Məhkəmə qərarları › İş №2(125)-4067/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4067/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4067/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi (Maraqlı şəxs) «qohumluq faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi» tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi (Maraqlı şəxs) X3 (X1) Ərizəçi qardaşı olması faktının müəyyən edilməsi və X2 miras qalmış Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə Ərizəçi payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi mərhum anasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və payın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:194126336; qəbzin nömrəsi:7817; terminal nömrəsi: K0127012; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi Nəsəddin oğluna qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi (Maraqlı şəxs) «qohumluq faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi» tələbinə dair ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi notariat ofisinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:194126336; qəbzin nömrəsi:7817; terminal nömrəsi: K0127012; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar