Məhkəmə qərarları › İş №2(125)-4238/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4238/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4238/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı "fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 3 Saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsinə və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekadan azad edilərək ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Biriası “Külək" MMC-nin 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə Protokoluna və 27.11.2*2*-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ipoteka predmeti 24225* manata Ləğv prosesində olan “Texnikabank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. Bunun əsasında həmin cavabdehin adına *8.1*.2*21-ci il tarixli, 2*1*13**3481- 1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozularaq qanunsuz hərrac keçirilmişdir. Hərracın keçirilməsi barədə iddiaçıya hər hansı məlumat verilməmiş, hərrac iki dəfə keçirilməli olduğu halda bir neçə dəfə keçirilmişdir. Hərracın iki dəfədən artıq keçirilməsində məqsəd ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakı ucuz qiymətə alsınlar. İpoteka predmeti olan Gəncə şəhəri, Cavadxan küçəsində *.*328 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin olaraq hərracda qiyməti 38**** manat, İpoteka predmetinin təkrar satış qiyməti 323*** manat, sonuncu satış qiyməti isə 24225* manat olmuşdur. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş *2.11.2*15-ci il tarixli 2(*44)-3499/2*15 saylı icra vərəqəsinə əsasən İddiaçı əsas borc üzrə 229*8*,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə (dəbbə) üzrə 3** manat, cəmi 27483*,62 manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "Bank Technique” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma öhdəliyin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin yaşayış evi açıq hərracdan satılmalı, ilkin satış qiyməti 38**** manat dəyərində qiymətləndirilməli, həmin evin dəyərindən qeyd edilən tələb üzrə məbləğ iddiaçı "Bank Technique” ASC-nin xeyrinə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılmalı və Gəncə şəhəri Nizami rayonu, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra X2, X1, X3, X4 həmin yaşayış evindən çıxarılmalı və yaşayış evinin boşaldılmalıdır. İddia tələbinə görə hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərdə hərrac təşkil olunmuş, təkrar hərrac baş tutmamış, ipoteka predmeti satılmamışdır. Bundan sonra hərrac mərkəzi tərəfindən 13.*5.2*16-cı il tarixdə iddiaçıya - Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, Cavabdeh1 ASCyə və Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş məlumatda keçirilmiş hərracların baş tutmaması bildirilmiş və bu səbəbdən də ipoteka predmeti 25 faiz az olmayan qiymətlə 24225* manata ipoteka saxlayana təklif edilmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2-14/2783-16 saylı, *6.*6.2*16-cı il tarixli məktubla ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus ünvan 4 fərdi yaşayış evi açıq hərracda satılmadığı təqdirdə Bank göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq verdiyini bildirmişdir. Daha sonra tələbkar olan LPO Cavabdeh1 ASC tərəfindən həmin icra sənədinin yenidən icra şöbəsinə qaytarılması və yenidən icra edilməsi məsələsi qaldırılmış, nəticədə yenidən hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə 16.1*.2*2* və *2.11.2*2*-ci il tarixlərdə hərraclar təşkil olunmuş, lakin əmlak açıq hərracda satılmamışdır. Hərrac mərkəzi tərəfindən *5.11.2*2*-ci il tarixli məktubla təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti tələbkar LPO Cavabdeh1 ASC-yə təklif olunmuş, bank əmlakın qəbul etməsinə dair razılığını bildirmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı 27.11.2*2*-ci il tarixli 52/*1-*1 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 24225* manata satılması qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanaraq Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evinin 24225* manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmışdır. Göründüyü kimi hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə iki dəfədən artıq hərrac keçirilməklə “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 3*.*3.2*16cı il və 11.*5.2*16-cı il tarixlərdə keçirilmiş iki hərracdan sonra əmlakın özgəninkiləşdirilməsi baş tutmadığından, ipoteka predmeti olan əmlak ipoteka saxlayan LPO Cavabdeh1 ASC-yə təklif edilmiş, sonuncu da öz növbəsində hərrac təşkilatı "xxxx" MMC-yə ünvanlanmış 2-14/2783-16 saylı, *6.*6.2*16-cı il tarixli məktubla ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evinin açıq hərracda satılmadığı təqdirdə Bankın göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq verdiyini bildirməklə kifayətlənmiş, təklif olunan əmlakın əldə edilməsi üzrə heç bir hərəkət edilməmişdir. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə 16.1*.2*2* və *2.11.2*2*-ci il tarixlərdə hərrac təşkil olunmuş lakin əmlak açıq hərracda satılmamışdır. Bundan sonra ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və onun razılığının alınması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə məlumat verilmişdir. Bundan sonra tələbkar Cavabdeh1 ASC məktubla "xxxx" MMC-yə müraciət edərək ipoteka predmeti olan əmlakı qəbul etməsinə dair razılığını bildirmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı 27.11.2*2*-ci il tarixli 52/*1-*1 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 24225* manata satılmasını qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanaraq Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evinin 24225* manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmış və iddiaçıya məxsus əmlaka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən *8.1*.2*21-ci il tarixli Çıxarış alınmış və fərdi yaşayış evi Əmanətlərin Sığortalanması fondu Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. Bu səbəbdən iddiaçı hərracın nəticələrini etibarsız hesab edilməsi, habelə hərracın nəticəsi olaraq daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışın ləğv edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 sentyabr 2*22-ci tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2*23-cü il tarixli 2(1*3)-1*54/2*23 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin olunmuş və ünvan 1 fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Xammal və X9 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “Külək" MMC tərəfindən 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun və 27.11.2*2*-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Əmanətlərin Sığortalanması fondu LPO Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmış *8.1*.2*21-ci il tarixli 2*1*13**3481- 1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2*23-cü il tarixli 2(1*3)-1*54/2*23 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin iddiaçıya məxsus əmlak, ünvan 1 fərdi yaşayış evi hələ də bankda girov kimi qalmaqdadır. Cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbi əsassızdır, belə ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə 2 dəfədən artıq hərracın keçirilməsi əsası ilə hərracın nəticələri etibarsız hesab edilmişdir. “İpoteka haqqında” AR Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İstinad olunan qanunvericiliyin maddələrindən də görünür ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla 2 dəfədən artıq keçirilmişdir və Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi ilə hərrac bu əsasla etibarsız hesab edilmişdir. Həmin qətnamənin yaratdığı hüquqi nəticələrə görə isə yenidən hərrac keçirilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələblərində də görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi icraya yönələcəyi təqdirdə yenidən qanunvericiliyin tələblərinə uyğun hərrac keçirilməlidir. Bundan başqa, 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərində keçirilən hərracların nəticəsi olaraq, *6.*6.2*16-cı il tarixində "xxxx" MMC-yə ünvanlanmış *1/2*22 saylı məktubda ipoteka predmeti olan əmlakın alınmasına razılıq bildirilmişdir. Lakin hərracın hərəkətsizliyi nəticəsində Bank əmlak hüquqlarından məhrum edilmişdir. Xüsusilə qanunvericiliyin qeyd olunan 3* gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olubolmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almaqdan ibarətdir. Onlar tərəfindən əmlakın alınmasına dair bildiriş ünvanlansa da, hərrac təşkilatı tərəfindən baxılmamış qalmışdır. Bank sonuncu hərracın keçirilməsindən 3* təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. Lakin onlar üçün anlaşılmaz olaraq qalır ki, bank hansı addımlar, hüquqi hərəkətlər və tədbirlər görməli idi ki, Bankın əmlak hüquqları pozulmasın, 2* ildir verdiyi kredit məbləği qaytarılsın, qətnamə üzrə tutma yönəldilmiş əmlak satılsın və ən əsası tərəf olduğu hərracla bağlı müqavilələr etibarsız hesab edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmumunu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərindən də göründüyü kimi, etibarsızlıq halının mövcudluğu, etibarsızlıq baş verdiyi təqdirdə münasibətlərin əvvəlki vəziyyətə qayıtmasını özündə əks etdirir. Bu halda hərracın nəticələrinin etibarsızlığı münasibətlərin əvvələ qayıtmasını, yəni hərracın yenidən təşkilinə əsas yaradır. Əgər məhkəmə hərracın nəticələrini etibarsız hesab edirsə, o zaman yenidən hərracın keçirilməsi zərurəti yaranır. Bu halda ipoteka xitam verilməsi və ipoteka predmetinin ipotekadan azad edilməsi üçün əsaslar yaranmır. Əgər doğrudan da hərracın nəticələrinə dair əqd qanunun tələblərini pozaraq bağlanmışdırsa, deməli bu əqd etibarsızdır. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)-3499/2*15 saylı qətnaməsi ilə iddiaçıdan əsas borc üzrə 229*8*,74 (iki yüz iyirmi doqquz min səksən manat, yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx beş min dörd yüz qırx doqquz manat, səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 3** (üç yüz) manat, cəmi 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi “Bank Tecnique" ASC-nə ipoteka qoyulmuş iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiyməti 38**** (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat borc, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının iddiaçı “Bank Tecnique" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2*22-ci il tarixli, 2(**5)- 16*2/2*22 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC və Gəncə şəhəri üzrə İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Xammal və X1* və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “Külək’' MMC tərəfindən 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokol və 27.11.2*2*-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş, Əmanətlərin Sığortalanması fondu LPO Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmış *8.1*.2*21 -ci il tarixli, 2*1*13**3481-1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Qətnamə üzrə müvafiq icra vərəqəsi verilmişdir. Qətnamə qanuni qüvvədədir. Qanuni qüvvədə olan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)- 1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, sözügedən hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərdə hərrac təşkil olunmuş, təkrar hərrac baş tutmamış, ipoteka predmeti satılmamışdır. Bundan sonra hərrac mərkəzi tərəfindən 13.*5.2*16-cı il tarixdə İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, Cavabdeh1 ASC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş məlumatdan aydın olur ki, keçirilmiş hərracların baş tutmaması bildirilmiş və bu səbəbdən də ipoteka predmeti 25 faiz az olmayan qiymətlə 24225* manata ipoteka saxlayana təklif edilmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2-14/2783-16 saylı, *6.*6.2*16-cı il tarixli məktubla ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evi açıq hərracda satılmadığı təqdirdə Bank göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq verdiyini bildirmişdir. Daha sonra tələbkar olan LPO Cavabdeh1 ASC tərəfindən həmin icra sənədinin yenidən icra şöbəsinə qaytarılması və yenidən icra edilməsi məsələsi qaldırılmış, nəticədə yenidən hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə 16.1*.2*2* və *2.11.2*2*-ci il tarixlərdə hərraclar təşkil olunmuş, lakin əmlak açıq hərracda satılmamışdır. Hərrac mərkəzi tərəfindən *5.11.2*2*-ci il tarixli məktubla təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti tələbkar LPO Cavabdeh1 ASC-yə təklif olunmuş, sonuncu əmlakın qəbul etməsinə dair razılığını bildirmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 24225* manata satılmasını qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanaraq Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evinin 24225* manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmışdır. Göründüyü kimi hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə iki dəfədən artıq hərrac keçirilməklə “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərdə keçirilmiş iki hərracdan sonra əmlakın özgəninkiləşdirilməsi baş tutmadığından, ipoteka predmeti olan əmlak ipoteka saxlayan LPO Cavabdeh1 ASC-yə təklif edilmiş, sonuncu da öz növbəsində hərrac təşkilatı "xxxx" MMC-yə ünvanlanmış 2-14/2783-16 saylı, *6.*6.2*16-cı il tarixli məktubla ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evinin açıq hərracda satılmadığı təqdirdə Bankın göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq verdiyini bildirməklə kifayətlənmiş, təklif olunan əmlakın əldə edilməsi üzrə heç bir hərəkət edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarından göründüyü kimi hazırkı iş üzrə 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərdə keçirilmiş ilk və təkrar hərracdan sonra ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsi üzrə hərrac təşkilatına ünvanlanmış razılıq məktubundan başqa, ipoteka predmetinin əldə edilməsi üçün hər hansı bir hərəkət olmamışdır. Yəni hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 3* günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia ilə məhkəməyə müraciət etməmişdir. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə 16.1*.2*2* və *2.11.2*2*-ci il tarixlərdə yenidən hərrac təşkil olunmaqla, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələbləri pozulmuş, iki dəfədən artıq hərrac keçirilmişdir. Məhkəmə qeyd olunan hallara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Beləliklə məhkəmə hesab etmişdir ki, 11.*5.2*16-cı il tarixdə təkrar hərrac baş tutmadıqdan sonra 2*2*-ci ildə olan hərrac iki dəfədən artıq keçirilmiş hərrac olduğundan, iddia tələbi təmin edilməli, “İpoteka Haqqında”Qanunun 44-cü və Mülki Məcəllənin 416-cı maddəsinə əsasən hərracın nəticələrinə dair 27.11.2*2*-ci il tarixli 52/*1-*1 nömrəli protokol və 27.11.2*2*-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə etibarsız hesab edilməli, həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən LPO Cavabdeh1 ASC-nin adına rəsmiləşdirilmiş *8.1*.2*21-ci il tarixli Çıxarış ləğv edilməlidir. 2*16-cı ildə hərrac keçirilərkən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 3* təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 1* təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinin tələbinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 2*2*-ci ildə hərrac keçirilərkən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2* təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3* təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 2* təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 3* təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun 44-cü maddəsinin tələbinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə *4/2*22 nömrəli, 14 dekabr 2*22-ci il qərardadının 22-ci bəndində göstərilir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 3* təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin qərardadın 23-cü bəndinə əsasən həmin əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir. Qərardadın 24-cü bəndində qeyd edilir ki, odur ki, məhkəmələr “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanan ipotekaya xitam verilməsi tələbinin təmin edilməsi üçün bu şərtlərin məcmu halda mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənməlidirlər. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından, o cümlədən qanuni qüvvədə olan məhkəmə qətnaməsindən görünür ki, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hərrac təşkilatı tərəfindən 16.1*.2*2* və *2.11.2*2*-ci il tarixlərdə yenidən hərrac təşkil olunmaqla, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələbləri pozulmuş, iki dəfədən artıq hərrac keçirilmişdir. Həmçinin, həmin ipoteka predmeti üzrə 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərdə keçirilmiş ilk və təkrar hərracdan sonra ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsi üzrə hərrac təşkilatına ünvanlanmış razılıq məktubundan başqa, ipoteka predmetinin əldə edilməsi üçün hər hansı bir hərəkət olmamışdır. Yəni hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 3* günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə qeyd olunan hallara hüquqi qiymət verərək hesab edir ki, ipoteka saxlayan hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən iddia təmin edilməli, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 1** manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilsin. Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1** (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar