Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4271/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi mirasın qəbul olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mirasın qəbul olunması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X2 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum arvadı X2 ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Bu mülkə dair vərəsəlik əməliyyatının aparılması üçün Notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi müddəti ötürdüyü üçün vərəsəlik əməliyyatı aparmaqdan imtina etmişdir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət edir. Qeyd etmişdir ki, o, həmin mirası qəbul etmişdir və bu barədə digər vərəsələrlə, yəni övladları ilə aralarında heç bir mübahisə yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs3 verdiyi izahatında göstərmişdir ki, anası X4 22.*4.2*22-ci ildə vəfat etmişdir. Mərhum anası X2 ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Həmin miras əmlakı qəbul etməmişdir. Həmin mirasın atası Ərizəçi tərəfindən qəbul edilməsinin fakt kimi müəyyən edilməsinə etiraz etmir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 verdiyi izahatında göstərmişdir ki, anası X4 22.*4.2*22-ci ildə vəfat etmişdir. Mərhum anası X2 ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Həmin miras əmlakı qəbul etməmişdir. Həmin mirasın atası Ərizəçi tərəfindən qəbul edilməsinin fakt kimi müəyyən edilməsinə etiraz etmir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun övladlarının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 28 oktyabr 1981-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Maşıyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X3 birgə nikahından xx xxxxxx 1984-cü il tarixdə Maraqlı şəxs3, 22 avqust 1987-ci il tarixdə Maraqlı şəxs2 anadan olmuşdur. İşdə olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.*4.2*22-ci il tarixli, AZ-İİ №23*764 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22.*4.2*22-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisinin *4.*7.2*24-cü il tarixli məktubundan görünür ki, mirası qəbul müddəti keçdiyindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Zülfüqar İsmayılov küçəsi, 17 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 2*.*9.2*21-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. İş üzrə vərəsəlik X3 ölümü ilə 22.*4.2*22-ci ildə açıldığından mübahisəli münasibətlərə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Baxılan işdə işin faktiki halları kimi müəyyən olunur ki, Ərizəçi rəsmi nikahda olduğu mərhum arvadı X3 qanun üzrə birinci nöxbəli vərəsəsi olmaqla, X2 qalmış mirası faktiki qəbul etməklə idarə edir. X1 qanun üzrə digər vərəsələri-övladları Maraqlı şəxs3 və tarixdə Maraqlı şəxs2 analarından qalmış mirasın ataları tərəfindən qəbul edildiyini mübahisələndirmirlər. Başqa sözlə deyilsə, mərhum X2 qalmış miras əmlakla bağlı ölənin qanun üzrə vərəsələri arasında heç bir mübahisə yoxdur. Ancaq, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisi həmin miras əmlak barəsində Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.Göründüyü kimi, Ərizəçi mərhum arvadından qalmış mirası başqa qaydada öz adına rəsmiləşdirə bilmir. Belə halda, məhkəmə hesab edir ki, ərizəçinin hazırki ərizəsi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-22*, 233, 311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 22.*4.2*22-ci ildə ölmüş mərhum arvadı X2 qalan miras əmlakı-Gəncə şəhəri, Zülfüqar İsmayılov küçəsi, 17 nömrəli evi faktiki qəbul etməsi fakt kimi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4271/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4271/2024
02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver