Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3979/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Nüsrəddin Məhyəddin oğlanlarına qarşı Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, ev 1A saylı mülkün qiymətləndirilib satılması və pulun 1/4 paylara bölünməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Nüsrəddin Məhyəddin oğlanlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkün qiymətləndirilməsi və satılması 1/4 paylara vərəsələrə İddiaçı1, Nüşabə, Füzuli, Nüsrəddin Məhyəddin uşaqlarına verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş formasına və məzmununa riayət edilməyərək cavabdehlərin soyadı, adı, ata adları ayrı-ayrılıqda göstərilməməklə, iddiaçılardan İddiaçı2 qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumundan azad olunmasna dair sənədi iddia ərizəsinə əlavə etmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Nüsrəddin Məhyəddin oğlanlarına qarşı Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, ev 1A saylı mülkün qiymətləndirilib satılması və pulun 1/4 paylara bölünməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçılara ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Nüsrəddin Məhyəddin oğlanlarına qarşı Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, ev 1A saylı mülkün qiymətləndirilib satılması və pulun 1/4 paylara bölünməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3979/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3979/2023
04.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver