Məhkəmə qərarları › İş №2(125)-425/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-425/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-425/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, "Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 “21/46” nömrəli mənzildən çıxarılması, “21/46” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirmişlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 1* avqust 2*17-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada 46 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı, mənzili qeyri qanuni olaraq Cavabdeh2 satdığı və həmin şəxsin mənzildə qeyri qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh2 yaşamasının qanunsuz olduğu bildirilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, "Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1, *ızının “21/46” nömrəli mənzildən çıxarılması, “21/46” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzildə 6 il yaşadıqdan sonra keçmiş Kəlbəcər rayon şəhərciyinin jek müdirinin təkidi ilə həmin qəsəbədə 15 nömrəli binada 35 nömrəli mənzilə köçmüşdür. Belə ki, ona 9***(doqquz min) manat müqabilində həmin müqavilənin onun adına keçəcəyini bildirmişlər. O isə həmin məbləğdə pulu 15 nömrəli binada 35 nömrəli mənzildə yaşayan Cəmilə Hüseyinovaya və jek müdiri Faiq müəllimə təqdim etmiş və həmin ünvanda yaşamışdır. Lakin onlar müqaviləni onun adına dəyişdirməmişlər. Hazırda isə həmin ünvandan çıxmasını tələb edirlər. Onun qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzili isə başqa şəxsə, yəni Cavabdeh2 satmışlar. Onu məcburi köçkünlərə verilmiş intiyazlardan məhrum etmək istəyirlər. Odur ki, onun və övladlarının qeydiyyatda olduqları Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qaytarılmalarını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun evli olduğu vaxtlarda anası ilə aralarında narazılığı olmuş, lakin sonradan boşanaraq anasının yanına qayıtmışdır. Hal-hazırda yaşayış yerləri yoxdur. Odur ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qaytarılmalarına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzildə yaşamış, sonradan ailə quraraq Bərdə şəhərinə köçmüş və 8 il orada yaşamışdır. Ailələrində narazılıqlar olduğundan boşanmış və uşaqları ilə birlikdə anasının yaşadığı Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 nömrəli binanın 35 nömrəli mənzilinə qayıtmışdır. Belə ki, anası ilə bacısı arasında narazılıq yarandığından anası bacısının Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qayıtmasını istəməmiş və bu səbəbdən evi müvəqqəti olaraq Bəhruz adlı qohumlarına vermişdir. Bəhruz isə həmin evi Aygün adlı şəxsə satmışdır. Hal-hazırda yaşayış yerləri yoxdur. Odur ki, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qaytarılmalarına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2*23-cü ilin may ayında Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzili Bəhruz adlı şəxsdən pul verərək almışdır və həmin mənzildə yaşayır. Bəhruz onu aldadaraq evi onun adına sənədləşdirəcəyini bildirmişdir. Onun digər cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 1*.*8.2*17-ci il tarixli 21/46 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS digər tərəfdən kirayəçi Cavabdeh1 kirayə müqaviləsi bağlamışlar və kirayəyə verən Gəncə şəhəri, "Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzildə ümumi sahəsi 86 kv.m., yaşayış sahəsi 5* kv.m. ibarət 3 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçinin üzərinə kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qoyulmuşdur. İşdə olan 18.*4.2*23-cü il tarixdə QMKİÜDK MİD Gəncə şəhəri Yeni Qəsəbə MKİSnin mühəndisi X9, MKİS-nin sahə nəzarətçiləri X3, X7 və mühəndis X4 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, "Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzildə kirayə müqaviləsi olmadan kənar şəxslərin yaşaması aşkar edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 yanvar 2*24-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qeydiyyatda olduqları Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzilə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 uzun müddətdir ki, həmin ünvanda yaşamırlar və onların faktiki yaşayış yerləri barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh1 Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Ona ailə üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzildə yaşayış sahəsi verilmişdir. Sonradan o, Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 nömrəli binada 35 nömrəli mənzilə köçmüşdür. İddiaçı mübahisəli mənzilin xüsusi təyinatlı mənzil olduğunu və cavabdehlərin həmin mənzilə heç bir hüququnun olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehlərin mübahisəli xüsusi təyinatlı mənzildən çıxarılması ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1**.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özəgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.4-cü bəndinə əsasən, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin qaydaların 3.5-ci bəndinə əsasən, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin qaydaların 3.6-cı bəndinə əsasən, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin qaydaların 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmş yaşayış sahəsində faktiki, yaşamırsa yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uygun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla daha ox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına daxil olduğundan və Cavabdeh1 ilə bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayəçinin kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi olduğundan və həmin mənzili başqa şəxslərin kirayəsinə və istifadəsinə vermək hüququ olmadığından və onlar həmin mənzildə yaşamadıqlarından bu baxımdan iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 münasibətdə kirayə müqaviləsinin xitam edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, "Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzildə yaşamadıqlarından və bu baxımdan iddia tələbi həmin hissədə əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh2 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzilə dair heç bir istifadə hüququ olmadığından iddia tələbi onun həmin mənzildən çıxarılması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli və Cavabdeh2 Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən 21 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, "Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh2 Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 21 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar