Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4182/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məhəllə B-40-da yerləşən mülkiyyətində olan zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa etdirdikləri tikilinin cavabdehlərin hesabına sökülməsi, həmin torpaq sahəsinin onun istifadəsinə qaytarılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.B-40-da yerləşən 0,045 ha torpaq sahəsi ona məxsusdur. Torpağa dair hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli, ********** saylı Çıxarış və torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Onun imkanı olmadığına görə həmin torpaqda tikinti işləri apara bilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0,045 ha torpaq sahəsini zəbt edərək ona məxsus olan torpaqda fərdi yaşayış evi tikdirmişdir. Cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq onlar tərəfindən inşa edilmiş tikililəri sökmək istəmirlər. Cavabdeh tərəfindən onun və ailəsinin hüquqları pozulmuşdur. O, mülkiyyətində olan torpaq sahəsinin vergi borcunu ödəyir, cavabdehlərin isə zəbt etdiyi torpaq sahəsinə dair heç bir hüquqverici sənədləri yoxdur, torpaq vergisi ödəmirlər. Beləliklə, onun hüquqları pozulur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı məhkəmə iclasında iştirak etməsə də, 10 oktyabr 2024-cü il tarixdə ərizə göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair Gəncə Şəhər Məhkəməsinə müraciət etdiyini, bundan sonra mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(125)-4182/2024 nömrəli qərardadı ilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti əməkdaşları cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edildiyi, sözügedən iş ekspertizada olduğu müddət ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan mübahisə məhkəmədən kənar həll edildiyi, belə ki, aralarında barışıq əldə edildiyi, odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Məhkəmə iddiaçının iddiadan imtina haqqında ərizəsini, işdə olan sənədləri və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair 2(125)-4182/2024 nömrəli mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair 2(125)-4182/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4182/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4182/2024
27.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver