Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4039/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il təvəllüdlü bacısı X5 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində infeksion xəstəlikdən vəfat etmişdir. Onun iki azyaşlı övladı var. Lakin bacısına ölüm haqda şəhadətnamən və ölümü ilə əlaqədar birdəfəlik ödəniş də ala bilmir. Hazırda Günelin kimliyi də aktivdir. Bacısının övladlarının müavinət ala bilməsi üçün də ölüm şəhadətnaməsinin olması zəruridir. Bununla əaqədar olaraq Maraqlı şəxsnə müraciət etmiş, oradan imtina məktubu verdmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X6 atası X12, anası X7r. İş materiallarında olan xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X8 atası X12, anası X7r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «X2 xx.xx.2024-cü ildə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Böləmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ TTTYS trəfindən verilmiş 549 nömrəli, xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X5 adına xx.xx.2024-cü il tarixdə çağırış olmuş, meyidin üzərində xəsarət və zorakılıq əlamətləri aşkar olunmamış, həkimə qədər ölüm baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Elmar onun oğludur, Günel isə qızı idi. Günel xəstə idi, xx.xx.2024-cü ildə Gəncə şəhərində evdə vəfat edib. Güneli Tərtər rayonunda dəfn edilib. Qızı xx.xx.1995-ci il təvəllüdlü idi. Dəfndə iştirak etmişdir. Yas mərasimi Gəncə şəhərində təşkil olunmuşdur, orada da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Elmar onun əridir, Günel isə Elmarın bacısı idi. Günel xəstə olduğu üçün xx.xx.2024-cü ildə Gəncə şəhərində evdə vəfat etmişdi. O, Tərtər rayonunda dəfn edilmişdir, o, dəfndə iştirak etmişdir. Yas mərasimi Gəncə şəhərində təşkil olunmuşdur və orada iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum bacısı xx.xx.1995-ci il təvəllüdlü X4 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4039/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4039/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver