar olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti isə Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi» Qaydasının 3.7-ci bəndinə, habelə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin 5.7-ci bəndinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğvinə dair bildirişlər ünvanlamış və bununla da həmin müqavilə ləğv edilmişdir. Məhkəmə mülki işin qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğv edilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbədə yerləşən 87 nömrəli mənzildən çıxarılması tələbinə dair hissədə iddia əsaslıdır. Lakin cavabdehlərlə yaşayan digər şəxslərin sözügedən mübahisəli yaşayış evindən çıxarılması hissəsində iddia tələbini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbində həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir. Bu isə ona dəlalət edir ki, bu tələb, iş üzrə tərəf olmayan qeyri-müəyyən şəxslərə yönəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Deməli, işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyrimüəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» ləğv edilmiş hesab edilməli, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 87 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» ləğv edilmiş hesab edilsin. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 11 saylı küçədə yerləşən 87 nömrəli mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar