Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4068/2023 15.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X7, İnkişafı və X1* Xidmətinin Gəncə Regional İdarəsinə, Gəncə Kommunal müəssisələri Trestinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5) «şəhadətnamənin ləğv edilməsi və sair» tələblərinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılmasına dair məsələyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X7, İnkişafı və X1* Xidmətinin Gəncə Regional İdarəsinə, Gəncə Kommunal müəssisələri Trestinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbini üzrlü sayaraq, uzadılmasına; Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında **3613 saylı 25.*4.2**5-ci il tarixli Şəhadətnaməsinin ləğv edilərək mülkün əvvəlki vəziyyətə qaytarılmasına; ünvan 1 ünvanda yerləşən 2 saylı hamamın mərhum X2 məxsus olması faktı müəyyən edilməsinə; miras hamama vərəsəliyin müəyyən edilərək, onun babasının X1 vərəsəsi kimi tanınmağına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və X1* Xidmətinin Gəncə Regional idarəsi onun babasının mülkünü qorunmamasın dayandırılması və mülkün ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4*68/2*23 saylı, 2*.*7.2*23-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə çıxara bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə *9.*7.2*21-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 1** manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsi zamanı 5* manat dövlət rüsumu ödəmişdir. Mülki iş üzrə yekun məhkəmə aktı ilə iddia rədd edilmişdir. Lakin iddia ərizəsinin verilməsi zaman ödənilməli olan 1** manat dövlət rüsumunun ödənilməmiş hissəsi olan 5* manat məhkəmə xərcinin tutulması haqqında məsələ həll edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasə hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılaraq məhkəmə xərcləri haqqında məsələ həll edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 5* manat pul iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229, 357-36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsinin verilməsinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 5* (əlli) manat pul iddiaçı Ərizəçi tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________ ___ Ünvan: Gəncə şəhəri Vəli Xuluflu küçəsi 11 Əlaqə telefonu: (*22) 265-*2-55 № 2(*43)-11*/2*2* 12 iyun 2*2*-ci il X6 Cəmiyyətinə Ünvan: Bakı şəhəri, 28 may küçəsi 33 X3 Ünvan: Gəncə şəhəri, V.Tutayuq küçəsi, ev 46 X4 Ünvan: Samux rayonu, İnstitut qəsəbəsi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(*43)-11*/2*2* saylı, *9 iyun 2*2*-ci il tarixli əlavə qətnaməsinin surəti sizə göndərilir. Qoşma: əlavə qətnamənin surəti *2 vərəq, *1 nüsxə. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4068/2023
Gəncə Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(125)-4068/2023
15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver