Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3994/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1* Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ata qrafasında X9, ana qrafasında X3 yazılmaqla, valideynləri X9 ilə X2 rəsmi nikahlarından xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Qızılgül kəndində doğulmasının Ermənistan Respublikasının Yexeqnadzor rayonu Qovuşuq kənd sovetinin akt qeydləri kitabında *8.1*.1966-cı ildə 66 nömrə ilə qeydə alınması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Qızılgül kəndində atası X9 ilə anası X2 rəsmi nikahlarından anadan olmuşdur. Bu barədə Yexeqnadzor rayonu Qovuşuq kənd sovetinin akt qeydləri kitabında *8.1*.1966-cı ildə 66 nömrə ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnaməsi olmuş və doğumu qeydə alınmışdır. Lakin, 2*15-ci ildən sonra doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydini bərpa etmək üçün 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada imtina məktubu verilmişdir. Hazırda doğum haqqında şəhadətnamə atasından miras qalmış mənzilə dair vərəsəlik işinin aparılması üçün tələb olunur. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilərək, qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçinin anası Muradova Təzəgül qonşusu olmuşdur. Şahin Həmzənin oğludur. Şahin onun oğlu ilə birlikdə məktəbə getmişdir. Anası Şahinin doğum şəhadətnaməsini itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, ərizəçi ilə həmkəndli olmuşlar. Ərizəçi Şahinin X13, anası isə Muradova Təzəgüldür. Doğum haqqında şəhadətnaməsi olmuş, məktəbə getmişdir. 1988-ci ildə qaça-qaçdan sonra şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi Şahini tanıyır, o, 1966-cı ildə anadan olub, eyni kənddə, yəni Yexeqnadzor rayonu, Qızılgül kəndində yaşamışlar. X13, anası isə Muradova Təzəgüldür. Doğum şahadətnaməsi olmuş və məktəbə getmişdir. Sonradan eşitdiyinə görə Şahin doğum şəhadətnaməsini itirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İ-3M 949323 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Qızılgül kəndində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X1 qeyd olunmuşdur. AZ-İ 58*253 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 14.1*.2*12-ci ildə ölmüşdür. AZ-İ 651152 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 *9.1*.2*13-cü ildə ölmüşdür. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş *3.*4.2*23-cü il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən kifayət qədər sənədlər təqdim olunmadığı üçün doğumun bərpası imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə, habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Qızılgül kəndində anadan olmuş və bu barədə doğumu qeydə alınaraq atası X9, anası X1 qeyd olunmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyi üçün doğum akt qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəçi tərəfindən kifayət qədər sənəd təqdim edilmədiyi üçün doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də ərizəçi atasından miras qalmış mənzilə dair vərəsəlik məsələlərini həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 3*7.2.3) MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Qızılgül kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Muradov, adının Şahin, ata adının Həmzə , ata qrafasında ata adının X9, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233.1, 3*5-311, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzar rayonunun Qızılgül kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Muradov, adının Şahin, ata adının Həmzə, ata qrafasında ata adının X9, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3994/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3994/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver