Məhkəmə qərarları › İş №2(125)-4219/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4219/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4219/2024 04.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının təsdiqi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 19 oktyabr 1990-cı il təvəllüdlü X1 doğulmuş və xx.xx.1990-cı il tarixdə vəfat etmiş övladının ölüm faktının təsdiqi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə vəfat etmiş X1 adlı övladının ölüm faktının təsdiq edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı olaraq qeydiyyat şöbəsinə müraciət etməli olduğu halda, yəni qeydiyyat şöbəsinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçi hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə qeydiyyat şöbəsinə müraciət etməli, qeydiyyat şöbəsi müvafiq hərəkətləri aparmaqdan hər hansı əsasla imtina etdikdə ərizəçi hazırki ərizəsində qeyd olunan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Ona görə də Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının təsdiqi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli və ərizəçiyə, müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının təsdiqi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə, müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar