Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-42/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması» tələbi barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 hektar torpaq sahəsinin paylara mütənasib qaydada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5950/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinin mütəxəssis rəyinə dair tələb olunan xərcin ödənilməməsi ilə əlaqədar verilməsi mümkün olmamışdır. İş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:15ə təyin olunmuşdur. Lakin İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılmamış saxlanmasına dair məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-ci maddəsinə görə işə onların iştirakı olmaadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:60) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:60) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-42/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-42/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver