Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4139/2024 08.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ermənistan Respublikasının Basarkeçər rayonunda xx.xx.1972-ci ildə anadan olmuşdur. Onlar Ermənistan Respublikasının Basarkeçər rayonundan məcburi köçkündürlər. Belə ki, onlar məcburi köçkün olan zaman onun doğum haqqında şəhadətnaməsini atası, anası orada qoymuşdur. Şəhadətnaməni almaq üçün aidiyyəti Dövlət orqanına ünvanladığı ərizə Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Bunun üçün xx.xx.1972-ci il tarixdə onun doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha Ərizəçi 17 iyul 2024-cü il tarixdə məhkəməyə “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, onun xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək, Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi onun doğma bacısıdır. Belə ki, 6 qardaş 3 bacı olmaqla 9 uşaq olmuşlar. Valideynləri rəhmətə getmişdir. Ərizəçi olan bacısı Ərizəçi evin ən kiçiyidir. Bacısı 1972-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuşdur. Lakin, məlum hadisələrə görə qaçqın düşən zaman bacısının doğum haqqında şəhadətnaməsi naməlum şəkildə itmişdir. Ermənistan Respublikasından isə həmin sənədi almaq mümkünsüzdür. Məkhəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx xxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin, məlum hadisələrə görə qaçqın düşən zaman itmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; İ-ZJ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 27 dekabr 1966-cı il tarixdə doğulmuşdur. Atası – X9, anası – X1r. İ-JQ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 30 yanvar 1969-cu il tarixdə doğulmuşdur. Atası – X9, anası – X1r. AZ-İ seriyalı, 199779 nömrəli, 22 iyun 2006-cı il tarixli, Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X10 04 iyun 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyun 2006-cı il tarixdə 427 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qəfləti koronar ölümdür. AZ-İ seriyalı, 796245 nömrəli, 10 fevral 2016-cı il tarixli, Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X2 06 fevral 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 fevral 2016-cı il tarixdə 290 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi arterial hipertenziyadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 24 iyun 2024-cü il tarixli, 3- 16-5/8-15-1225 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Ərizəçi Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də xx.xx.1972-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1972-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər rayonunda doğulmuşdur. Bu fakt məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 izahatları ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, onların ərizəçinin yaxın qohumları yəni, bacısı və qardaşı olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X5 və X3 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki Ərizəçi 20-ci əsrin 80-ci illərində Ermənistan SSR-dən Azərbaycana deportasiya olunmuşdur. Bundan sonra ona məxsus doğum haqqında sənədlər hansısa səbəbdən itmişdir. XX əsrin əvvəllərinə kimi indiki Ermənistan Respublikasının ərazisi Azərbaycana məxsus olsa da, həmin dövrdən başlayaraq ermənilər tərəfindən həmin ərazilər müxtəlif səbəblərlə ələ keçirilmiş və Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikası yaradılmışdır. Hal-hazıra kimi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı düşmənçilik siyasəti davam etməkdədir. Bu baxımdan qeyd edilən şəxsə məxsus doğum haqqında şəhadətnaməni Ermənistan Respublikasından almaq mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu baxımdan məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində xahiş etdiyi faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyildir. Beləliklə, məhkəmənin gəldiyi yekun qənaətinə əsasən ərizə təmin edilməli, Ərizəçi xx xxx 1972-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1972-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4139/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4139/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver