Məhkəmə qərarları › İş №2(125)-414/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-414/2023

27.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-414/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, iddiaçılar İddiaçı4 qızının, X2 və İddiaçı1, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 və cavabdeh X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 qızının cavabdeh X3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yeni tikiliyə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bundan başqa iddiaçılar məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, Vaqif küçəsi, 16 ünvanda yerləşən evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən idia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı4 qızı iddianı müdafiə edib izahatında göstərdi ki, iş üzrə cavabdeh X5 ilə 27 oktyabr 1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Gəncə şəhəri, Vaqif küçəsi, 16 saylı evə gəlin köçmüşdür. Birgə nikahlarından X6, İddiaçı1 və İddiaçı2 anadan olmuşdur. Uşaqlarının hər üçü gəlin köçdyüyü evdə anadan olmuş və orada böyümüşlər. Gəlin köçdüyü ev əvvəl qaynatasına məxsus olmuşdur. 25 il həmin evdə yaşayıb birgə təsərrüfat aparmışlar. 2021-ci ilin iyun ayının 21-də cavabdeh onu və oğlu İzzəti evdən çıxarmışdır. Digər övladları Həsrət və Nüsrət hərbiçi olduqları üçün hərbi hissədə olmuşlar. Lakin savabdeh onları da məzuniyyətə gələndə evə buraxmamışdır. Cavabdehlə aralarında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Onlara məxsus bütün əşyaları hal-hazırda sözügedən Gəncə şəhəri, Vaqif küçəsi ünvanında yerləşən 16 saylı evdədir. ünvan 2raq öz hesablarına inşa etdikləri fərdi yaşayış evi vardır. Həmin evi öz hesablarına inşa etmişlər və həmin ev təmirsizdir. Cavabdeh onu və digər iddiaçı olan övladlarını evə buraxmadığı üçün məcbur olub məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X6 və iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 İddiaçı4 qızının izahatına uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən ev ona atasından miras qalmışdır. İddiaçı ilə ailə qurarkən atasının evinə gəlin köçmüşdür və həmin ev atasından ona miras qalmışdır. İddiaçılar 2021-ci ilin iyun ayında evdən çıxmışlar, 2022-ci il tarixdə nikahları pozulmuşdur. Digər övladları Həsrət və Nüsrət müddətdən artıq hərbi xidmətdədirlər. Atasından miras qalmış evin həyətində birgə nikah dövründə yeni ev tikmişlər, lakin yeni tikdirdikləri ev təmirsizdir. İddiaçıların sözügedən ünvanda yaşamalarına etiraz edir,çünki başqa ailəsi var və iddiaçıların onlarla birgə həmin evdə yaşaması mümkün deyildir. Mənzil onun atasından vərəsəlik qaydada onun mülkiyyətinə keçdiyi üçün cavabdehlərin pay almaq hüquqları olmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı, 41,7 kv.m olan mənzil ********** qeydiyyat nömrə ilə X1 adına qeydə alınmışdır. AZ-İ 439547 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə İddiaçı4 qızı arasında olan nikah Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. XX-JQ 473537 seriyalı, XX-JQ 473536 seriyalı və İ-AZ 124621 seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 ilə İddiaçı4 qızının xx.xx.1998-ci il tarixdə Nüsrət, Həsrət və xx.xx.2000-ci il tarixdə İzzət adlı uşaqları anadan olmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehlə 1998-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və mübahisələndirilən mənzilə gəlin köçmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi iddiaçı 1998-ci ildə cavabdehlə ailə quraraq onların razılığı ilə hazırki mübahisələndirilən ünvana gəlin köçmüş, 2021-ci ilədək birgə təsərrüfat apararaq həmin mənzildə yaşamış və uşaqlarının hər üçü, hazırki iddiaçılar həmin evdə doğularaq böyümüşlər. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil vərəsəlik qaydasında onun mülkiyytinə keçməklə iddiaçıların həmin mənzildən pay almaq hüquqları olmamışdır. Məhkəmə cavabdehin öz etirazının əsası olaraq göstərdiyi dəlillərə qarşı qeyd edir ki, mübahisəli mənzilin onun mülkiyyətinə keçməsi iddiaçıların həmin mənzildən istifadə hüquqlarının xitamına səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundansonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı4 qızı, X6, İddiaçı1 və İddiaçı2 cavabdeh X1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41,7 kvm olan 2 otaqlı, mənzilə köçürülməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı4 qızı, X6, İddiaçı1 və İddiaçı2 cavabdeh X1 mülkiyyətində olan Gəncə şəhəri, Vaqif küçəsi, 16 ünvanında yerləşən ümumi sahəsi 41,7 kvm olan 2 otaqlı mənzilə köçürülsünlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar