Məhkəmə qərarları › İş №2(125)-4284/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4284/2023

24.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4284/2023 24.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X8, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndəsi X9, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) X14, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili X14 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması» barədə ilkin iddiasına, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı «mənzilə köçürülmə» barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1, Cavabdeh2 və Abbasova X7 Vəli Fərhad oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinə köçülürmə barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X17 məhkəmədə ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, göstərdi ki, Gəncə şəhəri, 1ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 sentyabr 2017-ci il tarixdə qeydiyyata alınmaqla verilmiş ********** qeydiyyat nömrəli, ******* nömrəli RX seriyalı çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan cavabdehlərdən Cavabdeh2 İddiaçı mərhum əmisi Fərasət Abbasovun arvadı, Cavabdeh1 və Cavabdeh3 isə İddiaçı həmin əmisinin uşaqlarıdır. Sözügedən fərdi yaşayış evi İddiaçı mərhum babası X12 adına olmuş, X6 olarkən onu İddiaçı adına rəsmiləşdirmişdir. Cavabdeh2 1999-cü ildə Fərasət Abbasovla nikaha girib, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilə gəlin köçsə də, 2018-ci ildən həmin mənzildə yaşamır. Belə ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2018-ci ildə öz əşyalarını İddiaçı mülkiyyətində olan mənzildə saxlayıb, Cavabdeh2 Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan valideynlərinin yaşadığı ünvana köçmüşlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin vaxt İddiaçı mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmağı və öz əşyalarını oradan götürməyi öhdələrinə götürmüşlər. Lakin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz öhdəliklərini icra etməmiş, istədikləri vaxt Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilə gedib-gələcəklərini bildirmişlər. Hazırda da həmin şəxslərin əşyaları İddiaçı mülkiyyətində olan mənzilin 1 otağına yığılmış və həmin otağın qapısı bağlanmışdır. Qeyd olunan hallar isə İddiaçı mülkiyyət hüququnun pozulmasına səbəb olmuş, buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzildən istifadə hüquqları yoxdur. Buna görə də İddiaçı həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi üçün hər hansı məbləğdə kompensasiya verməyə də razı deyildir. Həmin mənzilə istifadə hüquqları olmadığına görə Canpolad Fərasət oğlunun, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilə köçürülməsi də qanunun tələbinə ziddir. Sonda H.S.Abbasova ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edərək və ilkin iddianı qəbul etməyərək, göstərdi ki, o, 1999-cü ildə X18 ilə el adəti üzrə toy edib nikaha girmiş və həmin tarixdə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilə gəlin köçmüş, hətta cehiz əşyalarını da həmin mənzilə aparmışdır. O, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilə gəlin köçərkən, orada qaynatası X26, qaynanası X13 və qaynı X27 yaşamışdır. X1 birgə nikahından xx xxxxxxxx 2000-ci ildə Cavabdeh1 və xx xxxxxx 2001-ci ildə Cavabdeh3 anadan olmuşdur. Lakin 04 fevral 2006-cı ildə X18, 2017-ci ildə X25 və 2022ci ildə X13 ölmüşdür. 2022-ci ildə qaynanası X4 ölümündən sonra İddiaçı və sonuncunun valideynləri onu qeyd olunan mənzildən qovmuş və əşyalarının oradan çıxarılmasını tələb etmişdir. Onun başqa yaşayış yeri olmadığına və hər iki övladı fiziki qüsurlu olduğuna görə o, İddiaçı həmin tələblərini icra etməkdən imtina etmişdir. O və övladları 20 ildən artıq müddətdə qeyd olunan mənzildə mübahisəsiz şəkildə yaşamışdır. Onun və övladlarının həmin mənzildən istifadə hüququ vardır və o, heç vaxt həmin hüququndan imtina etməmişdir. Buna görə də ilkin iddia rədd edilməli, o və övladları həmin mənzilə köçürülməlidirlər. Sonda Cavabdeh2 qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı X15 məhkəmə iclasında qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili), Cavabdeh1 isə vəkili X32 məhkəmə iclasında qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndəsi X19 məhkəmə iclasında qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini, habelə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, işdə olan RX seriyalı ******* nömrəli hüquaların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən (**********97-05101-093040 reyestr nömrəli daşınmaz əmlak) mənzilə mülkiyyət hüququ İddiaçı adına 09 sentyabr 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, X20, X11, X21, X27, Cavabdeh2 və Abbasova X22 şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3, mənzil 37 ünvanında qeydiyyatdadırlar. İşdə olan Vİİ-ЖГ seriyalı 365426 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və X16 nikahlarını 11 sentyabr 2000-ci ildə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrəsi ilə qeydə aldırmışlar. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli 3-21-3-33/2-6252/23 nömrəli daşınmaz əmlaka dair məlumatın verilməsi və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə arayışdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzil ünvan 4cü il tarixdə 9-450 reyestr nömrəsi ilə təsdiq olunmuş «Dövlət mənzilinin şəxsi mülkiyyətə verilməsin haqqında» müqaviləyə əsasən, X12 adına özəlləşdirilərək 05 iyul 1993-cü il tarixli, 10560 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «Asan xidmət» mərkəzində fəaliyyət göstərən notariat kontorunun 08 sentyabr 2017-ci il tarixli 2V-589 reyestr nömrəli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, İddiaçı X12 vərəsəsi tanınaraq adına 09 sentyabr 2017-ci il tarixli **********97-05101-093040 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzil 30 iyun 1993-cü il tarixdə 9-450 reyestr nömrəsi ilə təsdiq olunmuş «Dövlət mənzilinin şəxsi mülkiyyətə verilməsin haqqında» müqaviləyə əsasən, X12 adına özəlləşdirilmiş və 05 iyul 1993-cü il tarixli, 10560 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh2 1999-cu ildə S.H.Abbasovun oğlu X18 ilə el adəti üzrə toy edib, həmin evə gəlin köçmüşdür. Cavabdeh2 və X2 şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzildə yaşayarkən, həmin şəxslərin birgə nikahından xx xxxxxxxx 2000-ci ildə Cavabdeh1, xx xxxxxx 2001-ci ildə isə Cavabdeh3 anadan olmuşdur. 02 mart 2017-ci ildə X25 ölmüş, Gəncə «Asan xidmət» mərkəzində fəaliyyət göstərən notariat kontorunun 08 sentyabr 2017-ci il tarixli 2V-589 reyestr nömrəli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, İddiaçı X12 vərəsəsi tanınaraq adına 09 sentyabr 2017-ci il tarixli **********97-05101-093040 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasındakı münasibətlər pisləşmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əşyalar Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzildə qalsa da, həmin şəxslər başqa ünvanda yaşamışlar. İlkin İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini və əşyalarının mənzildən çıxarılmasını, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə həmin mənzilə köçürülmələrini tələb edirlər. Məhkəmə mövcud olmayan hüququn itirilməsinin mümkün olmamasını və hüququn itirilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin, eləcə də mənzilə köçürülmə üçün istifadə hüququnun mövcud olmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüququnun itirilməsi və mənzilə köçürülmə məsələsi həll edilərkən, həmin şəxslərin qeyd olunan mənzildən istifadə hüquqlarının yaranıb-yaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətlərinin yarandığı tarixləri, yəni Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilində Cavabdeh2 1999-cu ildən, X3 xx xxxxxxxx 2000-ci ildən və Cavabdeh3 isə xx xxxxxx 2001-ci ildən yaşadıqlarını nəzərə nəzərə alaraq hesab edir ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilində Cavabdeh3 Zərgül qızına münasibətdə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, X5 və Cavabdeh3 münasibətdə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinin əvvəlki mülkiyyətçisi X12 razılığı ilə 1999-cu ildə həmin evə gəlin köçüb, ailə üzvü kimi S.H.Abbasovla birlikdə yaşayıb onunla birgə təsərrüfat aparmaqla qeyd edilən evdən istifadə hüququ əldə etmişdir. Cavabdeh1 xx xxxxxxxx 2000-ci ildə və Cavabdeh3 isə xx xxxxxx 2001-ci ildə anadan olmuş, anadan olduqları vaxtdan həmin mənzildə yaşamışlar. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə görə 01 sentyabr 2000-ci ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı şəxsin mülkiyyətçinin razılığı ilə mənzildə yaşayıbyaşamaması, eləcə də mülkiyyətçinin həmin şəxslə birlikdə təsərrüfat aparıb-apmaması, 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı isə tərəflərin ailə üzvü, yaxud digər şəxs olub-olmaması, əgər eyni ailə üzvləridirsə mülkiyyətçi ilə birgə yaşayıb-yaşaması, mülkiyyətçi ilə birlikdə yaşamayan ailə üzvlərinin və digər şəxslərin mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yoxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbi baxımından yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinin 2000- 2001-ci illərdə mülkiyyətçisi X25 olmuş, sonuncunun oğlu, yəni Cavabdeh1 və Cavabdeh3 atası X18 S.H.Abbasovla birlikdə yaşamışdır. Buna görə də X18 öz uşaqları Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinə köçürmək ixtiyarına malik olmuşdur. Digər tərəfdən Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilində yaşamağa başlayarkən azyaşlı olmuş, mənzilin mülkiyyətçisi S.H.Abbasovun mənzildə yaşamaq üçün razılığı olsa da, onunla müqavilə bağlamağa yaş hədləri imkan verməmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallarından göründüyü kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqları vardır. Mülki iş üzrə ilkin İddiaçı istər iddia ərizəsində, istərsə də onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında İddiaçı mülkiyyətində olan mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 uzun müddət yaşamadıqları, onların yaşayış sahəsini tərk etdikləri və evə olan ehtiyaclarının aradan qalxdığı bildirilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarının itirilməsi tələb edilmişdir. Lakin İddiaçı Cavabdeh1, Z.İ.Abbasovun və N.F.Abbasovun könüllü şəkildə özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələrinə və həmin şəxslərin yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış münaqişəli vəziyyətlə əlaqədar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzili tərk etmiş və Cavabdeh2 valideynlərinin evində yaşamışlar. Hazırda qeyd olunan sonuncu mənzildə Cavabdeh1, Z.İ.Abbasovun və N.F.Abbasovun istifadə və sahiblik hüququ, eləcə də başqa yaşayış yeri olmadığına görə onların mübahisəli mənzilə, yəni Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzinilinə ehtiyacları və həmin mənzillə əlaqələri kəsilməmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması» barədə ilkin iddiası rədd edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı «mənzilə köçürülmə» barədə qarşılıqlı iddiası təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması» barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı «mənzilə köçürülmə» barədə qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinə köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar