Məhkəmə qərarları › İş №2(125)-4355/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4355/2024

28.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4355/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X4) qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X4) qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə *1.*1.2*19-cu il tarixdə aralarında olan əmək müqaviləsinə xitam verilərək, əmək müqaviləsinin qüvvədən düşmüş hesab olunması, əmək müqaviləsinə qüvvədən salınma ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1* Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə *1.*1.2*19-cu tarixdə aralarında əmək müqaviləsinin bağlanılması qeyd olunmuşdur. Lakin onun bundan xəbəri olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən həqiqətən də onun *1.*1.2*19-cu il tarixdə "xxxx" MMC ilə aralarında əmək müqaviləsinin bağlanması göstərilmiş və bu günə qədər də əmək müqaviləsi bildirişinin qüvvədə olduğu məlum olmuşdur. Qeyd olunan əmək müqaviləsinə xitam verilməsi üçün MMC-yə müraciət etmişdir. Lakin məlum olmuşdur ki, MMC-nin sədri X11 11.*6.2*19-cu il tarixdə vəfat etmişdir. Buna görə də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi mümkün olmamışdır. İşəgötürən hüquqi şəxs olduğuna görə əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq məhkəməyə müraciət olunmalıdır. Bununla bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də həmin qərardada görə o, eyni tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsində iddiası mümkün saymamışdır. Bundan da apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi müvafiq qərardadla aidiyyət qaydaları müəyyən olunmuş, ümumi məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, onunla cavabdeh "xxxx" MMC arasında heç vaxt əmək müqaviləsi bağlanmamış və heç zaman adı çəkilən müəssisə də işləməmişdir. Ümumiyyətlə adı çəkilən şirkətlə heç vaxt əlaqəsi olmamışdır. Hətta əmək kitabçasında da həmin müəssisədə işləməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. 65 yaşı var və artıq təqaüdə çıxmaq istəyir. O, əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X3 müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İİ seriyalı, *24652 nömrəli, 21 iyun 2*19-cu il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11 iyun 2*19-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 iyun 2*19-cu il tarixdə 11*3 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi asfiksiyadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 filialı tərəfindən verilmiş 28 fevral 2*24-cü il tarixli, 3-17-2/2-M- 15194/2*24 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında *1.*1.2*19-cu il tarixdə bağlanılmış əmək müqaviləsi qeydiyyata alınmışdır. Əmək müqaviləsində işçinin vəzifəsi xadimə olaraq qeyd edilmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə İddiaçı arasında *1.*1.2*19-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsinin (peşəsinin) adı: məşğulluq təsnifatı üzrə; xadimə; əmək müqaviləsi üzrə: xadimə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X1 22 fevral 2*24-cü il tarixli, 3-17-5/2-M-1*-196/2*24 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1* Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinə qüvvədən salınma ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1* Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə 18.*4.2*24-cü il tarixli, **682 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf "xxxx" MMC-nin mübahisə üzrə 18 aprel 2*24-cü il tarixdə saat 12:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı 5* AZN mediasiya xərci və əlavə olaraq 5 AZN kargüzarlıq xərcini ödəmişdir. Gəncə İnzibati Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2-1(114)-2895/2*24 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X4) qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Ko2-1(1*4)-521/2*24 nömrəli, 25.*6.2*24-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 17.*5.2*24-cü il tarixli, 2-1(114)-2895/2*24 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən "xxxx" MMC ilə İddiaçı arasında *1.*1.2*19-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müəssisənin adından müqavilə bağlamış şəxs X11 isə 11 iyun 2*19-cu il tarixdə ölmüşdür. İddiaçı isə sözügedən əmək müqaviləsinin bağlanmasından heç bir xəbəri olmadığını və sözügedən müəssisədə heç vaxt işləmədiyini əsas gətirərək “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia qaldırmışdır. Lakin, məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hal mövcud olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2*14-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 6.3-cü bəndi tətbiq edilməli və sözügedən mübahisəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə xitam verilməlidir. Belə ki, əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2*14-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1* Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-1-ci hissəsinə əsasən, fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə, fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.*.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarla bağlı əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi tələbi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1* Xidmətinə müraciət etməli olduğu halda bununla bağlı rayon (şəhər) məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X4) qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1* Xidmətinə müraciət etmək hüququ, müraciəti müsbət həll olmadığı təqdirdə isə inzibati orqanın hərəkətindən müvafiq inzibati məhkəməyə şikayət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1* Xidməti X4) qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1* Xidmətinə müraciət etmək hüququ, müraciəti müsbət həll olmadığı təqdirdə isə inzibati orqanın hərəkətindən müvafiq inzibati məhkəməyə şikayət etmək hüququ izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar