Məhkəmə qərarları › İş №2(125)-4369/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4369/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4369/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin, onun nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisini maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanda yerləşən, *,*45 ha ölçüdə torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ərizəçi ilə X1 rayon VVAQ şöbəsində 282 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə 18.*6.199*-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan iki övladları – xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs3 və xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs2 doğulmuşdur. X5 *6.*5.2*21-ci il tarixdə ölmüşdür. Məhkəmənin hazırlıq iclasında Maraqlı şəxs3 və Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs qismində cəlb edilmişlər. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, əri X2, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanda yerləşən, *,*45 ha sahədən ibarət torpaq sahəsi miras qalmışdır. Əri ilə birgə nikahından 2 övladları var, lakin miras əmlakı yalnız o qəbul edib, faktiki olaraq bu miras mülkün idarəçiliyini özü həyata keçirmişdir və sahiblik etmişdir. Bu gün də həmin torpaq sahəsi onun sahibliyində, istifadəsində və idarəçiliyindədir. Bu barədə heç bir mübahisə yoxdur. Bu faktı bütün qonşular və qohumlar da bilirlər və təsdiq edirlər. Lakin məsələ burasındadır ki, mirasın tərəfindən qəbul edilməsi faktını notarius qəbul etmir. Ona görə də miras mülkə dair vərəsəlik işlərinin aparılması mümkün olmur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq, ərizə verərək mərhum əri X3 ərizəçidən və iki övladından başqa birinci növbə vərəsəsinin olmadığını bildirib, bu barədə məsuliyyət daşıdığını qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə etdi və məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Notariat ofisi, məhkəməyə ərizələr ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 ayrılıqda izahat verərək ərizəçinin izahatını təsdiqlədilər və miras əmlakın anaları tərəfindən qəbul edilməsi faktı ilə razı olduqlarını, özlərinin miras əmlakı qəbul etmədiklərini bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, mərhum X3 böyük qardaşıdır, bir bacısı, iki qardaşı var. Mərhum qardaşından qeyd edilən miras əmlak qalmışdır və həmin əmlakı yalnız qardaşının arvadı olan ərizəçi faktiki olkaraq qəbul etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin, onun nümayəndəsinin, maraqlı şəxslərin izahatını, şahid ifadəsini dinləyib, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, MH seriyalı, ***7254 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanda yerləşən, *,*45 ha ölçüdə torpaq sahəsi X4 məxsusdur. X5 *6.*5.2*21-ci il tarixdə Gəncə şəhərində “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. X3 atası Məmmədov (Məmişov) Abbasəli Hümbət oğlu 14.*6.1974-cü ildə Gədəbəy rayonunda “ürək ağ ciyər çatışmamazlığı” səbəbindən ölmüşdür. X3 anası X6 *9.*8.2*14-cü ildə Gədəbəy rayonunda “miokardin degenerasiyası, emfizema, qocalıq” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 621 nömrəli, 16.*5.2*23-cü il tarixli cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanda yerləşən, *,*45 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum X4 məxsus olmuş, o, *6.*5.2*21-ci il tarixdə ölmüşdür. Ərizəçi *6.*5.2*21-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış həmin torpaq sahəsindən ibarət miras əmlakı miras qoyanın birinci növbə vərəsəsi olmaqla, faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Həmçinin, miras qoyanın valideynləri özündən əvvəl ölmüşdür. Miras qoyanın uşaqları, iş üzrə maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 isə izahatlarında miras əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etmədiklərini bildirmişlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanda yerləşən, *,*45 ha ölçüdə torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Ona görə də qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 3*7-311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanda yerləşən, *,*45 ha ölçüdə torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar