Məhkəmə qərarları › İş №2(125)-439/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-439/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-439/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X38 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı Ərizəçi, Cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs3, üçüncü şəxs X6 iştirakları ilə, iddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs3, 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul olunması faktının müəyyən edilməklə, miras əmlak üzərində vərəsə paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs3, 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul olunması faktının müəyyən edilməklə, miras əmlak üzərində vərəsə paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzilin mərhum əri X12 payına düşən hissəsinə onun mirası qəbul etmə faktının müəyyən olunmaqla, həmin pay hissəsi üzərinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzil mülkiyyət hüququ üzrə X2na məxsus olmuşdur. X2 və qaynanası X10 birgə nikahlarından Maraqlı şəxs2, Maraqlı şəxs3, X22 və X14 anadan olmuşlar. X25 xx.xx.2006-cı il tarixdə, qaynanası X18 xx.xx.2004-cü ildə vəfat etmişlər. X16 dəfn işlərini və götürülmə xərclərini həyat yoldaşı İlham Quliyev çəkmişdir. X22 ilə 10 fevral 1989-cu il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1989-cu il tarixdə anadan olmuş X15 və xx.xx.1993-cü il tarixdə anadan olmuş X23 anadan olmuşdur. X39 xx.xx.2017-ci il tarixdə, X14 isə 06 oktyabr 2024-cü il tarixdə rəhmətə getmişlər. X26 ailə qurmamışdır, mirası qalmamışdır. X39 rəhmətə getdikdən sonra onlar, qaynı Maraqlı şəxs2, baldızı Maraqlı şəxs3 ilə bir araya gəlib vərəsəliyin qəbul edilməsinə dair qərar qəbul edə bilməmişlər. Bir müddət keçdikdən sonra X39in payına düşəcək mülkiyyət hüququ X2na məxsus olmuş ünvan 1 ünvanda yerləşən mənzil 31-ə dair mirasın qəbul edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə vərəsəliyin qəbul edilməsinə dair müraciət etmiş, lakin notariat ofisindən ona notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də, o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, həmin mirası qəbul etmişdir və bu barədə digər vərəsələrlə aralarında heç bir mübahisə yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Ərizəçi ərizəni müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun gələn izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh Maraqlı şəxs2 verdiyi izahatında göstərmişdir ki, anası X18 xx.xx.2004-cü ildə, atası Heydər Quliyev xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Mərhum atası X8 ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzil miras qalmışdır. Mərhum bacısı X7 qanun üzrə birinci növbəli heç bir vərəsəsi yoxdur. Atalarından qalmış mirasın X22 tərəfindən qəbul edilməsinin fakt kimi müəyyən edilməsinə etiraz etmir. Mərhum atası X8 qalmış miras əmlakdan ölənin üç övladlarının-onun, bacısı Eleonoranın və mərhum qardaşı İlhamın bərabər bərabər paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmədə cavabdeh Maraqlı şəxs3 verdiyi izahatında göstərmişdir ki, anası X18 xx.xx.2004-cü ildə, atası Heydər Quliyev xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Mərhum atası X8 ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzil miras qalmışdır. Mərhum bacısı X7 qanun üzrə birinci növbəli heç bir vərəsəsi yoxdur. Atalarından qalmış mirasın X22 tərəfindən qəbul edilməsinin fakt kimi müəyyən edilməsinə etiraz etmir. Mərhum atası X8 qalmış miras əmlakdan ölənin üç övladlarının-onun, qardaşı Abbasın və mərhum qardaşı İlhamın bərabər paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmədə X23 və X15 mərhum ataları X12 övladları olaraq üçüncü şəxslər kimi işdə iştiraka cəlb edilmişlər. X15 izahatında qeyd etmişdir ki, o, həmçinin qardaşı Şahmar mərhum babaları X8 miras qalmış əmlakın mərhum ataları İlham Quliyevin payına düşən hissəsinin tam olaraq anaları-iddiaçı Ərizəçi adına rəsmiləşdirilməsinə razıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X17 xx.xx.1989-cu ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 104 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X12 birgə nikahından 04 may 1993-cü il tarixdə X23, 31 oktyabr 1989-cu il tarixdə X19 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X20 ilə X11 birgə nikahından xx xxxxxx 1961-ci il tarixdə Maraqlı şəxs3, xx xxxxxxxx 1957-ci il tarixdə Maraqlı şəxs2 və X22 12 iyul 1959-cu ildə anadan olmuşdur. İşdə olan Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ № 851476 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli, AZ-İ № 186233 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2006-cı ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004cü il tarixli, AZ-İ № 098740 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2004-cü ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan müəyyən olunur ki, X20 ilə X11 birgə nikahından olan dördüncü övladları X14 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mirası qəbul müddəti keçdiyindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən 21 avqust 1992-ci il tarixində X11 adına qeydiyyata alınmışdır. X13 11 noyabr 1992-ci il tarixli, 8367 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunmuşdur ki, mirasqoyan X8 ünvan 2 ünvanında yerləşən 31 saylı mənzil miras qalmışdır. X3 X20 ilə birgə nikahından onların dörd övladları anadan olmuşdir. X20 2004cü ildə, X17 isə 2006-cı ildə ölmüşlər. Onların hazırda iki övladları-Maraqlı şəxs3 və Maraqlı şəxs2 sağdırlar. Hər iki vərəsə məhkəmədə iştirak edərək, mərhum ataları X8 qalmış miras əmlakdan ölənin üç övladlarının-onların və mərhum qardaşları İlhamın bərabər paylarını müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişlər. X22 mirasqoyan atasının ölümündən sonra xx.xx.2017-ci ildə ölmüşdür. X4 qanun üzrə üç vərəsəsi vardır. İlham Quliyevlə iddiaçı Ərizəçi ilə 10 noyabr 1989-cu il tarixdə rəsmi nikah bağlamışlar. Onların övladları hazırda mərhum babaları X8 miras qalmış əmlakın mərhum ataları İlham Quliyevin payına düşən hissəsinin tam olaraq anaları- iddiaçı Ərizəçi adına rəsmiləşdirilməsinə razıdırlar. X3 Mətanət adlı qızı isə xx.xx.2024-cü il tarixdə ölmüşdür və onun qanun üzrə birinci növbəli heç bir vərəsəsi yoxdur. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə mərhum X17 xx.xx.2006-cı ildə öldüyündən və vərəsəlik həmin tarixdən açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən 21 avqust 1992-ci il tarixində X11 adına qeydiyyata alınmışdır və buna görə də həmin əmlak mirasın kütləsinə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin qanunun 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Baxılan işdə işin faktiki halları kimi həmçinin müəyyən olunur ki, Ərizəçi rəsmi nikahda olduğu mərhum əri X12 qanun üzrə birinci növbəli vərəsəsi olmaqla, mərhum əri X22 atası X8 qalmış mirası faktiki qəbul etməklə idarə etmişdir. X5 qanun üzrə digər vərəsələri-övladları X23 və X15 atalarından qalmış mirasın anaları tərəfindən qəbul edildiyini mübahisələndirmirlər. Başqa sözlə deyilsə, X1 qalmış miras əmlakla vərəsə paylarının müəyyən edilməsi ilə bağlı ölənlərin qanun üzrə vərəsələri arasında heç bir mübahisə yoxdur. Ancaq, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisi həmin miras əmlak barəsində Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi, Ərizəçi mərhum X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzilin mərhum əri X12 payına düşən hissəsini başqa qaydada öz adına rəsmiləşdirə bilmir. Belə halda, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzilin 1/3 hissəsi üzərində Maraqlı şəxs2, 1/3 hissəsi üzərində Maraqlı şəxs3, 1/3 hissəsi üzərində Ərizəçi vərəsə payları müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar