Məhkəmə qərarları › İş №2(125)-4242/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4242/2023

06.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4242/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən əmlakdan paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ¼ hissəsinin və istifadəsində olan 220 kvadrat metr torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Z.F.Abdullayeva iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Cavad xan küçəsi, 8-ci döngədə yerləşən 39 nömrəli İddiaçı mülk atası X5 xüsusi mülkiyyətində olmuşdur. X1 həmin mülkü 4 övladı arasında bölmüş, araya hasar çəkmiş, ayrıca giriş-çıxış darvazası qoymuşdur. İddiaçı atası X8 02 iyul 1992-ci ildə vəfat etmiş, İddiaçı atasının ölümündən sonra daimi olaraq miras mülkdə yaşamaqla mirası faktiki idarə etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2011-ci il tarixli 2(044)-286/2011 nömrəli qətnaməsinə əsasən mərhum X4 miras qalmış ünvan 2 ünvanda yerləşən əmlaka dair vərəsəlik işi açılması, ünvan 3 ünvanda yerləşən əmlakdakı miras payı 1/4 olmaqla qanun üzrə vərəsə hesab edilməsi, ünvan 3 yerləşən sahələri 22 kv.m və 28 kv.m yaşayış otaqlarından, 22,5 kv.m örtülü eyvandan və 10,8 kv.m mətbəxdən ibarət olan «B» literli yaşayış adına qeydə alınmasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunaraq mübahisəli mülkün mülkiyyət hüququnun 1/4 hissəsinin İddiaçı məxsus olmasına, 3/4 hissəsinin isə İddiaçı mərhum atası X5 mülkiyyətində qalmasına dair 13 dekabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər əmlakın 3/4 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmişlər. Lakin buna baxmayaraq İddiaçı məxsus 1/4 hissə faktiki olaraq cavabdehlərin yaşadıqları hissədən ayrılmışdır. Hazırda İddiaçı paylı mülkiyyətdən öz payının naturada ayrılmasını istəsə də, cavabdehlər bunu könüllü olaraq həll etmək istəmirlər. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Z.F.Abdullayeva iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun doğma qardaşıdır. Sözügedən əmlak mərhum atasına məxsus olmuşdur. Belə ki, iddiaçı əmlaka heç bir zaman faktiki sahiblik etməmişdir. Bununla yanaşı əsassız olaraq, əmlakdan ¼ hissədə payın naturada ayrılmasını tələb edir. İddiaçının həmin tələbi əsssızdır və əsl həqiqətdə İddiaçı qeyd olunan əmlakda ¼ hissədə payı yoxdur. Buna görə də İddiaçı iddiası təmin edilməməlidir. Sonda Cavabdeh1 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmələrinin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 283597 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Qeydiyyat şöbəsi tərəfdən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 ailə tərkibi arvadı X10 (vəfat edib), oğlulları X7 (vəfat edib), Cavabdeh3, X11, Cavabdeh1, Cavabdeh2 və qızı X3 ibarətdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-286/2011 saylı qətnaməsinin surətindən görünür ki, mərhum X4 miras qalmış ünvan 5 ünvanda yerləşən mülkə qanun üzrə vərəsəlik işinin açılması, İddiaçı ünvan 6 ünvanda yerləşən mülkdəki miras payı 1/4 olmaqla qanun üzrə vərəsə hesab edilməsi, ünvan 6 ünvanda yerləşən sahələri 22 və 28 kv.m yaşayış otaqlarından, 22,5 kv.m örtülü eyvandan və 10,8 kv.m mətbəxdən ibarət olar «B» literli yaşayış binası İddiaçı adına qeydə alınması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli daşınmaz əmlaka dair çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 8-ci döngədə yerləşən 39 nömrəli fərdi yaşayış evinin 1/4 hisssəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmış və yerdə qalan 3/4 hissəsi isə X5 adında qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport X5 adına işlənilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-286/2011 saylı qətnaməsi əsasən mərhum X5 miras qalmış ünvan 6 ünvanda yerləşən mülkə qanun üzrə vərəsəliyin açılması, İddiaçı ünvan 8 ünvanda yerləşən mülkdəki miras payı ¼ olmaqla qanun üzrə vərəsə hesab edilməsi və ünvan 6 ünvanda yerləşən sahələri 22 və 28 kv.m yaşayış otaqlarından, 22,5 kv.m örtülü eyvandan və 10,8 kv/m mətbəxdən ibarət olan «B» literli yaşayış binası İddiaçı adına qeydə alınması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə icra olunaraq ¼ hissədə İddiaçı və 3/4 hissədə X5 payları göstərilməklə xx.xx.2011-ci il tarixli **********90- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/5201 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 9 ünvanında yerləşən **********90-10301 reyestr nömrəli torpaq sahəsindən İddiaçı 1/4 hissədə payına uyğun olaraq, təcrid sahələr şəklində iki bərabər hissəyə naturada ayrılmasının, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin mərkəzinə doğru 19,62 metr uzunluğunda 9,3 metr enin sərhəd hasarı çəkilməlidir. Belə bğlgü nəticəsində iş üzrə tərəflərdən (mülkiyyətçilərdən) hər birinin sərəncamla düşən torpaqların ayrıayrılıqda sahələri onların payına uyğun olmaq şərtilə müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport X5 adına işlənilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-286/2011 saylı qətnaməsi əsasən mərhum X5 miras qalmış ünvan 6 ünvanda yerləşən mülkə qanun üzrə vərəsəliyin açılması, İddiaçı ünvan 8 ünvanda yerləşən mülkdəki miras payı ¼ olmaqla qanun üzrə vərəsə hesab edilməsi və ünvan 6 ünvanda yerləşən sahələri 22 və 28 kv.m yaşayış otaqlarından, 22,5 kv.m örtülü eyvandan və 10,8 kv/m mətbəxdən ibarət olan «B» literli yaşayış binası İddiaçı adına qeydə alınması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə icra olunaraq ¼ hissədə İddiaçı və 3/4 hissədə X5 payları göstərilməklə xx.xx.2011-ci il tarixli **********90-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/5201 nömrəli rəyi ilə ünvan 9 ünvanında yerləşən **********90-10301 reyestr nömrəli torpaq sahəsindən İddiaçı ¼ hissədə payına uyğun olaraq, təcrid sahələr şəklində iki bərabər hissəyə naturada ayrılmasının mümkün olduğu, bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin mərkəzinə doğru 19,62 metr uzunluğunda 9,3 metr enin sərhəd hasarı çəkilməli olduğu, belə bğlgü nəticəsində iş üzrə tərəflərdən (mülkiyyətçilərdən) hər birinin sərəncamla düşən torpaqların ayrı-ayrılıqda sahələrinin onların payına uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə Cavabdeh1 iddiaya etirazının əsası kimi İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakda ¼ hissədə payının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin xüsusatlar əsassızdır və iddianın rədd olunması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-286/2011 saylı qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakda ¼ hissədə payı müəyyən edildiyinə görə İddiaçı qeyd olunan mənzildə mülkiyyət hüququnun olub-olmaması, mülkiyyət hüququ mövcuddursa, hansı hissədə mövcud olması halının mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Digər tərəfdən İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakda ¼ hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və Cavabdeh1 həmin qeydin həqiqiliyini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə yerləşən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********90-10301 nömrə ilə qeyd edilmiş 39 nömrəli əmlakın yalnız ¼ hissəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Lakin İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakdan paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ¼ hissəsinin və istifadəsində olan 220 kvadrat metr torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə yerləşən 39 nömrəli əmlakın yalnız ¼ hissəsi üzərində mülkiyyət hüququ olduğuna görə iddia tələbi 220 kvadrat metr torpaq sahəsinin naturada bölünməsi tələbinə dair hissədə əsaslı deyildir və iddia hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1. maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/5201 nömrəli rəyində göstərilən qaydada ünvan 9 ünvanında yerləşən **********90-10301 reyestr nömrəli torpaq sahəsindən İddiaçı 1/4 hissədə payına uyğun olaraq, təcrid sahələr şəklində iki bərabər hissəyə naturada ayrılması mümkündür. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********90-10301 nömrə ilə qeyd edilmiş Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə yerləşən 39 nömrəli əmlakın İddiaçı mülkiyyətində olan ¼ (dörddə bir) hissəsi həmin həyətyanı torpaq sahəsinin mərkəzinə doğru 19,62 metr uzunluğunda 9,3 metr enində sərhəd hasarı çəkilməklə naturada ayrılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı məhkəmə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********90-10301 nömrə ilə qeyd edilmiş Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə yerləşən 39 nömrəli əmlakın İddiaçı mülkiyyətində olan ¼ (dörddə bir) hissəsi həmin həyətyanı torpaq sahəsinin mərkəzinə doğru 19,62 metr uzunluğunda 9,3 metr enində sərhəd hasarı çəkilməklə naturada ayrılsın. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar