Məhkəmə qərarları › İş №2(125)-4035/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4035/2025

20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4035/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidəmət”mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidəmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 adına BD seriyalı, 239832 nömrəli qeydiyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsi ilə qeydə alınmış, 20EN345 qeydiyyat nişanlı, Kia Rio markalı xetçbek tipli, KNEDE**********66 ban nömrəli, buraxılış ili 2008-ci il avtomobildən ibarət miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin anasından miras qalmış avtomobil ərizəçinin istifadəsində olmaqla ərizəçinin yeganə vərəsəsi ərizəçidir, miras isə 2025-ci ildə açılmışdır. 1 saylı Gəncə Regional “Asan Xidəmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ərizəçiyə ünvanlanmış imtina məktubundan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinanın səbəbini mirası qəbul etməsi müddətini keçirməsi və vərəsələr arasında mübahisənin olması ilə əlaqələndirmişdir. Halbuki, mirasın qəbulu müddətindən bəhs edən Mülki Məcəllənin 1246 maddəsi qanunvericilikdən çıxarılmışdır. Bununla belə iddiaçı anasının yeganə vərəsəsi olduğunu göstərsə də, notarius vərəsələrin dairəsini müəyyən etmədən vərəsələr arasında mübahisə olduğunu göstərmişdir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-inq 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə notariusun hərəkətlərinin qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ərizəçi tərəfində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidəmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə notariusun hərəkətlərinin qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar