Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-422/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Gəncə şəhəri, F.Əmirov küçəsi, 20 nömrəli binanın 23 nömrəli mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, F.Əmirov küçəsi, bina 20, 23 nömrəli mənzil iddiaçının mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. İddiaçı həmin mənzildə yaşamadığına görə iddiaçının keçmiş əri X5 mənzili qanunsuz olaraq Cavabdeh istifadəsinə vermişdir. İddiaçının əri X5 ilə nikhları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda mülkiyyətində olan mənzilində yaşamaq istəyir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mənzilindən çıxmadığı üçün iddiaçının mülkiyyət hüququ pozulduğundan məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 27 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi mənzili öz aralarında olan razılaşmaya görə alqı satqı yolu ilə almışdır. Həmin mənzil ipotekada olduğu üçün iddiaçının kredit müqaviləsi üzrə borcu onun tərəfindən ödənilmişdir. Mənzili iddiaçının keçmiş əri X3 almışdır. Lakin iddiaçının əri ilə aralarında olan narazılıqlara görə iddiaçı hazırda onun həmin mənzildən çıxarılmasını tələb edir. Hazırda mənzili boşaltmış və mənzildən çıxmasına etiraz etmir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında göstərdi ki, iddiaçının iddia etiyi məzil ipoteka ilə alınmışdır. Həmin mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı mənzlin cavabdehə satılması məqsədi ilə ona etibarnəmə vermiş və bunun əsasında cavabdehlə razılaşmışlar ki, onlar tərəfindən ödənilmiş ilkin məbləği onlara ödəsin kredit müqaviləsi üzrə ödənilməli olan aylıq ödənişləri banka ödəsin. Lakin sonradan iddiaçı ilə aralarında olan anlaşılmazlığa görə mübahisə yarandığı üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 20, mənzil 23 xüsusi mülkiyyət hüququ üzrə X2 tam mülkiyyətindədir. RX seriyalı ******* nömrəli xx.xx.2013-cü iltarixli çıxarışın surətindən görünür ki, X2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 20, mənzil 23 "xxxx" ASC-in xeyrinə ipoteka qoyulmuşdur. Gəncə şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 19 mart 2015-ci il tarixli etibarnamədən görünür ki, xx.xx.2013-cü ildə Gəncə şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamə əsasənda X2 adından X1 məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh etibar etmişdir. Şəmkir rayonu 1 saylı notariat ofisinin 17 noyabr 2022-ci il tarixli 1889 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri 2 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə 7E-9262 reyestrlə qeydə alınmış etibarnaməyə xx.xx.2018-ci ildə xitam verilmişdir. xx.xx.2017-ci il tarixli mədaxil orderindən görünür ki, ipoteka ödənişi üzrə 303,00 manat pulu X2 adından Cavabdeh banka təhvil vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göründüyü kimi iddiaçının iddia etdiyi mənzil onun xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan mənzildə əsassız olaraq yaşamaqla dəfələrlə tələb etsə də mənzildən çıxmamışdır. MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. MM-in 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi cavabdeh mübahisəli evin satılmasını verilmiş etibarnamə ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Fikrət Əmirov küçəsi 20 nömrəli evin 23 nömrəli mənzilindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Fikrət Əmirov küçəsi 20 nömrəli evin 23 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(125)-422/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-422/2023
06.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver