Məhkəmə qərarları › İş №2(125)-4030/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4030/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4030/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gəncə rayon X2 İcraiyyə Komitəsi tərəfindən mərhum atasının adına verilmiş xx.xx.1989 tarixli, 32 nömrəli orderdə səhv olaraq “İltifak” kimi yazılmış adının “İltifat” kimi, oğlu Xəyalın “Xaliq” kimi səhv yazılmış adının “Xəyal” kimi, qızı Cəmilənin “Cahan” kimi səhv yazılmış adının “Cəmilə” kimi tanınması haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Gəncə rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 32 nömrəli orderində onun adının “İltifak” əvəzinə “İltifat” kimi, oğlu Xəyalın “Xaliq” kimi səhv yazılmış adının “Xəyal” kimi, qızı Cəmilənin “Cahan” kimi səhv yazılmış adının “Cəmilə” kimi tanınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi Gəncə rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 32 nömrəli orderində onun, qızının və oğlunun adının düzgün qeyd edilmədiyini hesab edirsə, bu barədə əvvəlcə müvafiq inzibati orqana (Gəncə Şəhər İcra Hakimiyyətinə) müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdiyi halda isə, onun səlahiyyətli inzibati orqanın qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan «Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar