Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4364/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X28 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərinin və doğum haqqında akt qeydinin müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi “qohumluq münasibətlərinin və doğum haqqında akt qeydinin müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunda doğulması haqda qeydin, anasının X9, atasının X6 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1961-ci ildə Ermənistan Respublikasının Basarkeçər (Vardanes) rayonunda anadan olmuşdur. X3, X1dur. X1 1997-ci ildə vəfat etmişdir. Anası X2, ağır yataq xəstəsidir, ünvan 1 ünvanda yaşayır. Ağır yataq xəstəsi olduğundan məhkəmə iclasında iştirak etmək üçün gəlməsi mümkünsüz vəziyyətdədir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə 1988-ci ildə qaçqın kimi Azərbaycan Respublikasına gələrək, Gəncə şəhərində yaşamağa başlamışlar. Ermənisatan Respublikasından gələndən sonra keçmiş SSRİ pasportu əsasında ona Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd olaraq AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. Ermənistan Respublikasından qaçqın gələrkən doğum şəhadətnaməsi həmin ölkədə qalmışdır. Hazırda X3 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən evi nəvəsi, onun oğlu X5 bağışlamaq üçün notariusa müraciət etmişdir. Notariusda tələb edilən sənədlərə əsasən onun anasının oğlu olması barədə qohumluq münasibətini təsdiq edən sənəd kimi doğum şəhadətnaməsinin təqdim edilməsi tələb olunur. Onun doğum şəhadətnaməsi Ermənistan Respublikasında qaldığından anası ilə qohumluq əlaqələrini təsdiq edən sənədi notariusa təqdim edə bilmir. Doğum şəhadətnaməsinin olmaması səbəbindən anasınn evi bağışlamaq istədiyi oğlu Səxavət Süleymanovun onun nəvəsi olmasını müəyən etmək mümkün olmur. Ona doğum şahdətnaməsi verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, o, xx.xx.1961-ci ildə Ermənistan Respublikasında anadan olduğu üçün Azərbaycan Respublikasında doğum qeydi müəyyən edilmir və doğum şəhadətnaməsinin verilməsi, bərpa edilməsi mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum şəhadətnaməsinin əldə edilməsi və anası ilə qohumluq münasibətlərinin müəyyən edilməsi məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün deyildir. Bu münasibətlər müəyyən edilmədiyi halda onun anasının vərəsəsi olmaq, oğlunun anasının nəvəsi olması və s. kimi hüquqi məsələlərin həll edilməsini həyata keçirə bilmir. Onun həqiqətən də Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmasını məhkəmə iclasına dəvət edəcəyi şahidlər X14 və X19 da təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi onun doğma oğludur. Belə ki, oğlu Ərizəçi əri Məmmədəli ilə olan nikahından xx xxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunda anadan olmuşdur. Əri, eyni zamanda ərizəçinin X13 12 noyabr 1997-ci ildə ölmüşdür. İndiki Ermənistan Respublikasının Vardenis rayonundan Gəncə şəhərinə deportasiya olunan zaman doğum haqqında şəhadətnamə orada qalmışdır. Ermənistan Respublikasından isə həmin sənədi almaq mümkünsüzdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi ilə bir kənddə yaşamaqla orta məktəbi bir sinifdə oxumuşlar. Ərizəçi 1961-ci ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunda anadan olmuşdur. X13, anası Gülnar Süleymanovadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirdi ki, Ərizəçi 1961-ci ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunda anadan olmaqla, X13, anası Gülnar Süleymanovadır. Ərizəçi ilə bir kənddə yaşamışlar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. İ-JQ seriyalı, 082737 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X6 ilə X10 arasında nikah 07 noyabr 1961-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Süleymanova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 348911 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X16 arasında nikah 07 fevral 2020-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 fevral 2020-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Süleymanova” soyadı verilmişdir. V-JQ seriyalı, 272089 nömrəli, 13 noyabr 1997-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X6 12 noyabr 1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 noyabr 1997-ci il tarixdə 779 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1961-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər (Vardenis) rayonunda doğulmuşdur. Ərizəçinin X3 olmaqla, hazırki məhkəmə iclasında da şahid qismində iştirak etmişdir. X1 isə JQ seriyalı, 272089 nömrəli, 13 noyabr 1997-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən 12 noyabr 1997-ci il tarixdə ölmüşdür. Qeyd edilən faktlar məhkəmə iclasında şahid qismində dindirilmiş X9, X7 və X8 izahatları ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, onların ərizəçinin anası və tanışları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X9, X7 və X8 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki Ərizəçi 20-ci əsrin 80-ci illərində Ermənistan SSR-dən Azərbaycana deportasiya olunmuşdur. Bundan sonra ona məxsus doğum haqqında sənəd hansısa səbəbdən itmişdir. Hal-hazıra kimi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı düşmənçilik siyasəti davam etməkdədir. Bu baxımdan qeyd edilən şəxsə məxsus doğum haqqında şəhadətnaməni Ermənistan Respublikasından almaq mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu baxımdan məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində xahiş etdiyi faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyil. Beləliklə, məhkəmənin gəldiyi yekun qənaətinə əsasən ərizə təmin edilməli; - Ərizəçi xx xxx 1961-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər (Vardenis) rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı – X6, ana qrafasında ana adı – X9 qeyd edilməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1961-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər (Vardenis) rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı - X6, ana qrafasında ana adı – X9 qeyd edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4364/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4364/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver