Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4231/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikasının Vedi rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, o, xx.xx.1977-ci il tarixdə X14 ilə evlənib ailə qurmuşdur və onlar qayınatası X11 adına olan ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. X3 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, onun atası - qayınatası X17 isə xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Hazırda o, qaynatası X11 adına olan ünvan 1 ünvanında yerləşən evi öz adına rəsmiləşdirmək istəyir, lakin mərhum X3nun doğum haqqında şəhadətnaməsi itirildiyinə görə qayınatası X17 ilə qohumluq münasibətlərində olmasını, yəni Amrayın Vahidin atası olmasını sübut edə bilmirlər. Halbuki, mərhum Vahid Vəliyev xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğulmuşdur və onun hazırda doğum haqqında şəhadətnaməsi yoxdur, tapılmır. O, Gəncə şəhər Qeydiyyət şöbəsindən əri Vahid Vəliyevin Ermənistan Respublikasının Vedi rayonunda doğulması ilə bağlı doğum haqqında şəhadətnaməsini ala bilmir. Buna görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mərhum əri Vahid Vəliyevin xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğulmasını Şahid2 Əmray oğlu və Şahid1 təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, X2 onun qardaşı, ərizəçi isə onun mərhum qardaşının arvadıdır. Kiçik qardaşı X2 1956-cı ildə Ermənistan Respublikasının Vedi rayonunda doğulmuşdur, doğum günü yadında deyil, 1994-cü ildə isə Gəncə şəhərində ölmüşdür. 1958-1959-cu illərdə Ermənistan Respublikasının Vedi rayonundan Azərbaycana gəlmiş, Gəncə şəhərində məskunlaşmışlar. Şahid1 ifadəsində bildirdi ki, X2 onun qardaşı, ərizəçi isə onun mərhum qardaşının arvadıdır. X2 xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğulmuşdur, xx.xx.1994-cü il tarixdə isə Gəncə şəhərində ölmüşdür. Onun doğum şəhadətnaməsi olmuşdur, lakin sonradan itmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizəçinin X3nun atası X18, anası X12 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğulması və onun doğumunun qeyd edilməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-706 nömrəli məktubunda qeyd olunur ki, ərizəçi X5 Ermənistan Respublikası Vedi rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də X5 xx.xx.1956-cı ildə Ermənistan Respublikası Vedi rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. İş materiallarına xx.xx.1956-cı il təvəllüdlü X8 məxsus hərbi bilet, sürücülük vəsiqəsi, “üçüncü dərəcə traktorist-maşinist vəsiqəsi”, əmək kitabçasının surəti əlavə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli, 3-16-5/8-70-V-686/2024 nömrəli arayışdan görünür ki, X13 ilə X14 nikahlarını Maraqlı şəxsndə xx.xx.1977-ci ildə 1177 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. X1 xx.xx.1994-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1994-cü ildə 653 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İİ seriyalı, 242016 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1994-cü ildə “orqanizmin intoksikasiyası” səbəbindən Gəncə şəhərində ölmüşdür. Gəncə Şəhər Kəpəz Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı ildə 93 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş İİ-ЖГ seriyalı, 481817 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1996-cı ildə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan X8 məxsus hərbi bilet və ona əlavə edilmiş sənəddən görünür ki, X5 ailə üzvləri – atası 1931-ci il təvəllüdlü X18, anası 1934-cü il təvəllüdlü Babayeva (Vəliyeva) Qəmər Əhməd qızı, qardaşı 1951-ci il təvəllüdlü Şahid2, bacısı 1958-ci il təvəllüdlü Vəliyeva (Məmmədova) Şura Əmrax qızı və qardaşı 1958-ci il təvəllüdlü X9r. X10 məxsus İ-ЖЗ seriyalı, 603977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda doğulmuşdur. X4, anası X6r. İ-ЖГ seriyalı, 373967 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X15 arasında olan nikah xx.xx.1976-cı il tarixdə 1066 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarından görünür ki, ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum akt qeydi aşkar olunmadığına görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X5 atası X18, anası X12 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası Vedi rayonunda doğulması və onun doğumunun qeyd edilməsi şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də işin digər materialları ilə təsdiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, daşınmaz əmlakın sənədləşdirilməsi üçün ərizəçinin ərinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən ərizəçinin ərinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ərizəçinin ərinin doğum akt qeydi aşkar olunmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi ərinin doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin X3nun atası X18, anası X12 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası Vedi rayonunda doğulmasının qeyd edilməsi ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 atası X18, anası X12 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası Vedi rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4231/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4231/2024
01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver