Məhkəmə qərarları › İş №2(125)-3968/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3968/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3968/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının (maraqlı şəxslər Maraqlı şəxs1 Muxtar qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızı, Maraqlı şəxs5) «mirasın qəbul edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızı (maraqlı şəxslər Maraqlı şəxs1 Muxtar qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızı, Maraqlı şəxs5) ərizəçinin mərhum atası X1 miras qalmış Gəncə şəhəri, Sədi küçəsində yerləşən 31 nömrəli evin 11 nömrəli mənzilində yerləşən əmlak üzərində vəsiyyət və qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, hazırki ərizədə qeyd olunan tələblə Samux Rayon Məhkəməsində iddia qaldırmaq hüququ Ərizəçi (Quliyevaya) izah olunmalıdır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı Ərizəçi (Quliyevanın) Samux rayonunun Nəbiağalı qəsəbəsində qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:30194, əməliyyat İD:131802231, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının (maraqlı şəxslər Maraqlı şəxs1 Muxtar qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızı, Maraqlı şəxs5) «mirasın qəbul edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızına izah edilsin ki, hazırki ərizədə qeyd olunan tələblə Samux Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:30194, əməliyyat İD:131802231, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar