Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3977/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan və Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlini olmuşdur. X1 ilə 2010-cu ildə nikaha daxil olmaqla ailə həyatı qurub və ona məxsus olmaqla mülkiyyətində olan Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən evə gəlin köçmüşdür. Cavabdeh oğlu ilə bir müddət mehriban yaşasa da, sonradan aralarında baş vermiş narazılığa görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 557/2024 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Qeyd etdiyi kimi cavabdehlə oğlunun ailə münasibətləri qurtarıb, ona görə də o, hazırda onun ailə üzvü hesab edilmir. Buna baxmayaraq, cavabdeh ona məxsus evdən çıxmaq istəmir, onun özünü belə mülkiyyətində olan evə buraxmır. Cavabdeh iddia ərizəsinə etiraz verərək, etirazda bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, o, 2009-cu il tarixdə cavabdehin X1 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu ildə doğulmuş X7, xx.xx.2012-ci ildə doğulmuş X4, xx.xx.2017-ci ildə doğulmuş X5 adında 3 övladı doğulmuşdur. X3 ilə məhkəmə qətnaməsi ilə nikahlarına xitam verilmiş və övladlarının onun himayəsində saxlanması barədə qərar qəbul edilmişdir. Qeyd etmək istəyir ki, onlar ailə qurduqları vaxtdan qeyd olunan fərdi yaşayış evinə gəlin köçmüş və hazırki vaxtadək də həmin ünvanda yaşayır. Artıq uzun illərdir ki, bu ünvanda övladları ilə birlikdə yaşayır, övladları da yaşadıqları evin yaxınlığında yerləşən 36 saylı məktəbə gedirlər. Bundan başqa uşaqlar sözügedən evdə özlərini daha rahat hiss edirlər. Onların taleyi heç də nə atasını, nə də göründüyü kimi iddiaçını maraqlandırmır. Baxmayaraq ki, övladları həmin evdə qeydiyyatdadırlar. Bundan başqa qızı Nigar qaraciyərin exinikok sistinin çıxarılması, hissəvi seqmentektomiya əməliyyatı keçirmiş, hələ də xəstəliyinin fəsadları olduğuna görə davamlı müalicə götürməkdədir. İddiaçı uşaqların doğma nənəsidir. Onların həmin evdən çıxarılması onlara böyük bir travmanın gətirəcəyinə işarədir. O, artıq neçə illərdir ki, uşaqların həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda da uşaqlar həmin evdə pasport qeydiyyatındadırlar. Bununla da bağlı evə daimi qeydiyyata düşmələrinə görə etiraz etmədiyini bildirmişdir. Onun isə başqa yaşamağa yeri yoxdur. 3 uşaqla hara gedəcəyini bilmir. Bu yaşında bu vaxtdan sonra 3 uşaqla heç kimə yük olmaq istəmir. Yəni bununla da bağlı o, heç kəsə evində qalmağa israr edə bilməz. İddiaçının isə onu əşyaları ilə birlikdə bayırda qoyması haqsızlıqdır. Çünki onun başqa yaşamağa evi yoxdur. Bunu iddiaçı çox yaxşı bildiyi halda bu tələblə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, irəli sürdüyü iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununda izahat vermiş, əlavə olaraq, qeyd etmişdir ki, Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. X2 adına qeydiyyata alınmış həmn fərdi yaşayış evinin əldə edilməsi Rəşadın Cavabdeh ilə birgə nikahda olduğu dövrə təsadüf etmişdir. Daha sonra onların arasında olan nikah pozulmuş və həmin evin ½ hissəsində Cavabdeh payı müəyyən edilmişdir. Bu paya görə, Cavabdeh 35000 manat pul da verilmişdir. Buna baxmayaraq, cavabdeh onun evindən çıxmır və ona həmin evə getməyə imkan vermir. Hazırda həmin evdə yalnız cavabdeh yaşayır. Buna görə də o, öz mülkiyyətində olam həmin evdən istifadə edə bilmir. Cavabdeh öz mülkiyyətində olan ev əldə etmişdir və onun evindən çıxarılmalıdır.Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun izahat vermiş və bildirmişdir ki, özü Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququ əldə etsə də, hesab edir ki, onun uşaqlarının iddiaçının mülkiyyətində olan evdən istifadə etmək hüquqları vardır. Ona görə də, hesab edir ki, iddiaçı tərəfindən ona kompensasiya ödənilməlidir. Sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, o, 2009-cu il tarixdə cavabdehin X1 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu ildə doğulmuş X7, xx.xx.2012-ci ildə doğulmuş X4, xx.xx.2017-ci ildə doğulmuş X5 adında 3 övladı doğulmuşdur. X3 ilə məhkəmə qətnaməsi ilə nikahlarına xitam verilmiş və övladlarının onun himayəsində saxlanması barədə qərar qəbul edilmişdir. Qeyd etmək istəyir ki, onlar ailə qurduqları vaxtdan qeyd olunan fərdi yaşayış evinə gəlin köçmüş və hazırki vaxtadək də həmin ünvanda yaşayır. Artıq uzun illərdir ki, bu ünvanda övladları ilə birlikdə yaşayır, övladları da yaşadıqları evin yaxınlığında yerləşən 36 saylı məktəbə gedirlər. Bundan başqa uşaqlar sözügedən evdə özlərini daha rahat hiss edirlər. Onların taleyi heç də nə atasını, nə də göründüyü kimi iddiaçını maraqlandırmır. Baxmayaraq ki, övladları həmin evdə qeydiyyatdadırlar. Bundan başqa qızı Nigar qaraciyərin exinikok sistinin çıxarılması, hissəvi seqmentektomiya əməliyyatı keçirmiş, hələ də xəstəliyinin fəsadları olduğuna görə davamlı müalicə götürməkdədir. İddiaçı uşaqların doğma nənəsidir. Onların həmin evdən çıxarılması onlara böyük bir travmanın gətirəcəyinə işarədir. O, artıq neçə illərdir ki, uşaqların həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda da uşaqlar həmin evdə pasport qeydiyyatındadırlar. Bununla da bağlı evə daimi qeydiyyata düşmələrinə görə etiraz etmədiyini bildirmişdir. Onun isə başqa yaşamağa yeri yoxdur. 3 uşaqla hara gedəcəyini bilmir. Bu yaşında bu vaxtdan sonra 3 uşaqla heç kimə yük olmaq istəmir. Yəni bununla da bağlı o, heç kəsə evində qalmağa israr edə bilməz. İddiaçının isə onu əşyaları ilə birlikdə bayırda qoyması haqsızlıqdır. Çünki onun başqa yaşamağa evi yoxdur. Bunu iddiaçı çox yaxşı bildiyi halda bu tələblə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Hesab edir ki, ona ya evdən istifadə etmək hüququ, ya da kompensasiya verilməlidir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, 10 ünvanında 0.028 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi DƏDR-də xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına mülk kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-653/2025 saylı qərarının surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(125)-557/2024 nömrəli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan X2 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh payı müəyyən edilmiş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh öz mülkiyyətinə fərdi yaşayış evi əldə etməsinə baxmayaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, ev 10 ünvanında yerləşən fərdi yaşayış evindən mülkiyyətçinin iradəsi ziddinə olaraq yaşayış sahəsi kimi istifadə edir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi evdən çıxarılma ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qeyd edir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Hazırki iddia üzrə Cavabdeh mülkiyyətçi İddiaçı gəlini olmuş, iddiaçının X1 ilə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuşdur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmiş mülkiyyətçinin ailə üzvlərinin siyahısına daxil deyildir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, Cavabdeh iddiaçının X1 ilə 2010-cu ildə rəsmi nikah bağlamışlar. Gəncə Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(125)-557/2024 nömrəli qətnaməsinə əsasən X3 ilə Cavabdeh nikahları pozulmuş və birgə nikah dövründə əldə olunmuş Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan X2 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh, ½ hissəsində isə X2 payları müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini öz mülkiyyətinə əldə etdiyi andan onun həmin yaşayış sahəsindən istifadə etmək hüququ da əldə etmişdir və məhkəmə qeyd edir ki, bununla da İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin istifadə etməyə ehtiyacları aradan qalxmışdır. Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan, yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə, öz mülkiyyətinə fərdi yaşayış evi əldə etmiş cavabdehin həmin evdən iddiaçının razılığı olmadan istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehin etiraz dəlilləri isə əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X8 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3977/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3977/2025
16.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver